Vaqif Səmədoğlu ömründən yarpaqlar
02.02.2015 [15:39]
Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində, böyük şair Səməd Vurğunun ailəsində doğulub. O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, ardınca Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, bundan sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri vəzifələrində çalışıb, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru olub.
Vaqif Səmədoğlu 2000 və 2005-ci illərdə olmaq etibarı ilə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Həmin dövrdə o, Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.
XX yüzilliyin 60-cı illərində ölkədə ədəbi mühitə yeni hava, poetik ovqat gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu, xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Ədəbiyyatşünaslar onun yaradıcılığını “çağdaş Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsi” kimi dəyərləndirir.
V.Səmədoğlu qələmindən çıxan əsərlərdə anlam qazanan hər bir ifadə, Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun geniş imkanları, ənənə ilə novatorluğun vəhdəti, habelə dünya ədəbiyyatının uğurları ilə həmahəngdir, harmoniya içindədir...
Taleyi teatr və kino sənəti ilə qırılmaz tellərlə bağlı olan V.Səmədoğlu, diqqəti taleyüklü üzüntülərə yönəldən əsərləri ilə görkəmli dramaturq şöhrəti qazanıb.
Şair-dramaturq kimliyi ilə yanaşı, Azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəməyən V.Səmədoğlu, cəmiyyət yaşamında boy göstərən olaylara, necə deyərlər, peşəkar vətəndaşlıq duyğusu ilə yanaşaraq ictimai xadim kimi də nüfuz qazanıb.
Ədəbi və ictimai-siyasi fəaliyyəti müstəqil dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Vaqif Səmədoğlu, respublikamızın yüksək təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Çağdaş Azərbaycan ədəbiyyatının, ictimai fikrimizin görkəmli nümayəndəsi, Xalq şairi V.Səmədoğlu 2015-ci il yanvarın 28-də, ömrünün 76-cı ilində vəfat edib. V.Səmədoğlu Fəxri Xiyabanda, atasının yanında torpağa tapşırılıb...
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

