2012-ci ilin birinci yarısında ölkə iqtisadiyyatı uğurla inkişaf edib
20.07.2012 [00:38]
Hazırda Azərbaycan regionun dinamik inkişaf edən ölkəsidir. Həyata keçirilən məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər, olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü artırıb, valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən sürətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Uzunmüddətli inkişaf strategiyası isə imkan verir ki, növbəti on il ərzində ümumi daxili məhsul (üDM) iki dəfə artsın.
İyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, cari ilin ilk aylarının iqtisadi göstəricilərinin çox müsbət olması ümumilikdə 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirmək imkanı verir: “Altı ayın yekunları bu fikirləri bir daha təsdiqləyir. çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir”.
Qeyd edək ki, son altı ayda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi dayanıqlıq qorunub və iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq istiqamətində mühüm işlər görülüb. Hesabat dövründə dövlət büdcəsinin artım dinamikası xüsusilə nəzərəçarpan olub. Dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz çox qeydə alınıb.
Göstərilən müddət ərzində qeyri-neft iqtisadiyyatı 11,3 faiz artıb. Altı ayda kənd təsərrüfatında artım 10,4 faiz təşkil edib. Neft hasilatının aşağı düşməsi ilə sənaye istehsalının ümumi həcmi 3 faiz azalıb. Lakin sənayeləşmə proqramının icrasının nəticəsi olaraq qeyri-neft sənayesinin inkişafı 8,3 faiz səviyyəsindədir. Makroiqtisadi vəziyyət sabit olaraq qalıb. İnflyasiyanın səviyyəsi 2,2 faiz təşkil edib. Əhalinin pul gəlirləri isə 14,2 faiz artıb. ümumiyyətlə, hesabat dövründə inflyasiya ilə əhalinin pul gəlirləri arasında qeydə alınan 12 faiz fərq real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir.
Sosial məsələlərin həllinə gəlincə, Azərbaycanda işsizlik aşağı səviyyədədir - keçən ilin yekunlarına görə 5,4 faiz təşkil edib. Bununla bərabər, bölgələrdə icra edilən regional inkişaf proqramları nəticəsində ilin 6 ayında 46 min yeni iş yeri açılıb ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam etdirilir, yeni müəssisə, fabrik, zavod tikilir.
Bütövlükdə, iqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370 milyon manat və ya 19,2 faiz çox olub.
Beləliklə, dövlət başçısının da qeyd etdiyi kimi, bu ilin altı ayının yekunlarını müzakirə edərkən deyə bilərik ki, 2012-ci il bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il kimi tarixdə qalacaqdır: “çünki bu ildə böyük infrastruktur layihələri icra edilir. Azərbaycanın siyasi gücü böyük dərəcədə artıb. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz həqiqətən tarixi hadisədir. Müstəqilliyimizin bərpasının 20 illiyinə təsadüf edən bu hadisə rəmzi xarakter daşıyır. Əlbəttə, biz bu gün ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq, müvafiq göstərişlər veriləcəkdir. Artıq biz 2013-cü ildə görüləcək işlər haqqında fikirləşirik, fikirləşməliyik. Hesab edirəm ki, müsbət dinamika ilin sonuna qədər davam edəcək və ölkə iqtisadiyyatı daha da inkişaf edəcəkdir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22

