İstiqlalçılıq və türkçülük timsalı - Xəlil Rza Ulutürksüz 28 il
22.06.2022 [11:03]
Müşfiqə BAYRAMLI
Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram,
Qolumdakı zəncirləri qıram gərək,
Qıram Qıram!
Azadlığı istəmirəm bir həb kimi,
dərman kimi
İstəyirəm Səma kimi,
Günəs kimi,
Cahan kimi!
Lirik qəhrəman əzmi, qətiyyəti, inam və mübarizəsi, dünya, günəş, şəma boyda olan Xəlil Rza Ulutürkün vəfatından 28 il ötür. Xalq şairi alovlu, mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqımızın yaddaşında qalıb. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəni yaradıcılıq və vətəndaşlıq amalına çevirib.
Xəlil Rza Ulutürk təkcə mənsub olduğu xalqa yox, dünyaya məxsusdur. Günəş kimi işıq saçır, hamını öz nuruna bələyir. Xəlil Rza ölməzdir çünki onun ruhu Azərbaycan xalqının öz ruhudur.
Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Salyan rayonunda anadan olub. Babası Xəlil körpəyə öz adını verib. Bundan sonra babası qara maşına mindirilib gedər-gəlməzə göndərilib. Ailənin ağır məişət qayğıları o zaman şairin atası Rza kişinin çiyinlərinə düşüb. Üzünü görmədiyi babası Rüstəm kişi isə “əkin üstə” bolşeviklər tərəfindən güllələnib. Taleyi faciələrlə başlayan böyük şair bütün ümidini gələcəyə bağlayıb. Sonluğu da...
Canlı şəhidimizin mübariz və işıqlı yolu
1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə daxil olur. Professor Cəfər Xəndan və Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılıq xeyir-duasını alır, ustadların başçılıq etdiyi dərnəyin fəal üzvünə çevrilir. Moskvanın M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində kurslarda iştirak edir. Vətənə qayıdan şair elə o vaxtdan dilində yersiz olaraq əcnəbi (rus) sözü işlədənlərlə mübarizə aparır. X.Rzaya qarşı təqib kampaniyası beləcə başlamış olur. Tükiyədə nəşr olunmuş “Ana dili” şeirindən sonra Yazıçılar İttifaqının rəhbərliyi tərəfindən şairə qarşı soyuqluq, etimadsızlıq yaranır. Şair təzyiqlər nəticəsində işdən azad olunur. Rayonlara gedib mühazirələr oxumaqla ailəsini dolandıranda da “dinc durmayıb”, vətənpərvərlik təbliğatını davam etdirib. Bu ərəfədə kitabları Azərbaycan SSR Dövlət mükafatı almaq üçün irəli sürülsə də, məlum səbəblərə görə mükafat məsələsi baş tutmayıb.
Şair 1988-ci ildə başlanan milli azadlıq hərəkatının öndə gedən təbliğatçılarından olub. Respublikanın bir çox bölgələrində siyasi təbliğat işi aparıb, “Azadlıq” radiosuna müsahibələr verib, 20 Yanvar hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə bəyan edib, “Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova” şeiri ilə Qorbaçov və mənfur imperiyanın törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa çatdırıb.
26 yanvar 1990-cı ildə Xəlil Rza həbs edilib. Şair 10 ay günahsız yerə Moskvanın Lefortovo zindanında saxlanılıb. Azadlığa buraxıldıqdan sonra Türkiyəyə gedib. Ömrünün son illərində şair müalicə məqsədilə Türkiyə, Almaniya və Fransada olub, 21 iyun 1994-cü ildə şəkər xəstəliyindən vəfat edib. Bakıdakı Fəxrı Xyabanda dəfn olunub, qəbri üstündə əzəmətli heykəli ucaldılıb. Şair 1995-ci ildə (ölümündən sonra) ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilib.
Canlı şəhidimiz, böyük şair, ustad Xəlil Rzanın işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Həyatını xalqının azadlığına həsr etmiş şairin daş zindanlara salınması
“Mən günəş ürəkli Xəlil Rzayam, Yer boyda, göy boyda təbiətim var. Reyhan yarpağından qarışqayacan yurdumda hər kəsə məhəbbətim var” - misraları şairin iç dünyasını ifadə edir.
Yaradıcı insanın Araz problemi, Cənub həsrəti, ümumən Azərbaycanın milli-mənəvi bütövlüyünün təsdiqi şeirlərinin başlıca mövzusunu təşkil edib. Azərbaycanın Rusiya və İran tərəfindən parçalanması faciəsini ürək ağrısı ilə qələmə alıb:
Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar,
Böyük bir millətin yaralarını.
“Davam edir 37...” kitabında az qala yetmiş il ərzində sovet hakimiyyəti, onun antixalq, antibəşər, totalitar siyasəti, ölkəni bürümüş həbs düşərgələrinin dəhşətləri, eləcə də Azərbaycanda xüsusi can?ə?anlıqla həyata keçirilən anti-Azərbaycan, antitürk, antiislam tədbirləri, doğma dilimizin inzibati idarələrin qapıları dalında boynu bükük vəziyyətdə qalması kəskin və yüksək bədii səviyyədə ifşa edilib. Repressiya olunmuş ədib və şairlərimizin pak ruhunu dindirmək üçün şair bu poetik vasitədən istifadə edərək yazıb:
Xəyanətə qurban getdi tər bənövşə,
bahar Müşfiq,
Hələ də bu cinayətə zirvələrdən
baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli, zər əsalı, nur heykəli ulu Cavid.
Qurban getdi dağ bülluru Yusif Vəzir,
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Şəhid atası - Xəlil Rza Ulutürk
X.R.Ulutürkün 80-ci illər şeirlərinin də bir qismi məhəbbətin tərənnümünə həsr olunub. Onun sevgi şeirləri əsasən bir ünvandan - həyat yoldaşı Firəngiz xanım Ulutürkdən başlanğıc götürür. Şair həyat yoldaşını dərin məhəbbətlə sevir və eşqinə həmişə sadiq qalır. Lirikasında Firəngiz xanımın ilahi məhəbbətindən, onun mənəvi böyüklüyündən, mənliyindən güc alır, Firəngizini dustaq qadını yox, Azadlığın gəlini kimi dəyərləndirir.
Sədaqətli zövcəsi şair dünyasını dəyişəndən sonra onun irsini səhmana salır, ondan artıq şeir, poema və tərcümə kitablarını, bəzi elmi əsərlərini, gündəliklərindən nümunələri nəşr etdirir.
Oğlu doğulduğu anda qələminə güc verib onu ilhama gətirən övlad sevinci sətirlərin yaddaşına düzdü, oğlunun gələcəyi üçün arzular qurdu, xəyalların qucağında pərvazlandı. Ata oğluna ad qoydu: Təbriz! “Ey bala Təbrizim, gün o gün olsun Ana Təbrizimə mən azad deyim, Ustad Şəhriyarla görüşüm olsun. Təbrizi Təbrizə qol-qanad deyim” misralarını qələmə alan ata onu döyüşlərdə, səngərlərdə mübarizədə arzuladı.
Vaxt-vədə yetişdi. Ata oğlunun bu səfərdən geri dönüşü ola bilməyəcəyini bilə-bilə arxasınca su səpdi, köksü qabardı qürurdan. Təbriz Xəlilbəyli Qarabağ döyüşlərində böyük fədakarlıqla şəhid oldu, ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Bəlkə “Ata qəlbi təskinlik tapa” ümidi ilə şair misralara axıtdı acı göz yaşlarını. Şair ürəyi toxtadı, amma ata qəlbi yox:
Könüllüydü... ön cəbhəyə
varıb getdi uça-uça.
Kimsə sütül köçəçəkdir bu dünyadan, kimsə qoca.
28 yaşa məgər çatdı Təbriz Xəlilbəyli?
Heç şübhəsiz, “Silahlan!” əsəri Xəlil Rzanın ən kəskin siyasi şeirlərindəndir. Ermənilər gen-bol silahlanıb torpaq iddiasilə hərbi müdaxiləyə hazırlaşanda, soydaşlarımızın isə ov tüfəngləri də əllərindən alınanda tribun şair cəsarətlə xalqa müraciətlə “Silahlan!” demişdi:
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü qeyrətinlə
silahlan!
Hələ ki gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi?
Qır, sök, qəfəsinlə silahlan!
Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə
silahlan!
Bayraq elə özünsən,
Qalx, döyüşlə silahlan!
Vur-çatdasın içində elə bilmə ki, təksən:
Yer də, göy də sənindir.
Sən qalib gələcəksən!
Xalq şairin sözünü yerə salmadı. Şücaət göstərdi, qanıyla-canıyla silahlandı, öz şairinin vəsiyyətini yerinə yetirdi və qalib gəldi. İnanırıq ki, şairin ruhu artıq şaddır!
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

