"Rəsmi Bakının Rusiyaya qaz satması NABUCCO müqaviləsinin imzalanmasında həlledici rol oynadı"
16.07.2009 [10:18]
- NABUCCO layihəsinin reallaşması baxımından ayın 13-də Türkiyə ilə bir sıra Avropa Birliyi ölkələrinin imzaladığı hökumətlərarası müqavilə nə dərəcədə vacib idi?
- Ankarada keçirilən tədbirin fundamental məqsədi Türkiyə ilə tranzit dilemmasını həll etmək idi. İlk olaraq qaz hasil edən ölkələr ilə deyil, Türkiyə ilə anlaşma tapılmalı idi. Türkiyənin NABUCCO layihəsində rolu nədən ibarətdir - tranzit ölkə olaraq enerji vasitəçisi və yaxud qaz alıb-satan ölkə? Əldə olunan nəticə isə ondan ibarətdir ki, ayın 13-də imzalanan müqavilə ilə Türkiyə Qərb enerji təhlükəsizliyi sistemində NABUCCO layihəsinə tranzit ölkə qismində qatılır. Yəni boru ilə gələcək qazın 15 faizinin Türkiyədə qalması, hansısa xüsusi imtiyazların verilməsi kimi tələblər aradan götürülüb. Türkiyə, Bakı-Tbilisi-Ceyhan layihəsində olduğu kimi, tranzit ölkə qismində çıxış edəcək. NABUCCO-nun reallaşması üçün ikinci vacib addım qaz istehsal edən ölkələrlə - Azərbaycan, Türkmənistan və ya İraqla müqavilənin imzalanması olacaq.
- Azərbaycanla Rusiyanın bir müddət əvvəl imzaladığı qaz müqaviləsi Ankarada baş verən imzalanma mərasiminə hər hansı bir təsir göstərdimi?
- Məncə, bunu qeyd etməyə dəyər ki, rəsmi Bakının qeyd olunan addımı Türkiyə ilə bir sıra Avropa Birliyi ölkələrinin son razılaşmanı əldə etməsində həlledici rol oynadı. Azərbaycan müqavilə imzalamaqla Brüssel və Vaşinqtona ciddi siqnal yolladı ki, layihə ilə bağlı ciddi qərarın qəbul olunmasının vaxtıdır. Yoxsa siz Azərbaycanı itirəcəksiniz. Azərbaycanı itirsəniz, Türkmənistanı da itirəcəksiniz. İstənilən halda, hesab etmirəm ki, Azərbaycanın layihədə iştirakı problem olacaq. Əlbəttə, Rusiya müdaxilə etməyə çalışacaq. Onlar Azərbaycanı inandırmağa çalışacaqlar ki, NABUCCO-ya imza atmasın. Doğrudan da, NABUCCO-nun reallaşmasının ən çətin məqamı ikinci hissə olacaq. Bu hissə Türkmənistan və İraqın layihəyə qoşulmasıdır. Türkmənistanda layihəyə prezident Berdıməhəmmədovun dəstəyi lazımdır ki, ona da nail olmaq çətindir. Türkmənistan artıq Rusiyadan, çindən maraqlı təkliflər alıb. Misal üçün, çin Cənub Yolotan yatağına 3 milyard dollar vəsait qoyub. Qərbin sərmayəsi isə sıfıra bərabərdir. Həmçinin, rəsmi Aşqabad İrandan yaxşı təklif alıb. Gözlənilir ki, Hindistanla Pakistan da yaxın zamanlarda ortaya təkliflər qoyacaqlar. Amma Türkmənistan Qərblə də çalışmaq istəyir. Onlar Brüsselə xüsusi elçilərini yollayıblar. ölkənin xarici işlər naziri bir müddət əvvəl Vaşinqtonda idi. Aydındır ki, onlar Qərblə dil tapmağa çalışırlar.
- NABUCCO-nun tikintisinə nə vaxt başlanacaq?
- Nəzərdə tutulub ki, boru 2014-ci ilə kimi inşa olunsun. Məncə, bu, bir az optimist baxışdır və qeyd olunan tarixdən bir il sonraya və ya hətta bir az artıq müddətə baxmaq lazımdır. Əslində indi vəziyyət Azərbaycandan, yəni Azərbaycanla danışıqların necə gedəcəyindən asılıdır. Azərbaycanla, qaz istehsalçısı kimi tez bir zamanda müqavilə imzalansa, onda son illər ərzində buraxılmış fürsətlər bir kənara qoyulacaq və yeni gözəl məqam yaranacaq. Azərbaycanın tez müddətdə müqavilə imzalaması bütün layihəni irəliyə apara bilər. Əgər ləngimə olsa, onda dediyim tarixlər optimist görünəcək.
- Siz Azərbaycanda diplomatik xidmətin 90 illik yubileyinə həsr olunan “Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması” kitabını redaktə etmisiniz. Kitabın praktiki faydası nə olacaq?
- Kitabın yazılma ideyası Azərbaycan Diplomatik Akademiyasından gəldi. Məqsəd Azərbaycanın Xarici İşlər Nazirliyinin ən yüksən rəsmilərini bir araya gətirərək Dağlıq Qarabağ, enerji məsələləri, Avropa Birliyi, ABŞ-la münasibətlər və sair məsələlər ilə bağlı münasibətini açıqlamaq idi. Xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, onun bütün müavinləri, Frederik Starr, Terri Adams kimi mütəxəssislər də Azərbaycanın xarici siyasəti ilə bağlı öz fikirlərini bölüşürlər. Bu, bir növ rəsmi və qeyri-rəsmi mövqelərin təzahür tapdığı əsər idi. Kitab Azərbaycanın Sovet dövründən əvvəlki vaxtını, ADR-in fəaliyyətini əhatə edir. Lakin bu, tarixi kitab deyil. Əsər Azərbaycanın xarici siyasəti ilə bağlı konkret təklifləri əks etdirir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

