Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb
07.09.2026 [23:39]
Hörmüz boğazında mayeləşdirilmiş təbii qazın (LNG) daşınması 92 faiz azalıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb. ABŞ-İran müharibəsinin başlamasından sonra isə bu göstərici ilin ikinci rübündə gündəlik 4,9 milyon barelə düşüb. Eyni dövrdə boğazdan LNG axını gündəlik 10,5 milyard kubfutdan 800 milyon kubfuta geriləyib. Beləliklə, qeyd edilən dövrdə Hörmüz boğazından keçən neftin həcmi 77 faiz azalıb, LNG daşınmasında azalma isə 92 faiz olub. LNG axınının kəskin azalması bu strateji əhəmiyyətli marşrutda maye qaz daşınmasının daha da pozulduğunu göstərir.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) məlumatına görə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) LNG ixracı üçün istifadə etdiyi yeganə dəniz yolu olan Hörmüz boğazından qlobal maye qaz tədarükünün təxminən beşdəbiri keçir. Münaqişənin kəskinləşməsindən sonra qlobal LNG bazarında mart-iyun ayları arasında əhəmiyyətli dərəcədə azalma yaşanıb. Bu dövrdə Qətərdən 300-dən çox və BƏƏ-dən təxminən 20 LNG yükü daşına bilməyib.
“Clarksons Research” analitika şirkətinin məlumatına görə, neft və LNG daşınmasındakı fərqin gəmi trafikində əks olunduğunu göstərir. İyunun 21-27-ni əhatə edən həftə ərzində Hörmüz boğazından 66 xam neft tankeri və 16 LNG gəmisi keçsə də, avqustun 23-29-nu əhatə edən həftə ərzində yalnız 4 xam neft tankeri keçib.
Neft tədarükündə alternativ nəqliyyat marşrutları işə düşüb. ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Bab əl-Məndəb boğazından keçən neftin həcmi 2025-ci ilin son rübündə gündəlik 5,4 milyon bareldən cari ilin ikinci rübündə sutkada 8,1 milyon barelə yüksəlib. Bunun səbəbi Səudiyyə Ərəbistanının neftinin bir hissəsini Şərq-Qərb Xam Neft Boru Kəməri (“Petroline”) vasitəsilə Qırmızı dənizdəki Yanbu limanına yönləndirməsidir.
Mütəxəssislər bildirirlər ki, neft və maye qaz arasında nəqliyyat və infrastrukturda əhəmiyyətli struktur fərqləri var. Neft daha böyük və çevik tanker donanmasına, eləcə də geniş saxlama tutumuna malikdir, LNG isə bu çevikliyə malik deyil. Neft və LNG daşınmasındakı fərq tanker donanmaları, saxlama qurğuları, gəmi xərcləri, təhlükəsizlik riskləri və maye qaz ixrac infrastrukturunun coğrafi konsentrasiyasından təsirlənir. Hörmüz boğazında təhlükəsizlik riskləri enerji daşınmasına təsir edir. Boğazdan neft tankerləri az sayda keçməyə davam etsə də, LNG daşınmasında fasilələr özünü daha çox göstərir.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

