Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05.10.2026 [20:22]

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Onun sözlərinə görə, gəmi Türkiyəyə məxsus olub. Hücum nəticəsində kapitan ölüb.

Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.

“Təəssüf ki, gəminin kapitanı ölüb. Digər şəxsin taleyi isə araşdırılır”, - Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, gəmidən 11 nəfər xilas edilib, onlardan biri xəsarət alıb.

Qeyd edək ki, Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəminin dronla vurulduğuna dair məlumat yayılıb.

Paylaş:
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31