Fikrin libası
27.04.2022 [10:29]
F.Uğurlu
Ədəbi üslub həndəvərində gəzişmələr
Üslub fikrin, ideyanın libasıdır. Forma məzmunun əyninə oturmasa, sənət əsəri yaranmaz. Nə demək necə deməkdən əvvəl gəlir, forma məzmundan doğulur. Məsələn, “Hərb və sülh” əsərini bir cildə sığışdırmaq olarmı?
Yeri gəlmişkən, Lev Tolstoy bu möhtəşəm dastanın hazırlıq işlərini görüb qurtarandan sonra ona layiqli forma tapmaqda çətinlik çəkirdi. Həmin ərəfədə, yəni 1862-ci ildə Viktor Hüqonun “Səfillər” romanı çapdan çıxdı. Bu nəhəng əsərlə tanışlıqdan sonra Tolstoy öz sözünə qəlib tapa bildi, üstündən bir il keçməmiş kitabını yazmağa başladı. Aydındır ki, söhbət roman-epopeya janrından gedir.
Bu iki parlaq örnəyin (eləcə də Balzakın azman “Bəşəri komediya” silsiləsinin) ardınca dünya nəsrində yeni bir cığır açıldı, çoxqatlı, çoxcildli, çoxplanlı romanlar yarandı: “Karamazov qardaşları” (Dostoyevski), “Ruqon-Makkarlar” (Zolya), “İtirilmiş vaxtın sorağında” (Prust), “Forsaytlar dastanı” (Qolsuorsi), “Tibo ailəsi” (Marten dü Qar), “Klim Samginin həyatı” (Qorki), “Sakit Don” (Şoloxov), “İosif və qardaşları” (Tomas Mann), “Əzablı yollarla” (A.Tolstoy), “Jan-Kristof” (Rollan)...
* * *
Bünövrəsi Stendalın romanlarıyla qoyulmuş yeni dünya nəsrində real məkanı şərti, rəmzi məkana çevirmək ənənəsi Onore de Balzakdan başlanır. “Bəşəri komediya” yüzə yaxın əsərdən hörülmüş nəhəng şəbəkədir, minlərlə obrazdan bir qismi romandan-romana, novelladan-novellaya adlayır, bir əsərdə baş qəhrəman kimi önə çıxır, başqasında epizodik personaj kimi arxa planda görünür. Məsələn, “Qorio atanın” aparıcı obrazı Rastinyak “Şaqren dərisi”ndə epizodik rolda səhnəyə çıxır.
Sovet ədəbiyyatşünaslığı o dövr yazıçılarının çoxunu ucdantutma tənqidi realizm cərəyanına calayırdı, halbuki Balzak özü estetik baxışlarının əks olunduğu “Gizli şedevr” novellasında açıq mətnlə deyir ki, sənətkar, sən həyatın üzünü köçürən miskin bir kopyaçı deyilsən, sən həyatın mənasını ifadə eləyənsən. Bunu deyən yazıçıya həyatı yamsılayan metodun nümayəndəsi damğasını vurmuşdular.
Bu baxımdan Balzakın Parisi (elə bütün Fransası) real məkan olmaqla yanaşı həm də şərti məkandır. Balzakın kəşf elədiyi metod sonralar çoxlarının işinə yaradı. Emil Zolyanın nəhəng “Ruqon-Makkar” silsiləsində bu üsuldan gen-bol istifadə olunub; məsələn, “Tələ” romanının baş qəhrəmanı Jervezanın qızı Nana öz adına bağlanmış növbəti kitabın aparıcı personajı kimi səhnəyə çıxır. Zolyanın da Parisi (eləcə də Fransası) real məkan olmaqdan savayı həm də şərti, simvolik ərazidir. Eynən Folknerin Yoknapatofası, Markesin Makondosu kimi. Balzak üslubu özünə yol aça-aça ta Əkrəm Əylislinin Buzbulağına, Qoderzi Çoxelinin Qudamağarisinə qədər gəlib çıxıb.
* * *
XIX əsrin başqa bir böyük yazıçısı, dünya nəsrində üslubçuluğun atası sayılan Qustav Flober öz metodu haqqında belə deyirdi: “Yazıçının əsərinə müdaxiləsi Allahın təbiətdə iştirakına bənzəməlidir - hər yerdə var, ancaq gözə görünmür”. Həqiqətən Flober əsərlərinin üslubu üzərində görünməmiş bir vasvasılıqla işləyirdi. Uilyam Folknerdən iki böyük qələm adamı arasında müqayisə aparması xahiş olunanda təqribən belə demişdi: Flober stilist idi, ancaq o qədər istedadlıydı ki, insan haqqında da yaza bilirdi; Tolstoyun niyyəti isə insanlar haqqında yazmaq idi, yazdıqlarının üslubu gözəl alınanda özü də mat qalırdı.
Floberin məqsədi bədii nəsri siyasətdən, sosiallıqdan, tərbiyəvi missiya daşımaqdan, zəhmli müəllif tendensiyasından qurtarmaq idi. Onu özündən bir nəsil böyük Balzakla tutuşduranda Floberin yaradıcılığında hökmran müəllif səsinin eşidilmədiyini görürsən. Özündən bir nəsil kiçik Mopassanın novellalarına diqqət yetirəndə müəllifin ustadı kimi necə təvazökar davrandığını, mövqeyini necə dərində gizlətdiyini sezirsən.
* * *
Floberlə eyni vaxtda fransız poeziyasında da böyük islahat gedirdi. “Parnas” ədəbi məktəbində birləşmiş Lekont de Lil, Teofil Qotye kimi azman şairlər “sənət sənət üçün” prinsipini əsas götürüb ədəbiyyatın ictimai-siyasi rolunu, şeirin sosial sifarişdən asılılığını qətiyyətlə inkar eləyirdilər. Bu proses dünya şöhrətli “Şər çiçəkləri” toplusunun müəllifi Şarl Bodler kimi bir dahinin meydana çıxmasıyla zirvəyə çatdı.
Bütün bunlar XX əsr Avropa ədəbiyyatının estetik axtarışlarına yön verdi, modernizmin bünövrəsini qoydu. Prustun impressionizmi, Kafkanın ekspressionizmi, Coysun psixoanalitik metodu dünya nəsrinin havasını dəyişdi, özündən sonra gələnlərə artıq yükdən qurtarılmış saf üslub qoydu. Nəticədə Heminqueyin hekayələriylə bağlı deyilən “aysberq üsulu”na yol açıldı - on cümlədən doqquzunu beynində silib onuncunu yazırsan, qoy oxucu yazılmamış o doqquz cümlədə nədən danışıldığını özü tapsın, müəlliflə bərabər onun yuxusunu yozmaq əziyyətinə qatlaşsın.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

