Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

06.08.2026 [16:28]

Ölkəmizdə səfərdə olan Türkiyənin media nümayəndələri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Sənaye Parkında ümumi investisiya həcmi 300 milyon manata yaxın olan 30 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən indiyədək Sənaye Parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda Parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, daha 10 müəssisənin isə layihələndirilməsi işləri görülür.

Qeyd olunub ki, Ağdam Sənaye Parkında tikinti materialları, metal məmulatları, elektrik paylayıcı avadanlıqlar, dam və fasad örtükləri, divar kağızları, xüsusi təyinatlı işçi ayaqqabıları, beton yarımstansiyaları və digər məhsullar istehsal edilir. 2026-cı ilin ilk altı ayı ərzində parkın rezidentləri tərəfindən 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 42 milyon manatlıq hissəsi ixracın payına düşüb.

Səfər çərçivəsində Türkiyənin media nümayəndələri Parkda fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi ilə tanış olublar.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31