ATƏT-in Minsk qrupu öz fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırmalıdır
12.03.2010 [09:51]
4 mart 2010-cu il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində (CFR-Central Foreign Relations) uydurma “erməni soyqırımı”nın tanınmasına dair qərar layihəsi növbəti dəfə müzakirəyə çıxarılıb. üç saatdan artıq aparılan müzakirələrdən sonra qondarma “erməni soyqırımı” qərar layihəsi 22 səsə qarşı 23 səslə qəbul edilib. Amma bu, hələ son deyil. ABŞ qanunvericiliyində nəzərdə tutulub ki, Komitədə səsverməyə çıxarılmış qanun layihəsi növbəti mərhələdə 435 nəfərin təmsil olunduğu Nümayəndələr Palatasında müzakirə edilməli və qərar qəbul olunmalıdır. Onu da qeyd edək ki, “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin Nümayəndələr Palatasına çıxarılıb-çıxarılmayacağı dəqiq müəyyən edilməyib. Bu məsələdə son söz spiker Nensi Pelosinin ixtiyarındadır. Bundan başqa, Nümayəndələr Palatası ilə yanaşı, bəhs edilən layihə Konqresin digər palatası - Senatda da səsverməyə çıxarılmalıdır. Qısası, “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin hüquqi status alması - qüvvəyə minməsi üçün onun Konqresin hər iki palatasında səs çoxluğu ilə qəbul edilməsi lazımdır.
Amma hər halda, nüfuzlu analitik mərkəzlər hesab edirlər ki, bəhs edilən qərar layihəsinin Konqresdə müzakirəyə çıxarılması ilə Türkiyəyə qarşı təzyiq elementlərinin artırılması ikitərəfli və çoxtərəfli münasibətlər formatında arzuolunmayan məqamlardan və perspektivdən xəbər verir. Xüsusilə də, bu tendensiya regional və qlobal miqyasda cərəyan edən proseslər və münasibətlərə müəyyən mənada mənfi təsir göstərə bilər. Bu, ABŞ-Türkiyə münasibətlərinə, Türkiyə-Ermənistan diplomatik münasibətlərinin normallaşması prosesinə zərər yetirəcək xüsusi faktor kimi çıxış edə bilər. Ən əsası isə ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun (MQ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rolunu zəiflədə və fəaliyyətinin ümumi səmərəsizliyini artıra bilər. Yəni, qəti qənaət ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə xüsusi töhfələr bəxş etməsi üçün bu ölkənin ədalətli və qərəzsiz mövqe tutması lazımdır. Qısası, Dağlıq Qarabağ münaqişəsində təcavüzkar və səbəbkar Ermənistandır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üçün bu dövlətə xüsusi təzyiq mexanizminin reallaşdırılması lazımdır. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin həlli prosedurunda vasitəçi missiyasını yerinə yetirir və bu funksiya (təcavüzkar tərəfə xüsusi islahedlici təzyiq və təsirlərin göstərilməsi - N.Q.) onun hər bir həmsədrinin üzərinə düşür...
Amma təəssüf ki, digər həmsədr ölkələrin - Rusiya və Fransanın olduğu kimi, ABŞ-ın da bu məsələdə atdığı addımlar qənaətbəxş və tərəfsiz deyil. Beynəlxalq münasibətlər sistemində supergüc statusuna malik olan ABŞ həmsədr ölkə kimi Ermənistana təzyiq və təsir etmək üçün kifayət qədər resurslara malikdir. Eləcə də, beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün. Amma Ağ Ev də bu variantı özünün milli maraqlarına adekvat hesab etmir və beynəlxalq hüquq normalarını növbəti dəfə ayaqlar altına atmaqdan çəkinmir. Onu da vurğulayaq ki, ABŞ ATƏT-i beynəlxalq hüquq normalarına deyil, özünün milli və transmilli maraqlarına müvafiq qaydada hədəflədiyi istiqamətə yönləndirməyə çalışır. Yəni, Ağ Ev özünün milli maraqlarına müvafiq qaydada beynəlxalq hüquq normalarını inhisara almaq niyyətindədir və onlardan açıq-aşkar təzyiq silahı kimi istifadə etməkdən çəkinmir. Əgər belə olmasaydı, təcavüzkar ermənilərin çirkin və dağıdıcı əməlləri dəstək deyil, töhmət və cəzaya layiq görülərdi. Qısası, baş verən bu olaylar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regional və qlobal proseslərə mənfi təsir göstərməkdən başqa önəm daşımır. Bu isə beynəlxalq təhlükəsizliyə təhlükə yaradan başlıca faktorlardan biri kimi çıxış edir...
ümumilikdə isə ABŞ başda olmaqla, ATƏT-in Minsk qrupunun bu cür qərəzli mövqe və fəaliyyəti aşağıdakı nəticələrə gətirib çıxara bilər.
1. Cənubi Qafqaz kimi həssas və strateji önəm kəsb edən bir bölgədə dağıdıcı meyillər arta, regional təhlükəsizliyə təhlükə yaradan mənfi meyillər ortaya çıxa bilər. Ən əsası uzunmüddətli sabitlik və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq niyyətləri və planları “suya düşər”;
2. Bu hal Ermənistanın dağıdıcı və təcavüzkar iddialarının əhatə dairəsinin genişlənməsinə, intensivlik səviyyəsinin artmasına yol aça bilər. Əlbəttə, bu prosesdə qlobal aktorların “xeyir-duası” təşviqedici və yönləndirici mexanizm kimi çıxış edəcək;
3. Bu kimi dağıdıcı tendensiyalar ATƏT-in Minsk qrupunun həmsədrləri kimi çıxış edən ölkələrin qlobal miqyasda nüfuz zonalarındakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. çünki Cənubi Qafqaz kimi önəmli bir bölgənin “barıt çəlləyi”nə dönməsi “zəncirvari proses” kimi digər bölgələrdə də dağıdıcı meyilləri alovlandıra və şiddətləndirə bilər;
4. Cənubi Qafqazda sabitliyin pozulması istər-istəməz qlobal güclərin öz aralarında gedən strateji savaşını kəskin həddə gətirib çıxarar ki, bu da beynəlxalq təhlükəsizliyin və balansın pozulmasına səbəb olar və s.
Yuxarıda verdiyimiz proqnozların sayını istənilən qədər artırmaq olar. Amma hər halda proqnozlardan belə nəticəyə gəlmək olur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə öz səylərini artırmalıdırlar. Ən əsası isə, birtərəfli və qərəzli şəkildə işğalçı ermənilərə verilən dəstək tamamilə çəkilməlidir. Yoxsa, beynəlxalq səviyyədə arzuolunmayan meyillər - qeyri-sabitlik və qarşıdurma halları ən kəskin formada təzahür edə bilər.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

