/ / Milli Məclis Sədrinin müavini Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb
Milli Məclis Sədrinin müavini Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb
15.09.2020 [09:07]
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev builki qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplamış gənclərlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Sədr müavini ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, o cümlədən təhsil sistemində nəzərəçarpacaq müsbət dəyişikliklərin olduğunu, bu tendensiyaların hazırda da uğurla davam etdiyini bildirib.
Adil Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində nəzərdə tutulan işlər uğurla yerinə yetirilir. Belə ki, hazırda ali təhsil sahəsində ikili diplom proqramları icra edilir və həmin proqramların tərkib hissəsi olaraq gənclərimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi məqsədilə lazımi şərait yaradılır. O bildirib ki, həyata keçirilən islahatların ana xəttində insan kapitalının inkişafı mühüm yer tutur. Bu baxımdan, ölkənin gələcək tərəqqisinin məhz savadlı, vətənpərvər gənclərin əlində olduğunu əminliklə bildirib. Adil Əliyev gənclərə milli-mənəvi dəyərlərimizə bağlı, layiqli vətəndaş olaraq yetişmələrini, təhsildə qazandıqları uğurların ardıcıl olmasını arzulayıb.
Qəbulda imtahanda ən yüksək - 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev görüşə görə minnətdarlıqlarını bildiriblər. Tələbələr qazandıqları uğurları mütəmadi olaraq dərslərə ciddi hazırlaşmalarında gördüklərini deyərək, artıq gələcəkdə sahib olmaq istədikləri ixtisasları seçdiklərini qeyd ediblər.
Adil Əliyev bir daha gənclərimizi təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. O, Milli Məclisin Gənclər və idman komitəsinin gənclərin fəaliyyətini daim yaxından izlədiyini, gələcəkdə də onlarla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15

