Ermənistanda hökumətin istefası hakimiyyət böhranı yarada bilər
27.04.2021 [08:25]
Məğlub Ermənistanda aylardır davam edən siyasi xoas növbədənkənar seçkilərlə bağlı hakimiyyətin atdığı növbəti addımdan sonra yeni mərhələyə qədəm qoyub. Yerli medianın yazdığına görə, 3 partiya arasında razılaşmada nəzərdə tutulduğu kimi, 20 iyunda parlament seçkilərinin keçirilməsinin yolunu açmaq üçün Nikol Paşinyan və hökumətinin 25 apreldə istefa verməsi yeni situasiya yaradıb. Belə ki, bəzi müxalifətçilər və siyasi qüvvələr mövcud parlamentin üzvlərini yaranmış vəziyyətdən istifadə edərək yeni baş nazir seçməyə çağırırlar. Ekspertlərin fikrincə, yaranmış boşluq hakimiyyət böhranı baş verməsinə şərait yarada bilər. Qeyd edək ki, artıq prezident Armen Sarkisyan baş nazir Paşinyan və hökumətinin istefasını qəbul edib. Lakin Paşinyan elan edib ki, o, seçkilərə qədər müvəqqəti olaraq baş nazir vəzifəsini davam etdirəcək. Ancaq bəzi mütəxəssislər Paşinyanın istefadan sonra baş nazir vəzifəsini icra etməsini qanunsuz hesab edirlər. “Panorama.am” yazır ki, erməni vəkil Tiqran Atanesyan bildirib ki, könüllü istefasından sonra Paşinyan hökumət başçısı kimi fəaliyyət göstərə bilməz: “Baş nazirin istefasından sonra müavinlərindən biri onun vəzifəsini icra etməlidir”.
Onun sözlərinə görə, hazırda Ermənistanın cinayət məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsinə (hakimiyyəti qəsbetmə) əsasən, cinayət faktı mövcuddur. Yeri gəlmişkən, onu da xatırladaq ki, ölkə qanunvericiliyinə görə, baş nazirin istefasından sonra parlamentin fraksiyaları yeddi gün ərzində namizəd irəli sürmək hüququna malikdir. Mövcud konstitusiyaya görə, növbədənkənar seçkilər yalnız baş nazirin istefası, iki dəfə yeni baş nazirin seçilməməsi və parlamentin buraxılması halında mümkündür. Yaranmış fürsəti dəyərləndirən Paşinyanın əleyhdarları parlament üzvlərini yeni baş nazir seçməklə hakimiyyət dəyişikliyini həyata keçirməyə çağırırlar.
Belə ki, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan parlamentdə fraksiyaları olan “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyalarının deputatlarını baş nazir postuna namizəd irəli sürməyə çağırıb. Onun sözlərinə görə, yalnız bu addımla həmin partiyalar əsl müxalifət olduqlarını sübut edə bilərlər. Bu barədə məlumat verən “News.am”ın yazdığına görə, eyni mövqedən çıxış edən Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib ki, müxalifət partiyaları baş nazir postuna namizəd irəli sürməsələr, “hökumətin oyuncağı” olduqlarını təsdiq edəcəklər.
Bütün ittihamların və nəzərlərin tuşlandığı parlamentdəki müxalifət partiyalarına gəlincə, “Maariflənən Ermənistan” elan edib ki, Paşinyanla razılaşmanı pozmayacaq. “Sputnik-Ermənistan” xəbər verir ki, partiyanın lideri Edmon Marukyanın sözlərinə görə, partiya növbədənkənar seçkiləri daxili siyasi böhrandan çıxış yolu hesab edir və parlamentin buraxılmasına mane olmayacaq: “Bu səbəbdən baş nazir postuna namizəd irəli sürməyəcəyik və heç kimin namizədliyini dəstəkləməyəcəyik”.
Göründüyü kimi, Paşinyanın əleyhdarları parlamenti hökuməti kənarlaşdırmaq üçün yaranmış fürsətdən istifadəyə çağırır. Bu ehtimal baş tutsa, Ermənistanda hökm sürən siyasi qarşdurma fonunda yeni hakimiyyət böhranı qaçılmazdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

