Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

21.09.2026 [20:26]

Türkiyə 2015-2025-ci illərdə Günəş və külək enerjisindən ümumilikdə 442,2 teravat-saat elektrik istehsal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu istehsal hesabına 21,5 milyard dollar dəyərində kömür idxalının və təxminən 354 milyon ton karbon qazı emissiyasının yaranmasının qarşısı alınıb.

Ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə 2053-cü ilədək xalis sıfır emissiya və enerji sahəsində tam müstəqillik hədəfləri istiqamətində bərpaolunan enerji mənbələrindən istifadəsini artırır.

Onun sözlərinə görə, Türkiyə bərpaolunan enerji üzrə Avropada 5-ci, dünyada isə 11-ci yerdədir. 2035-ci ilədək ölkədə bərpaolunan enerji üzrə quraşdırılmış gücün 120 min meqavata çatdırılması hədəflənir.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30