Pakistan Senatı ədalətli qərar qəbul edib
03.02.2012 [11:34]
Məsələyə münasibət bildirən Milli Məclisin komitə sədri, Azərbaycan - Pakistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib ki, Azərbaycan və Pakistan starteji münasibətdə olan dövlətlərdir. Pakistanın dövlət müstəqilliymizi tanıyan ilk ölkələr sırasında olduğunu xatırladan millət vəkili Azərbaycan deputatlarının bu ölkənin parlamentində olduqları və tərəflər arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyib. O, qeyd edib ki, gələcəkdə də belə səfərlərin olacağı gözlənilir: “Münasibətlərimiz uğurla inkişaf edir. Pakistan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini müdafiə edib. Bu ölkənin Senatı tərəfindən Xocalı soqırımnın tanınması məhz bu münasibətlərin məntiqi nəticəsidir. Hesab edirəm ki, Pakistan münaqişənin həllində Azərbaycana daim öz dəstəyini verəcək”.
Milli Məclisin deputatı, Xocalı şəhərinin keçmiş icra başçısı Elman Məmmədov də bu qərarın Pakistanın Azərbaycana dost münasibətinin ifadəsi olduğunu bildirib: “Pakistan Senatında Xocalı soyqırımı haqqında qətnamənin qəbul olunması son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Eyni zamanda, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır”.
E.Məmmədov deyib ki, Pakistan İslam dövləti olaraq həmişə ölkəmizin ədalətli mövqeyini dəstəkləyir: “Belə bir qərarın qəbul olunmasında iki ölkə arasındakı dostluq münasibətləri öz təsirini göstərir. Eyni zamanda, burada Milli Məclisin xidmətlərini də qeyd etmək lazımdır. Mən inanıram ki, haqq-ədalət öz yerini tapacaq və dünyada Xocalı soyqırımını tanıyan ölkələrin də sayı artacaq. Artıq Meksika və Pakistan parlamentləri belə bir qərar qəbul edib. Türkiyə parlamentində Xocalı soyqrımı ilə bağlı müzakirələr aparılır. Hesab edirəm ki, biz Xocalı soyqırımının tanınması istiqamətində işləri günü - gündən gücləndirməliyik. Bu cinayəti törədənlər, bu gün Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan kimi hərbi cani, qatil cəzasını almalıdır”.
Millət vəkili İmamverdi İsmayılov isə bildirib ki, Pakistan İslam Respublikasının Senatının Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, qətnamədə Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımın pislənilməsi olduqca mühüm məqamdır: “Bu həmin soyqırımının mülki əhaliyə qarşı törədilməsini bir daha təsdiq edir. Xocalı soyqırımı ermənilərin törətdiyi ən böyükmiqyaslı qətliamlardan biridir və bu qətliamların sayı çoxdur. Mən iki qaçqın və məcburi köçkün rayonun parlamentdə təmsilçisi olaraq bildirmək istəyirəm ki, dünya birliyi Azərbaycanın məruz qaldığı işğala göz yummamalıdır. Bu gün öz evindən-eşiyindn didərgin düşmüş bir milyona yaxın insanın hüquqları tapdanıb. Avropa, beynəlxalq aləm ədalətin bərpasına nail olmalıdır”.
Millət vəkili vurğulayıb ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasına, bu qətliamın həqiqi qiymətini almasına Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində nail olunub: “Möhtərəm Prezidentimiz hər zaman beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırıb. Bununla yanaşı, bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər olduqca mühümdür. Məhz, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində hər il Xocalı faciəsi günü dünyanın bir sıra ölkələrində kütləvi tədbirlər keçirilir, aparıcı dövlətlərin paytaxtarında Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto-sərgilər reallaşır. Bu mənada dövlətimizin gördüyü işlər artıq öz bəhrəsini verməkdədir. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan dövləti əldə etdiyi iqtisadi-siyasi uğurları ilə artıq dünyanın siyasi palitrasında özünə mühüm yer qazanıb. Buna isə möhtərəm Prezidentimizin ardıcıl və qətiyyətli siyasi iradəsi sayəsində nail olmuşuq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54

