Əsərlərini yuxuda görən yazıçı...
07.04.2024 [11:10]
Bir çoxlarını onun nə üçün Azərbaycan dilində yazmaması düşündürür. Oxucularla keçirilən görüşlərin birində deyib: “Həmişə partiyada çalışdığım üçün rus dilində öyrənib yazmışam. Ancaq etiraf edim ki, Azərbaycanda harada çıxış edirəmsə, yalnız Azərbaycan dilində danışıram. Böyük türk yazıçısı Çingiz Aytmatov qırğız dilində bir söz də bilmirdi, Oljas Süleymanov qazax dilini bilmirdi. Bununla belə onlar öz xalqlarının dərdlərini yazıblar...”.
Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayevin doğum günüdür. Yazıçı 65 yaşını qeyd edir. Ç.Abdullayevin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar var və bu faktlar kifayət qədər maraqlıdır. Onun 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan artıqdır. Bədii mətnləri əsasında 9 film çəkilib. Əsərləri dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər bir yazıçı bioqrafiyası üçün çox böyük göstəricidir. Üstəlik, Çingiz Abdullayevin əsərləri, özünün dediyi kimi, dünyanın altı qitəsində, yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və Avstraliyada çap olunub.
Ç.Abdullayev özü üçün oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur, ideal həll burada mümkün deyil. Yəni ədəbiyyatın, müəllifin oxucu məsələsi ciddi bir məsələdir. Ola bilər ki, bu gün yazıçı oxunmur, amma müəyyən bir zaman keçdikdən sonra o müəllifə kütləvi maraq yarana bilər və ya əksinə, dəbdə olan bir yazıçı və onun əsəri müəyyən vaxt keçdikdən sonra yalnız yaşlı oxucuların yaddaş ədəbiyyatına çevrilər. Hazırkı reallıq isə odur ki, gənclərin əlində Çingiz Abdullayevin kitabları tez-tez görünür. İndiki gənclik Çingiz Abdullayevin yaradıcılığına maraq göstərir.
Dünya ədəbiyyatında detektiv janrının məşhur və böyük yazarları var. Onların dünya çapında xüsusi mövqeləri məlumdur. Müasir dövrdə detektiv janrı artıq qlobal siyasi detektiv statusu alıb. Detektiv janrda yazdığı ilk vaxtlardan iradlarla üzləşən yazıçı yenə də istəyindən dönməyib. Nə vaxtsa bu janrla dünyada tanınacağına inanıb. Bizim üçün önəmli faktdır ki, müasir dünya ədəbiyyatında detektiv janrının məhz qlobal siyasi detektiv termini ilə qəbul edilməsində Çingiz müəllimin müstəsna xidmətləri var. O, çıxışlarının birində deyib: “Dante XIII əsrdə “İlahi komediya”nı, Balzak XIX əsrdə “Bəşəri komediya”sını, Con Coysun XX əsrdə “Müasir komediya”nı yazdı, mən isə XXI əsrdə “Kriminal komediya”nı yazdım. Mən inanıram ki, öz kitablarımla insanlara kömək edirəm. Bu doğrudan belədir, bu, yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox”.
Çingiz Abdullayevin əsərləri çoxdur. O, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazan yeganə azərbaycanlı yazıçıdır. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri - “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya - “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” və sair onlarla, yüzlərlə əsər...
Yazıçı həm də “Dronqo” ( 2002, bədii serial) , “Məhkumlar” (2007, tammetrajlı bədii film), “Tərsinə çevrilən dünya” (2011, tammetrajlı bədii film), “Xeyirlə şərin rəqsi” nin (2015,tammetrajlı bədii film) ssenari müəllifidir.
Çingiz Abdullayev əsərlərinin çoxunu öz yuxusunda gördüyünü deyir... Ona görə də rahat yatmır. Əksər insanlar yazıçının şöhrət qazanmasını məhz onun başqa dildə yazmağı ilə bağlasa da, Çingiz Abdullayev bununla razılaşmayıb, yaxşı kitabın öz ölkəmizdə də, bütün dünyada da yazıçıya şöhrət qazandıra biləcəyini vurğulayıb: “Öz dilimizdə yazdığım çoxlu sayda əsər var ki, çin, eston, ukrayna, rus dillərinə tərcümə olunub. Əsərin hansı dildə yazılmasının fərqi yoxdur. Lakin dünyada bu gün 5 dil var ki, yazıçı bu dillərdə özünü təsdiq edə bilərsə, onda dünyanı qazana bilər. Yox, əgər bu dillərdə kitabı çıxmırsa, onda yazarın uğur qazanması çətin olur. Bu dillər rus, ingilis, fransız, alman və ispan dilidir. Orxan Pamuk türk dilində yazdığı əsərləri ilə tanına bilmədi, amma fransız dilinə tərcümə olunduqdan sonra bütün dünyada tanınmağa başladı. Onun əsərləri bizdə daha çox rus dilində oxunur. Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu”.
Çingiz Abdullayev xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunub, 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

