Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

10.07.2012 [23:38]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından uğurlu olacağına əminliyini bildirib.
Qonzalo de Benito son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində diqqətlə izlənildiyini deyib və Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Qonzalo de Benito İspaniya Krallığının Baş naziri Mariano Raxoyun məktubunu dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30