SDU və STP arasında sənaye–universitet tərəfdaşlığının yeni istiqamətləri müəyyənləşdirilib
09.09.2026 [11:32]
Sumqayıt Dövlət Universitetinin (SDU) və Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə tələbələrin istehsalat təcrübəsinin təşkili, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, müasir sənaye texnologiyalarının tədris prosesinə inteqrasiyası, eləcə də sənayenin real ehtiyaclarına uyğun kadr hazırlığının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, Sumqayıt Azərbaycanın aparıcı sənaye mərkəzlərindən biri olmaqla, müxtəlif istehsal sahələri, müasir texnoloji müəssisələri və formalaşmış sənaye infrastrukturu ilə universitet–sənaye əməkdaşlığının inkişafı üçün geniş imkanlara malikdir. Bu baxımdan, SDU-nun şəhərin sənaye potensialından və mövcud istehsal-texnoloji ekosistemindən sistemli şəkildə yararlanması yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tətbiqi elmi tədqiqatların genişləndirilməsi və innovasiya fəaliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli universitet–sənaye əməkdaşlığının formal xarakter daşımamalı, konkret nəticələrə və ölçülə bilən hədəflərə əsaslanmalı olduğunu bildirib.
Rektor qeyd edib ki, Sumqayıt kimi güclü sənaye potensialına malik şəhərdə yerləşən universitet üçün sənaye müəssisələri ilə əməkdaşlıq universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, sənaye müəssisələrinin imkanlarından məqsədyönlü istifadə tələbələrin nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirməyə, müasir avadanlıq və texnologiyalarla işləmək bacarıqlarını formalaşdırmağa, eləcə də əmək bazarının tələblərinə uyğun praktiki kompetensiyalar qazandırmağa imkan verir.
N. Yusifbəyli STP-nin istehsalat və texnoloji imkanlarının SDU-nun tədris, elmi-tədqiqat və kadr potensialı ilə inteqrasiyasının universitetin rəqabətqabiliyyətliliyinin artırılması və tətbiqi yönümlü fəaliyyətinin genişləndirilməsi baxımından mühüm resurs olduğunu vurğulayıb.
Sumqayıt Texnologiyalar Parkı (STP) Şirkətlər Qrupunun baş icraçı direktoru Ələkbər Abbaslı sənayenin davamlı inkişafının müasir bilik və texnologiyalara yiyələnmiş yüksəkixtisaslı kadrlara tələbatı artırdığını bildirib. O, ali təhsil müəssisələrinin elmi potensialından və innovativ imkanlarından daha səmərəli istifadə edilməsinin sənayenin texnoloji inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Ə. Abbaslı universitet–sənaye əməkdaşlığının konkret nəticələrə yönəlmiş mexanizmlər əsasında inkişaf etdirilməsinin və sənaye yönümlü kadr hazırlığının genişləndirilməsinin hər iki tərəf üçün yeni imkanlar yaradacağını qeyd edib.
Görüşün sonunda əməkdaşlığın ayrı-ayrı istiqamətlər üzrə konkret layihələr və fəaliyyət mexanizmləri əsasında genişləndirilməsi, SDU–STP əməkdaşlığının Sumqayıtın sənaye potensialı ilə universitetin təhsil və elmi imkanlarını birləşdirən davamlı sənaye–universitet tərəfdaşlığı modelinə çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35

