Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

12.10.2026 [10:40]

Süni intellekt texnologiyalarının inkişafı dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Banqkokda keçirilən BVF və Dünya Bankının payız iclasında bildirib.

Onun sözlərinə görə, süni intellekt əmək bazarını köklü şəkildə dəyişdirəcək, bəzi iş yerlərini yeni texnologiyalarla tamamlayacaq, digərlərini isə sıradan çıxaracaq.

Georgiyeva inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 23 faizinin süni intellektdən təsirlənəcəyinin gözlənildiyini qeyd edib.

BVF rəhbəri hökumətləri təhsil sistemini yenidən nəzərdən keçirməyə və təhsilə diqqət yetirməyə çağırıb. O, həmçinin süni intellektin əmək bazarında yaratdığı dəyişikliklərin dövlətlərin vergi gəlirlərinə təsir göstərə biləcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31