Ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafın perspektivləri
21.09.2021 [17:02]
Müəllim: Namazova Nərminə Tahir qızı
Azərbaycan Dövlət İqtisad Universiteti Dizayn kafedrası
XÜLASƏ
Azərbaycan xalqının hərbi-siyasi tarixində yeni şanlı səhifə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi əzm və qətiyyəti nəticəsində, Şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanın zəbt etdiyi torpaqlarımızı cəmi 44 gün müddətində azad etdi. 10 Noyabr 2020-ci il tarixi xalqımızın, illərdir məcburi köçkün həyatı yaşayan insanların səbirsizliklə gözlədiyi zəfər müjdəsi və zəfər salnaməsi oldu. Azərbaycan xalqının ən böyük sərvəti, hər zaman dövlət müstəqilliyi və ərazi bütövlüyü olmuşdur. Qarabağ ərazisi Azərbaycanın xüsusilə, sosial-iqtisadi və mədəni mərkəzlərindən olmuşdur. İşğal altında olduğu 30 il müddətində mənfur düşmənlər Qarabağ ərazisində bütün infrastrukturları məhv etmiş, buradakı maddi-mənəvi irsimiz olan memarlıq abidələrini, eləcə də zəngin təbii sərvətlərə sahib olan ərazilərimizin təbii ehtiyyatlarını talan etmişdirlər. Bu gün geri qaytarılmış ərazilərimizin bərpası və iqtisadi inkişafının perspektivləri, qarşıya qoyulmuş və reallaşdırılmalı olan əsas məsələlərdəndir.
Açar sözlər: Azərbaycan, siyasi, iqtisadi, tarix, sosial
Bu gün dövlətimizin davamlı inkişaf etməsini təmin etmək naminə respublikamızda bütün zəruri amillər mövcuddur. Xalqımızın çoxəsrlik tarixində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mühüm yer tutur. Növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında əsasən beş milli prioritetinin reallaşdırılması qarşıda duran məsələlərdəndir:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi [2]
Ölkə iqtisadiyyatının davamlı inkişafı naminə daxili və xarici təsirlərə dayanıqlığını təmin etmək vacib məsələlərdəndir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidənqurulması naminə aparılan işlər eyni zamanda əzəli torpaqlarına qayıtmaq arzusunda olan vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Regionlarda yaradılan imkanlar, buradakı iqtisadi imkanlara çıxışın bərabər olması, bu inkişafdan vətəndaşların bəhrələnməsi və sosial təminatın ödənilməsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını təmin edir.
Təbii ki, bu gün əsas məqsəd məhz, işğaldan azad olunmuş ərazilərimizə qayıdan vətəndaşlarımızın təhlükəsiz yaşayışının təmin edilməsi, abadlıq işlərinin aparılmasıdır. Qarabağın bərpa edilməsi, bu regionun hərtərəfli inkişafı, paytaxt-bölgə tarazlığının yaradılması, bölgədə infrastrukturların modernləşdirilməsi naminə hazırlanan layihələr mərhələli şəkildə uğurla icra edilməkdədir. Qarabağ kimi böyük potensiala malik olan bölgədə uzunmüddətli bərpa və inkişaf prosesinə start verilmiş və artıq bu sahədə bir çox işlər görülmüşdür. Regionda iqtisadiyyatın və məhsuldar qüvvələrin inkişafı istiqamətləri kimi strateji xarakterli plan və layihələr hazırlanmaqda və icra edilməkdədir. Prezident ərazilərdə ilk növbədə su, enerji, yol və səhiyyə kimi zəruri sahələrin bərpası üçün göstərişlər vermişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda xalqımızın tarix boyu yaratmış olduğu maddi, və mənəvi sərvətlərimiz dağıdılmış, bir çoxları hətta tamamilə məhv edilmişdir. Bu ərazilər qızıl, kvars-qızıl, qurğuşun, mineral sularla zəngindir.
İyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mədəniyyət beşiyimiz olan Şuşa şəhərində tarixi əhəmiyyətə malik bəyannamə imzalandı. İmzalanmış olan bu sənəd siyasi, iqtisadi məsələləri, ticari münasibətləri, mədəniyyət, idman, enerji təhlükəsizliyi, qarşılıqlı hərbi yardım və eləcə də Zəngəzur dəhlizi kimi əhəmiyyətli məsələləri özündə əks etdirir. Şuşa Bəyannaməsinin imzalanması diplomatiyamızın növbəti zəfəri idi. [3]
Atlar şahə qalxar, şimşəklər çaxar,
Alovu ətrafı yandırıb yaxar,
Düşmən gözlərindən qanlı yaş axar,
"Qarabağ" hər yeni tarix yazanda.
Səbuhi Nərimanoğlu
44 gün sürən müharibə nəticəsində müzəffər Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın tarixində, mədəniyyətində, qəlbində hər zaman xüsusi yeri olan, həsrətini çəkdiyi Qarabağın tacı sayılan Şuşanı, Ağdamı, Zəngilan rayonunun Ağbənd, Mincivan, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsini, bir çox kəndlərini, Tərtərin Suqovuşan kəndi, Xocalının, Laçının bir neçə kəndləri daxil, ümumilikdə, 300- dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Tarixi ədalətin bərpa edilməsi naminə aparılan haqq savaşında biz qalib gəldik.
Milli ordumuzun gücü bütün dünyaya bəyan oldu. 44 günlük Vətən müharibəsinin izləri, nəticədə Şanlı Azərbaycan ordusunun qələbəsi tarixmizə həkk olundu. Bu hadisələr gələcək nəslimizin fikir və düşüncələrinə hakim kəsiləcək. Beləliklə 2020-ci il Azərbaycan tarixinə əsasən sonunda bizim qələbəmizlə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsi ilə yazıldı. Nəticədə Azərbaycan ordusu Qarabağı, öz əzəli torpaqlarını işğalçı taptağından azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İLHAM ƏLİYEV deyir:
«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır.
… Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir. Ermənistanın irəli sürdüyü ideyalar bundan ibarətdir ki, guya Dağlıq Qarabağın əhalisi öz müstəqilliyini təyin etmək istəyir. Halbuki, ermənilər öz müqəddəratını artıq müəyyən etmişlər, onların müstəqil dövləti var – Ermənistan Respublikası. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın müstəqilliyi yolverilməzdir. Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisidir və o, ancaq yüksək muxtariyyət statusuna malik ola bilər»…[1]
Noyabr ayının 10-dan etibarən azad edilmiş Qarabağın bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən nəzərdə tutulan 2,2 mlrd. manat məbləğ məqsədli vəsait ayrılmışdır. Bu gün qarşıya işğaldan azad edilmiş torpaqların bərpası, burada yenidənqurma işlərinin aparılması, iqtisadiyyatın inkişafı kimi məsələlər qoyulmuşdur. Bu baxımdan illərdir əsirlikdə olan və viran edilmiş bir çox memarlıq abidələrinin bərpası, yaşayış ərazilərinin yenidənqurululması dövlət siyasətimizin strategiyasının əsas tərkib hissəsidir. Bu sahədə artıq çox işlər görülmüşdür. Prezidetin bərpa siyasəti ilə bağlı uğurlu nəticələr verən bir çox layihələr və təşəbbüslər irəli sürülmüşdür. [4]
İllərdir işğal altında olan torpaqlarımızın bu gün azad edilməsi burada dağıntıların miqyasının nə qədər böyük olduğunu, yüzlərlə abidələrin və minlərlə tikilinin, yaşayış məntəqələrinin erməni işğalçıları tərəfindən talanaraq, məhv edilərək tamamilə yer üzündən silinməsini ortaya çıxartdı. Burada əsas məqsəd məhz xalqımıza məxsus olan mədəni, maddi mirasların tamamilə məhv edilərək, bu ərazilərdə bu izlərin tamamilə silinməsi idi. Bu böyük miqyaslı dağıntılar düşmənin nə qədər mənfur olmasından xəbər verir. Odur ki, məhz bu vəhşiliyi gələcək nəsillər və dünyaya nümayiş etdirmək üçün məhşur xanəndə Bülbülün ev muzeyinin bərpası zamanı yeni büstün qoyulması ilə yanaşı düşmənin xətər yetirdiyi büst də bu gün saxlanılmaqdadır.
Qarabağın dirçəlişi ilə bağlı olan layihələrə müxtəlif sahələrdən olan mütəxəssislər bilik və bacarıqlarını tətbiq etməklə öz töfhələrini verməkdə könüllüdürlər. Bu hər birimizin bir vətəndaşlıq borcudur. İllərdir çəkdiyimiz vətən həsrətinə bu gün son qoyulub.
Qarabağ Dirçəliş Fondunun yaradılması doğma vətənimizə “Böyük Qayıdış”ın rəmzi ifadəsidir. Qarabağ həm təbii sərvətləri, həm də biomüxtəlifliyi baxımından hədsiz zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə içməli su, kənd təsərrüfatı və elektrik enerjisi istehsalı üçün istifadə edilən zəngin su ehtiyatları var. Burada yaradılmış olan su anbarlarının və su obyektlərinin səmərəli şəkildə istifadə edilməsi və mühafizə olunması naminə dövlət nəzarəti təşkil edilir.[5]
İşğaldan azad edilmiş əzəli torpaqlarımızın yenidən bərpa edilməsi ilə burada dayanıqlı iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsi, bu ərazilərə vaxtilə buradan məcburi köçkün edilmiş həqiqi sakinlərinin qayıdışı və onların rifah halının yaxşılaşdırılması istiqamətində bir çox işlər görülür.
Artıq bu sahədə mərhələli şəkildə bir çox işlər görülmüşdür. Dövlət başçımızın abadlıq işlərindən sonra Şuşaya olan növbəti səfərində bunların şahidi olduq. Bülbülün ev muzeyinin, Üzeyir Həcıbəylinin abidəsinin, gələcəkdə turizm sahəsində öz töfhələrini verəcək “Qarabağ” otelinin açılışı bizləri çox sevindirdi.
İşğaldan azad edilmiş bölgələrin turizm potensialının məhz beynəlxalq auditoriyalara çatdırılması bu gün xüsusi əhəmiyyətə malikdir. Qarabağa turizm səfərləri təşkil oluna bilər. Beləliklə, bu bölgələrdə turizmin inkişafı gələcəkdə ölkəmizin iqtisadi inkişafında olduqca əhəmiyyətli perspektivlər açmış olacaq. Burada təbiət qoruqlarının və milli parkların yaradılması, təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafı böyük marağa səbəb olacaq. Beləliklə, böyük uğurla həyata keçirilən layihələr və dövlət proqramları Azərbaycanın qazanmış olduğu uğurların davamlılığını şərtləndirməklə yanaşı, ölkəmizin dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik olan ölkə kimi qiymətləndirilməsinə imkan verəcək.
İşğaldan azad edilmş ərazilərimizdə eyni zamanda kiçik və orta biznes sektorunun yaradılması, inkişaf etdirilməsi və bu sahədə avtomatlaşdırmanın, texnologiyanın tətbiqinin həyata keçirilməsi üçün strateji planların həlli qarşıda duran əsas məsələlərdəndir. Layihənin icra edilməsi 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. [6]
Qarabağ ərazisinin gözəl təbiəti, ekologiyası burada turizm sektorunun inkişafı üçün məqsədəuyğundur. Qarabağ ölkəmizin ən gözəl, ən füsunkar təbiətə malik olan regionlarından biridir. “Qarabağ” – “böyük bağ”, “qalın bağ” mənasını daşıyır.
Vətənmin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Süleyman Rüstəm
Qarabağ Azərbaycanıın qədim tarixə malik bölgələrindən biridir. Regionun meşələri 6856 kv. m sahəni əhatə edir. Buradakı yerli fauna bir çox nadir heyvanlarla əhatə olunmuşdur. Burada turizm ehtiyatlarından səmərəli istifadə olunması gələcəkdə əsas məsələlərdən hesab olunur. Maraq kəsb edən və qədim tarixə malik olan memarlıq abidələri vardır ki, onların bir çoxları mənfur düşmənlər tərəfindən dağıdılmışdır. Bu abidələrin yenidən bərpası bu sahədə çalışan memarların və mütəxəssislərin qarşısında duran əsas məsələlərdəndir.
Məlumdur ki, dövlət başçısı İlham Əliyev Qarabağ regionunun başqa ölkələrdə keçiriləcək sərgilərdə turizm potensialının təbliğ etdirilməsi və yeni turizm marşrutlarının hazırlanması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Turizm sektorunda xidmətlər, həyata keçirilən tədbirlər bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə imkan yaradacaqdır.
Qarabağın əlverişli meteoroloji durumu, içməli su bulaqları və eləcə də karbonturşulu sularının olması bu ərazilərin kurort əhəmiyyətıni artırır. Buradakı mineral su bulaqlarının əksəriyyəti: Turşsu, Şirlan, Çərəktar, və s. bu zonanın qərb hissəsində yerləşir. [7]
Azərbaycanın dilbər guşələrindən biri də Ağdamdır. Ağdamda qeyri-adi muzey vardır ki, onu Çörək muzeyi adlandırırlar. Burada çörək və taxılçılığa dair arxeloji tapıntılar vardır.
Şuşa relyefinə və təbiətinə görə Azərbaycanın ən səfalı, ən füsunkar olan guşələrindən biridir. Şuşanın belə adlandırılması bu ərazinin təmiz, saf havası ilə bir başa əlaqəlidir. Təbiət Şuşadan heç nəyi əsirgəməyib.
Azərbaycan respublikasınıın Prezidenti İlham Əliyev Şuşaya səfər etdiyi zaman Füzuli beynəlxalq aeroportunda təşkil edilmiş təməlqoyma mərasimində bəyan etdi: “Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi.”[8]
İsa bulağı — Şuşada məşhur bulaqlardan və eləcə də tarixi yerlərdən biridir. Buranın çox ecazkar mənzərəsi və təbiəti vardır. Məhz bu ecazkar təbiət ekoturizmin inkişafı üçün əlverişli şərait yaradır. Şuşa şəhərini hər iki tərəfdən əhatəyə alan, əzəmətli qala divarları bu gün də salamat qalmışdır.
Şuşanın uca dağlar qoynunda yerləşməsi hər zaman buraya gələn səyyahların böyük marağına səbəb olmuşdur. Ermənilər Şuşada olan muzeylərdə bir çox qiymətli əsərləri, rəsm, heykəltəraşlıq işləri, gözəl semiantik məna yükü ilə dolu ornamentlərlə tərtib edilmiş xalçalar, görkəmli azərbaycanlı şəxslərə məxsus olan şəxsi əşyaları və eləcə də digər qiymətli materialları talan etmişdirlər. Şuşa həqiqətən də Azərbaycanın ən gözəl guşələrindəndir. [9]
Qarabağın zəngin mədəni irsi, tarixi və s. ehtiyatları vardır.
Gələcəkdə bu ərazilərdə yenidən xalçaçılıq məktəblərinin yaradılması, buraya bu sahənin bilicilərinin, sənətşünasların, mütəxəssislərin və eləcə də bu sahələrə maraq göstərən gənclərin cəlb edilməsi vacib məsələlərdəndir. Bununla həm bizim mədəni irsimiz olan Qarabağ xalçaları, onların özlərində daşıdıqları məna yükləri, ornamental kompozisiyaların düzgün təşkili həm gələcək nəsilə ötürülmüş, həm də dünyaya tanıdılmış olacaq. Çünki, Azərbaycan xalçaları, xüsuslə Qarabağ xalçaları hər zaman buraya səyahət edən səyyahların böyük marağına səbəb olmuşdur. Bu xalçaların namı hər zaman başqa ölkələrə səs salmışdır. Bu məqamda Mir Cəlalın “Bir gəncin manifesti” əsərindən “İtə ataram yada satmaram” hekayəsindən məhz çətin, ehtiyac içində yaşayan Sona xanımın məcbur qalaraq oğlu Mərdan üçün nə böyük arzularla toxuduğu “Yusif və Züleyxa” xalçasını bazara satmağa çıxarması, bir turistin bu xalçanı görərək onun naxışlarına valeh olması, ona toxunuşu və ətrafdakıların, eləcə də Sona xanımın qısqanclıq hissi keçirərək onu yadelliyə satmaması böyük məna kəsb edir.
Azərbaycan xalçaları bir sirli aləmdir. Xüsusilə də Qarabağ xalçalarının sirlərini bilmək üçün xalça sənətinin tarixindən agah olmaq lazımdr. Bu xalçalar həm texnoloji xüsusiyyətlərinə, həm ornament xüsusiyyətlərinə, həm də rənginə görə digər xalçaçılıq məktəblərinin nümunələrindən fərqlənir. Qarabağ xalçaları hər zaman sıx, hündür və yumşaq xova malik olmuşdurlar. Bu xalça növlərindən "Bağçadagüllər xalçası", "Buynuz xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", ""Xanlıq xalçası", "Xantirmə xalçası", "Şabalıdbuta xalçası", və s. Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindən hesab edilir. Bu təmtəraqlı xalça nümunələri hər kəsdə, hər zaman dərin təəssürat yaratmışdır.
Bu gün Qarabağ xalçaçılıq məktəbinin ənənələri xalça ustaları tərəfindən davam etdirilməlidir. Azərbaycan xanımlarının yaratmış olduqları gözəl xalça nümunələri bu gün dünyanın böyük muzeylərini bəzəməkdədir.
Qarabağ xalçaları üzərindəki naxışların sanki, dili vardır. Bu naxışları oxumaq mümkündür. Təsadüfi deyildir ki, Azərbaycanda keçirilən Birinci Avropa oyunlarının açılış mərasimində xalq artisti Alim Qasımovun səhnəyə daxil olması məhz uçan xalça üzərində idi. Bu sanki bizim zəngin milli mədəni irsimizin hələ qədim tarixə söykənməsi haqqında bir mesaj idi.
Xalçalar həm döşəmə örtükləri, həm estetik, həm də praktik funksiyaya malikdir.
Eyni zamanda bu ərazilərdə turizmin inkişaf etdirilməsində qida sektorunun formalaşdırılması, mehmanxana şəbəkələrinin yaradılması, daxili və beynəlxalq turizm marşrutları vasitəsilə bu ərazilərdə turizmin beynəlxalq turizm bazarlarına inteqrasiyası gələcəkdə iqtisadi baxımdan öz tövhələrini verə bilər. Qarabağda yüksək iqtisadi, sosial, eləcə də ekoloji tələblərə cavab verə bilən turizm xidmətlərinn formalaşdırılması naminə işlərlərin aparılması məqsədəuyğundur.
Şuşada hər zaman böyük marağa səbəb olan məkan bənzərsiz və unikal təbiətə sahib olan Cıdır düzüdür. Şuşada yerləşən cıdır düzündə atüstü turuzmin inkişafı üçün respublikamızın turizm imkanları tətbiq edilə bilər. Bütün bunlar turizm sektorunun qarşıda iqtisadi inkişafa böyük perspektivlərin açılmasına zəmin yarada bilər. Bu ərazilərdəki əlverişli iqlim şəraiti turizmin inkişafına geniş imkan yaradır.
Yaxın günlərdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qarabağa səfər etmiş və Zəngilanda ermənilər tərəfindən məhv edilmiş yüzillik çinar ağaclarının yerinə çinar pöhrələri əkmişdirlər.
Qarabağ mədəni irsinə məxsus olan elə nümunələr vardır ki, onlar Azərbaycan xalqının özünəməxsus yüksək keyfiyyətləri haqqında fon yarada bilirlər.
Qarabağ ərazisinin bərpası ilə yanaşı bu ərazilərdə iqtisadiyyatın inkişafı ilə bağlı bir çox layihələr hazırlanaraq mərhələli şəkildə həyata keçirilməkdədir. “Ağıllı kənd layihəsinin tətbiqi eyni zamanda kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərəcəkdir. Burada elmi texniki tərəqqinin inkişafı və imkanlardan istifadə edərək robotlaşmış texnika suvarma sisteminə tətbiq edilir. Ağılllı suvarma sistemi həyata keçirilir. Bütün bu proseslərin həyata keçirilməsi həm sərfiyyat, həm də yüksək məhsuldarlığın əldə edilməsini təmin edəcəkdir.
"Ağıllı şəhər"-də müxtəlif məlumatları toplamaq üçün fərqli elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Bütün bu üstünlüklər və məlumatlar əsasında əhalinin yaşayış keyfiyyəti, rifahı və səmərəlilik artırılır. Burada 5G texnologiyalarına üstünlük veriləcək.
Bu gün respublikamızda gənclərin cəlb edildiyi bir çox müsabqələr keçirilir. Bunlardan biri də “Yüksəliş” müsabiqəsidir. Bu müsabiqələrin qalibləri bu gün Qarabağ Dirçəliş Fonduna potensial əməkdaşları kimi cəlb edilir. Bu müsabiqənin iştirakçılarının çoxu yüksək peşə keyfiyyətlərinə, zəngin bilik və təcrübəyə, eləcə də böyük idarəetmə potensialına malikdirlər.
“Yüksəliş” müsabiqəsində qalib gələnlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşaya səfər ediblər. Müsabiqənin qalibləri Şuşaya səfər zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanmış Azərbaycan ordusunun erməni tapdağından azad etdiyi əzəli torpaqlarımızda aparılmış abadlaşdırma və quruculuq işləri ilə tanış olublar.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncama əsasən yüksək idarəçilik bacarıqları olan şəxslərin müəyyən edilməsini, onlara lazımi dəstəyin verilməsi və eləcə də ölkəmizdə kadr ehtiyatı bankının yaradılmasının təmin edilməsi məqsədilə təsis olunmuşdur. Bu gün Azərbaycan xalqı zəfər tarixini yaşadığı, illərdir əsirlikdə olan torpaqların azad edildiyi, bizim olanın bizə qaytarıldığı bir dönəmdə “Yüksəliş” müsabiqəsinin qaliblərinin də ən böyük istək və amalı bu sahədə, bu ərazilərin abadlaşdırılması, burada aparılan quruculuq işlərində öz töfhələrini verməkdir.
Dövlətimizin çətin və keşməkeşli inkişaf yolunda sürətlə irəliləməsinin əsas səbəbi xalqın dövlət başçısı İlham Əliyevə olan böyük etimadıdır. İnanırıq ki, Azərbaycanın bundan sonrakı inkişaf yollarında da xalqımız dövlət başçısının rəhbərliyi və yüksək idarəçiliyi ilə böyük uğurlara imza atacaq. İnanırıq ki, Qarabağ aparılan işlər və göstərilən səylər nəticəsində Azərbaycanın hərtərəfli inkişaf etmiş, modern və iqtisadi cəhətdən çox güclü regionlarından biri olacaq.
İşğaldan azad edilmiş torpaqlar iqtisadiyyatımıza yeni həyat gətirəcək. Qabağa böyük qayıdış bitkiçilik, əkinçilik, heyvandarlıq arıçılıq , baramaçılıq və s. kimi təsərrüfat işlərinin inkişafı üçün bütün lazımi şəraitin yaradılması həm burada yaşayan əhalinin rifahına, həm də ölkə iqtisadiyyatının inkişafına faydalı olacaqdır.
Ədəbiyyat siyahısı:
- Yunis Hüseynov. QARABAĞ. Bakı, 2018, – 336 səh
- https://etikxeber.az/5-strateji-prioritet
- https://www.fhn.gov.az/newspaper/?az/news/view/9550
- http://www.yap.org.az/az/view/news/49216
- http://idp.gov.az/az/news/1232
- https://modern.az/az/news/287907/qarabagda-ilk-agilli-kend
- https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_mineral_sular
- https://xalqqazeti.com/mobile/az/news/70145
- https://azerbaijan.az/related-information/223
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

