Moskva metrosundakı terror aktının pərdəarxası məqamları...
01.04.2010 [08:47]
Martın 29-da səhər tezdən Moskva metrosunun “Lubyanka” və “Park Kulturı” stansiyalarında güclü partlayışlar baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, baş verən partlayışlar nəticəsində 37 nəfər ölüb, 62 nəfər isə yaralanıb. CNN telekanalının bildirdiyinə görə, hadisədən sonra çeçen ekstremistlərinə yaxın saytlardan biri Moskva metrosundakı partlayışları çeçen silahlılarının törətdiyini xəbər verib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov isə məlum qanlı olayı Şimali Qafqaza məxsus olan terrorçu təşkilatların törədə biləcəyi ehtimalını təsdiqləyib...
Baş verən bu qanlı olay eyni zamanda bəzi ehtimallara yol açıb. Belə ki, müxtəlif strateji araşdırmalar mərkəzləri və nüfuzlu analitiklər sözügedən terror aktının məhz indiki zamanda törədilməsinin heç də təsadüfi olmadığını bildiriblər. Həmin mərkəzlər “son zamanlar Qafqazda heç bir ciddi dağıdıcı halların, daha dəqiq desək, qeyri-sabitlik mənbəyi ola biləcək hadisələrin baş vermədiyi bir dönəmdə bu kimi faktların ortaya çıxması nə(lər)dən xəbər verir” sualına cavab tapmağa çalışırlar.
Qeyd edək ki, azərbaycanlı politoloqlar da sözügedən məsələyə birmənalı yanaşmırlar. Məsələn, politoloq Rasim Musabəyovun sözlərinə görə, Rusiyada baş verən terror aktının əsasında bir sıra siyasi motiv və meyarlar dayana bilər: “Düşünürəm ki, baş verən bu olayın siyasi tərəfinə nəzər salsaq, onda insidentin səbəblərini bir neçə yöndə qruplaşdıra bilərik. Əvvəla, bu olayın əsasında Rusiya daxilindəki siyasi sabitliyi pozmaq və ondan yararlanmaq məqsədi dayana bilər. Digər tərəfdən, baş verən terror aktını xarici qüvvələrin Kremlə ciddi mesajı kimi də dəyərləndirə bilərik... Hər halda, bütün bunların hamısı ehtimaldır, lakin bu ehtimallar Rusiyanın içində olduğu siyasi durumu əks etdirən reallığın fonunda ortaya çıxıb”.
R.Musabəyov qeyd edib ki, bu kimi terror aktları Rusiya üçün heç də ilk və sonuncu olay deyil. Onun sözlərinə görə, bu terror aktı, əslində, Rusiyanın problemlərin həlli zamanı istifadə etdiyi sərt metodlara cavab reaksiyası kimi də dəyərləndirilə bilər. Yeri gəlmişkən, bir sıra xarici siyasi analitiklər bildiriblər ki, baş verən terror aktı Rusiyanın Şimali Qafqazda yeni hərbi əməliyyatlara start verməsinə səbəb ola bilər. Politoloq Rasim Musabəyov isə bu fikirlə tam mənada razı deyil. Onun qənaətincə, rəsmi Moskva bu olayın fonunda Şimali Qafqazda geniş hərbi əməliyyatlara başlamayacaq, çünki buna zərurət və ehtiyac yoxdur.
Politoloq Elman Nəsirli isə bildirib ki, məhz bu kimi terror aksiyalarının əsasında dayanan amillər siyasi motivlərə söykənir. Onun sözlərinə görə, bu və buna bənzər terror aksiyalarının törədilməsində başlıca məqsəd konkret siyasi məqsədlərə nail olmaq, daxili siyasi vəziyyəti gərginləşdirməklə hökumətdənkənar qüvvələrin manevr imkanlarını genişləndirməkdir: “Adətən, miqyasına görə lokal, önəminə görə isə qlobal xarakterli terror aksiyalarında 3 başlıca tərəf fərqləndirilir: terror aktını törədən tərəf, terrorun qurbanları və terrorun yönəldiyi, amma sağ qalan tərəf. Rusiyadakı olayın timsalında terrorun yönəldiyi tərəf məhz hakimiyyət idi. Bu akt hakimiyyətə mesaj kimi dəyərləndirilsə, daha məqbul olar”.
“Bu olayın Rusiyanın beynəlxalq arenadakı addımları ilə əlaqəsi varmı” sualına cavab olaraq E.Nəsirli qeyd edib ki, müəyyən mənada baş verən sonuncu terror aktını bu motivlə əlaqələndirmək olar: “Xüsusilə də, Rusiyanın Qazaxıstan və Belarusla birlikdə gerçəkləşdirməyə çalışdığı “Gömrük ittifaqı layihəsi”ni qeyd edə bilərik. Son zamanlar Ukraynanın da bu layihəyə qoşulacağı ilə bağlı proqnozlar verilir. Analitiklərin qənaətincə, bu addım mahiyyətcə yeni formatda SSRİ-nin bərpa olunması kimi dəyərləndirilə bilinər. Əlbəttə, bu faktdan narahat və narazı olan qüvvələr Rusiyaya mesajı terror aktı vasitəsilə göndərə bilərlər... İkinci məqam isə Rusiyanın İranla bağlı sanksiyalara özünəməxsus mövqe sərgiləməsi ilə bağlı ola bilər. Hər halda, bu terror aktının arxasında daha çox məqam dayanır desək, yanılmarıq”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

