Ermənistan yeni siyasi kataklizmlərə doğru...
11.08.2016 [10:10]
Hakimiyyətdəki hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir
Daxili və xarici siyasətdə ciddi uğursuzluqlara düçar olan Ermənistan siyasi xaosdan qurtula bilmir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Ekspertlərin proqnozları Sarkisyan hakimiyyəti üçün yalnız bədbin gələcək mənzərəsi yaradır. Başqa sözlə, siyasi şərhçilər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Birmənalı şəkildə ifadə olunur ki, hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir.
Xaos və qarşıdurma davam edir
“Armenia today” yazır ki, İrəvanda baş verən silahlı toqquşmalardan sonra ölkədə idarəolunmaz vəziyyət yaranıb. Hakimiyyətin atdığı addımlar ciddi müqavimət və etirazlarla qarşılanmaqdadır. Mənbə yazır ki, “Təsis parlamenti” hərəkatının İrəvanda və Vanadzorda keçirdiyi mitinqin iştirakçıları hökuməti istefaya səsləyiblər. Məlumata görə, aksiyaçılar post-patrul alayı binasını ələ keçirib, həbsdə olan şəxslərə dəstək nümayiş etdiriblər. Nümayişçilər bu yolla Jirayr Səfilyan başda olmaqla həbs edilən 47 fəalın azadlığa buraxılmasına nail olacaqlarını bildiriblər. Hərəkatın yaydığı bəyanatda deyilir ki, silahlı hücumla bağlı həbs olunanlara işgəncələr verilir. Polisin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən Ermənistan vətəndaşlarına, həmçinin vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiq etməsi isə yerli və beynəlxalq hüquq normalarına, insan hüquqlarına dair konvensiyalara ziddir. Amma “Təsis parlamenti” hərəkatının baş verənlərlə bağlı topladığı materiallar Ermənistan məhkəmələri tərəfindən qəbul olunmur.
“Ermənistan Xəbərləri” portalı isə yazır ki, yürüş iştirakçıları mərkəzi prospektə gedən yolun bir hissəsini bağlamaqla hökumət qüvvələrini çətin vəziyyətdə qoyublar. İrəvan polisi yürüşün qanunsuz olduğunu bildirib. Polis “Toplaşma azadlığı haqqında” qanunu əsas gətirərək aksiya iştirakçılarına yürüşü dayandırmağı və dağılmağı təklif edib. Əks halda ictimai asayişi pozanlara qarşı güc tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Aksiya iştirakçıları bəyanata məhəl qoymayıblar, “Azadlıq və müstəqil Ermənistan” şüarını səsləndirməyə başlayıblar. Etirazçılar “Sasna tsrer” qrupunun üzvlərinin dərhal azad olunmasını da tələb ediblər.
Yanlış xarici siyasət kursu siyasi və iqtisadi böhranın dərinləşməsini şərtləndirir
“Tert.am” saytı isə yazır ki, ölkə daxilində hökm sürən siyasi və iqtisadi böhranın təməlində duran başlıca amillərdən biri hakimiyyətin yanlış xarici siyasət kursudur. Başqa sözlə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının növbəti dəfə aktuallaşdığını bildirirlər.
İşğalçı ölkənin gələcəyi sual altında...
Ermənistanın daxili və xarici siyasət sahəsində mövcud problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan böhran hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. “Tert.am” saytında dərc olunan məqalədə o da qeyd olunur ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq subyektinə yox, daha çox təzyiq obyektinə çevrilib.
Dolayısıyla, bütün bunlar isə Ermənistanın daxili və xarici platformada yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

