Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

10.08.2026 [18:30]

Almaniyada 15-24 yaşlı gənclərin əhalinin ümumi sayında payı tarixi minimum səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2025-ci ilin sonuna ölkədə 8,3 milyon nəfər bu yaş qrupuna daxil olub. Bu, Almaniya əhalisinin 10 faizini təşkil edib.

Gənclərin ümumi əhalidə payı artıq 2020-ci illərin əvvəlindən etibarən ən aşağı səviyyədədir. Müqayisə üçün, 1983-cü ildə indiki Almaniya ərazisində hər altı nəfərdən biri 15-24 yaşında olub və bu göstərici 16,7 faiz təşkil edib.

Ötən il gənclərin payı ölkənin şərq əyalətlərində daha aşağı olub. Brandenburqda göstərici 8,8 faiz, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhaltda 9,1 faiz təşkil edib. Ən yüksək göstəricilər Bremen (11,1 faiz), Hamburq (10,5 faiz) və Baden-Vürtemberqdə (10,4 faiz) qeydə alınıb.

Məlumata əsasən, Almaniyada miqrasiya keçmişi olan əhali arasında gənclərin payı daha yüksəkdir. 2025-ci ildə bu göstərici həmin qrupda 12,2 faiz, miqrasiya keçmişi olmayan əhali arasında isə 8,5 faiz olub.

Bu nisbət Avropa İttifaqı üzrə orta göstəricidən də aşağıdır. 2025-ci il yanvarın 1-nə İttifaq məkanında 15-24 yaşlıların orta payı 10,7 faiz olub. Ən yüksək göstərici İrlandiyada (12,7 faiz), ən aşağı göstərici isə Maltada (9,4 faiz) qeydə alınıb.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31