/ / Azərbaycan milli komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıb
Azərbaycan milli komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıb
23.07.2026 [16:19]
Çinin Şençjen şəhərində 52 ölkənin iştirakı ilə Beynəlxalq İqtisadiyyat Olimpiadası (IEO 2026) keçirilib. Azərbaycan milli komandası uğurla iştirak edərək bir gümüş və bir bürünc medal qazanıb.
Bu barədə AZƏRTAC-a “Global Olympiad Center”dən məlumat verilib.
Olimpiadanın yekun nəticələrinə əsasən, Daniyar Əliyev gümüş, Ayşə Tapdıqzadə isə bürünc medala layiq görülüb.
Beynəlxalq finalda iştirakçılar iqtisadiyyat və maliyyə üzrə qapalı və açıq tipli tapşırıqları yerinə yetirib, həmçinin biznes keys üzrə hazırladıqları həlləri ingilis dilində münsiflər heyəti qarşısında təqdim ediblər.
Azərbaycanı yarışda Daniyar Əliyev, Ayşə Tapdıqzadə, Bayram Eyyubov, Nurtəm Qasımzadə və Fatimə Əhmədovadan ibarət milli komanda təmsil edib. Komandaya Ləman Quliyeva rəhbərlik edib.
Azərbaycan komandası builki nəticə ilə əvvəlki göstəricisini daha da yaxşılaşdırıb. 2025-ci ildə ölkəmizin komandası üç bürünc medal əldə etdiyi halda, 2026-cı ildə medal səviyyəsini yüksəldərək bir gümüş və bir bürünc medal qazanıb. Azərbaycan Beynəlxalq
İqtisadiyyat Olimpiadasında ilk dəfə 2024-cü ildə təmsil olunub. Builki yarış ölkəmizin ardıcıl üçüncü il təmsil olunduğu beynəlxalq final olub.
Olimpiada proqramı çərçivəsində şagirdlər yalnız akademik yarışlarda iştirak etməyib, eyni zamanda, Şençjen şəhərinin təhsil, iqtisadi və mədəni mühiti ilə yaxından tanış olublar. Komanda Pekin Universitetinin Şençjendə yerləşən HSBC Biznes Məktəbini ziyarət edib, müxtəlif akademik və mədəni proqramlarda iştirak edib.
Azərbaycanın Beynəlxalq İqtisadiyyat Olimpiadası üzrə milli seçim mərhələsi ölkənin rəsmi təşkilatçısı “Global Olympiad Center” tərəfindən həyata keçirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14

