Ermənistan vətəndaş qarşıdurması ərəfəsində
03.06.2009 [15:17]
Ermənistanda onsuz da sabit olmayan daxili siyasi vəziyyət daha da gərginləşib. Buna səbəb isə hakimiyyətin Yerevan meri seçkilərində total saxtakarlıqlara və ciddi qanun pozuntularına yol verməsidir. İşğalçı dövlətin regionda gedən inkişaf proseslərindən, o cümlədən, beynəlxalq miqyaslı layihələrdən kənarda qalması, eyni zamanda, xaricdən gələn yardımların əsaslı şəkildə azalması əhalinin həyat səviyyəsini son dərəcə pisləşdirib. Elə buna görə də, sadə ermənilər bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Mövcud rejimin vətəndaşlara normal həyat şəraiti yaratmaq imkanında olmaması, həmçinin, bu günə qədər keçirilən bütün seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırılması Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirib. Mayın 31-də Yerevanda keçirilən mer seçkiləri zamanı baş verənlər isə qarşıdurmanı daha da dərinləşdirib.
Bu barədə yazan erməni mətbuatı mer seçkilərini “görünməmiş və dəhşətli qanun pozuntularının yol verildiyi proses” kimi qiymətləndirib. “çorrord işxanutyun” adlı erməni nəşrinin yaydığı məlumatlara görə, ümumiyyətlə, seçkinin baş tutmadığını görən Mərkəzi Seçki Komissiyasının rəhbərliyi adambaşına 5000 dram verməklə, vətəndaşların zorla məntəqələrə gətirilməsi barədə tapşırıq verib. Bundan başqa, eyni adamlar müxtəlif yerlərdə bir neçə dəfə səs verməyə məcbur ediliblər. Lüsavandat qəsəbəsində buna etiraz edən sakinlər polis tərəfindən zorakılığa məruz qalıblar. 7 və 8 nömrəli məntəqələrdə isə seçkilər əsl vəhşiliklə müşayiət olunub. Belə ki, hətta mətbuat nümayəndələrinin də prosesi izləməsinə imkan verilməyib. Əmrlərə tabe olmayanları isə MSK üzvlərinin göstərişlərini yerinə yetirən polislər möhkəm döyüblər. Nəticədə dörd jurnalist, o cümlədən, “Tranparensi İnternational”dan olan müşahidəçi ağır vəziyyətdə xəstəxanaya aparılıb. 5 nömrəli seçki dairəsinin 15 nömrəli məntəqəsindən “İrs” Partiyasından olan müşahidəçi Anuşavan Nikoqosyan yoxa çıxıb. Mətbuatın bildirdiyinə görə, seçki qanunlarının pozulmasına etiraz edən Nikoqosyan bəhanə ilə bayıra çağırılıb və bundan sonra onu görən olmayıb. Qeyd edək ki, “İrs”in üzvündən indiyə qədər heç bir məlumat yoxdur və partiya onun axtarılması üçün əlaqədar orqanlara müraciət edib.
Lakin seçki qalmaqalı heç də bununla tamamlanmır. Belə ki, hətta dünyasını dəyişmiş ermənilər də mer seçkilərində “iştirak ediblər”. Məsələn, araşdırma zamanı dünyasını çoxdan dəyişmiş Qeork Tadevosyan adlı erməninin 11 nömrəli dairənin 21 nömrəli məntəqəsində seçkiyə “qatıldığı” üzə çıxıb. Parlamentdəki müxalifət fraksiyasının nümayəndəsi Stepan Safaryan “Novosti Armeniya”ya verdiyi açıqlamada seçicilərin cəmi 52,85 faizinin paytaxt meri seçkisində iştirak etdiyini, qanun pozuntuları ilə bağlı səsvermənin sonuna qədər müntəzəm şikayətlərin daxil olduğunu deyib. öz növbəsində Mərkəzi Seçki Komissiyası seçkilərdə hakim Ermənistan Respublika Partiyasının qalib gəldiyini bəyan edib. MSK-nın yaydığı məlumatlarda seçkilərə qatılan vətəndaşların 47 faizinin hakim partiyanın namizədlər siyahısına səs verdiyi bildirilib. O cümlədən, “çiçəklənən Ermənistan” Partiyası (22.71 faiz) və sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi” (17,41 faiz) Yerevan Ağsaqqallar Şurasında təmsil olunmaq hüququ qazanıb. Bu, Ermənistan tarixində Yerevan meriyasına keçirilən ilk seçkilərdir. Proporsional sistem üzrə keçirilən mer seçkilərində Yerevan Ağsaqqallar Şurasında 65 yerin sahibi müəyyənləşib. Seçkilərdə qalib gələn partiyanın lideri Yerevan meri seçilmiş sayılır. İndiki nəticələrə görə, Respublika Partiyasının rəhbəri Qaqik Beqlaryan paytaxt meri seçilib.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, KİV-in böyük əksəriyyəti, eləcə də, erməni müxalifəti seçkilərin nəticələrinin total şəkildə saxtalaşdırıldığını və qanun pozuntularına yol verildiyini bildirib. Qanun pozuntuları, əsasən, jurnalistlərə və müxalifət nümayəndələrinə təzyiqlərin edilməsi, başqa regionlardan gətirilən vətəndaşların səsvermədə iştirakı, açıq səsvermə hüququnun pozulması ilə bağlıdır. Seçkilərdən dərhal sonra müxalifət partiyaları nəticələrə etiraz olaraq izdihamlı mitinq keçiriblər. Mitinqdə çıxış edən sabiq prezident, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan seçkini “son zamanların ən dəhşətli seçkisi” adlandırıb. Mitinqdə, Erməni Milli Konqresinin seçkidə qazandığı mandatlardan imtina etdiyini bildirən Ter-Petrosyan prezident Serj Sarkisyanı “öz xalqı üzərində qələbə çalması” münasibətilə təbrik edib. O, hakimiyyətin Ağsaqqallar Şurasına seçkiləri saxtalaşdırmaqla müxalifət-iqtidar dialoqu üçün son imkanları da heçə endirdiyini deyib. Erməni Milli Konqresinin daha heç vaxt indiki hakimiyyətlə dialoqa getməyəcəyini bildirən sabiq prezident “Bundan sonra Serj Sarkisyanın qol çəkdiyi heç bir sənədin, xüsusilə Dağlıq Qarabağa, Türkiyə-Ermənistan münasibətlərinə dair hər hansı sənədin, bizə görə, hüquqi qüvvəsi yoxdur. Sarkisyan istefaya getməli və öz cinayətlərinə görə cavab verməlidir” deyib. Qeyd edək ki, seçkinin nəticələrindən məhkəməyə şikayət edən müxalifətin növbəti mitinqi iyunun 12-nə təyin olunub. Erməni Milli Konqresinin mitinqdə səsləndirəcəyi başlıca şüarı da elan edilib: “Serjik, çəkil!”. Ter-Petrosyan, həm də Baş Prokurorluğa seçkilərin nəticələrinin araşdırılması ilə bağlı rəsmi müraciət edib.
öz növbəsində hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq üçün seçkinin sonrakı günlərində paytaxta regionlardan gələn və xüsusi icazəsi olmayan nəqliyyat vasitələrinin girişini qadağan edib. Paytaxtda isə silahlı qüvvələrin sayı çoxaldılıb. Erməni mətbuatı hakimiyyətin bu addımını “ehtiyat tədbiri” kimi qiymətləndirib. Ekspertlər vəziyyətin bu şəkildə davamının vətəndaş qarşıdurması ilə nəticələnəcəyini ehtimal edirlər. Ermənistan Baş Prokurorluğunun son addımı isə hakim rejimin müxalifətin tələbləri qarşısında cüzi də olsa geri çəkilmək məcburiyyətində qaldığından xəbər verir. Qeyd edək ki, Baş Prokurorluq Mərkəzi Seçki Komissiyasında səkkiz seçki dairəsində səslərin yenidən hesablanmasını tələb edib.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

