Azərbaycan ədəbiyyatında felyeton janrı kompleks şəkildə tədqiq olunub
06.08.2026 [13:17]
“Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda tədqiqat işimdə janrın poetikası, inkişaf mərhələləri, janr sərhədləri və tipoloji xüsusiyyətləri kompleks şəkildə araşdırılıb və bu sahədə mövcud elmi boşluğun aradan qaldırılmasına xidmət edir.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Əhmədova söyləyib. O bildirib ki, tədqiqat çərçivəsində Azərbaycan mətbuatında felyetonun inkişaf dinamikası izlənilib, janrın milli xüsusiyyətləri müəyyənləşdirilib, onun əsas nəzəri xüsusiyyətləri, inkişaf mərhələləri və tipologiyası elmi əsaslarla sistemləşdirilib. Eyni zamanda, felyeton janrının Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti, müxtəlif dövrlərdə Azərbaycan yazıçılarının bu janra müraciət xüsusiyyətləri tədqiq edilib. Dissertasiyada felyetonun janr identifikasiyası, Azərbaycan ədəbiyyatında təşəkkülü, ideya-məzmun və forma xüsusiyyətləri, həmçinin tipoloji cəhətləri geniş şəkildə araşdırılıb. Felyetonların dərc olunduğu qəzet və jurnallar tədqiq edilib, bu janrın Azərbaycan mətbuatında mövqeyi və ictimai funksiyası müəyyənləşdirilib. Tədqiqatın mühüm yeniliklərindən biri müasir dövrdə felyeton janrının mövcudluğu və inkişaf perspektivlərinin ilk dəfə ayrıca problem kimi araşdırılmasıdır. Bununla yanaşı, felyetonun publisistik və bədii xüsusiyyətləri vəhdətdə təhlil edilərək onun hibrid janr olması elmi faktlarla əsaslandırılıb.
“Azərbaycanda mətbuatın yaranması və inkişafı milli ədəbiyyata yeni janrların daxil olmasına əlverişli şərait yaradıb. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa mənşəli bir sıra janrlar Azərbaycan ədəbiyyatına daxil olaraq milli xüsusiyyətlər qazanıb və ədəbi prosesin ayrılmaz hissəsinə çevrilib. Felyeton da belə janrlardan biri kimi milli mətbuatın və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Vaxtilə geniş yayılmış bu janr müasir dövrdə əvvəlki fəallığını itirsə də, onun yenidən aktuallaşdırılması, qəzet, jurnal və internet media platformalarında tətbiqi həm publisistikanın, həm də milli ədəbiyyatın inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan felyeton janrının hərtərəfli öyrənilməsi jurnalistlər, publisistlər, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyır. Azərbaycan publisistikasının görkəmli nümayəndələrinin yazıb-yaratdıqları bu janrın tədqiqi və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi milli mətbuat və ədəbiyyat tarixinin öyrənilməsinə mühüm töhfə verir”, - deyə müsahibimiz bildirib.
Günel Əhmədova qeyd edib ki, tədqiqat zamanı əldə edilən elmi nəticələr gələcək araşdırmalar üçün nəzəri baza rolunu oynaya bilər. Bu araşdırma həm ədəbiyyatşünaslıq, həm jurnalistika sahəsində çalışan mütəxəssislər, həm də tələbələr, magistrantlar və doktorantlar üçün faydalı ola bilər.
Xəbər lenti
Hamısına baxİdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48

