İri sənaye müəssisələri Bakının mərkəzindən çıxarılır
28.08.2012 [13:03]
Məlum olduğu kimi, hazırda Azərbaycan dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə respublikda həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirilməklə nail olunub. ölkəmizdə ümumi daxili məhsul (üDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür. ümumiyyətlə, qeyri-neft sektorunun xüsusiyyəti ondan ibarətdir ki, bu sektorda istehsalın real artım sürəti neft sektoru ilə müqayisədə xarici tələbin tərəddüdlərindən ciddi şəkildə asılı deyil. Bu sektorda real istehsalın artım dinamikası əsasən cəlb olunmuş investisiyalardan, daxili tələbin dəyişməsindən, ölkədə aparılan struktur və institusional dəyişikliklərdən daha çox asılıdır. Buna görə də, dövlət qeyri-neft sektorunun inkişafına nail olmağı əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə qeyri-neft sektorunun, eləcə də, bu bölmənin aparıcı sahələrindən biri olan sənayenin çəkisi də artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə sənaye sahəsində keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri sözügedən sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin dinamik inkişafını təmin edib. Məsələn, cari ilin 6 ayında ümumi iqtisadiyyat 1,5 faiz, qeyri-neft iqtisadiyyatı 11,3 faiz artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatları istehsalının həcmi artıb. Belə ki, istehsalın həcmi metallurgiya sənayesində 12,4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 83,9 faiz artıb. ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron avadanlığının istehsalı isə 2,5 dəfə yüksəlib. Eləcə də, tikinti materialları istehsalında 25 faiz, hazır metal məmulatları 1,8 dəfə, maşın və avadanlıq 1,6 faiz, mebel istehsalında 3,2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində 2,3 faiz artım qeydə alınıb.
Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti isə regionların dinamik inkişafına ciddi təkan verməkdədir. Hazırda respublikanın müxtəlif bölgələrində, Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Cari ilin ötən yeddi ayında ölkədə bir sıra müxtəlif təyinatlı obyektlər istismara verilib. Cəlilabad rayonunda un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Qazax rayonunda konserv zavodu, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Bakı şəhərində metal konstruksiyalar zavodu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında (STP) ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının tikintisi başa çatdırılıb.
2012-ci il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışı da sənayeləşmə istiqamətində atılan mühüm addımlardan biridir. Bundan əlavə, 2012-ci il aprelin 24-də dövlət başçısının iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan “Azgüntex” zavodunun, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışı olub. Tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Zavodda elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.
İyulun 10-da isə Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı olub. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda fəaliyyət göstərən zavodların ümumi istehsal həcmi 3,3 milyon tondur və ölkədaxili tələbatının yalnız 70 faizini ödəyir. Lakin icrada olan layihələrin hər birinin reallaşması nəticəsində Azərbaycanın sement istehsalı 5 milyonadək artırılacaq. Vurğulamaq yerinə düşər ki, sadaladığımız yeni açılan hər bir müəssisə ən son texnologiyaların tətbiqi əsasında fəaliyyətə hazırlanıb və müasir standartlara uyğun texnika ilə təchiz olunub.
Heç şübhəsiz, sənayenin inkişafı mütləq dərəcədə sənaye tullantılarının artması, sənaye müəssisələrinin şəhər mərkəzlərində yerləşməsi isə bir çox hallarda da sıxlığın yaranması ilə müşahidə olunur. Buna görə də, iri sənaye müəssiələrinin Bakıdan kənara çıxarılması bu gün aktual problemlərdən birinə çevrilib. ölkəmizdə, həmçinin, maksimum dərəcədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün yeni sənaye obyektlərinin ən müasir texnologiyalarla təchizatına xüsusi həssaslıqla yanaşılır. Əlbəttə, tullantıların təsirini azaltmaq üçün bir sıra müasir texnoloji layihələr də həyata keçirilir. Son illər ətraf mühitin mühafizəsində, ekoloji problemlər içərisində “yaşıl” texnologiyaların tətbiqi, xüsusən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri daha çox aktuallıq kəsb edir.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev texnoparkların yaradılması, yerli istehsalın artırılması, bərpa olunan enerjidən istifadə texnologiyalarının yaradılması məsələlərinə də toxunub. Dövlət başçısı bildirib ki, şəhərin mərkəzində yerləşən və işləməyən köhnə yararsız müəssisələr və eləcə də, çalışan sənaye obyektləri köçürülməli və yerində ictimai istifadə üçün yerlər yaradılmalıdır: “Sənaye inkişafımız ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. İri sənaye müəssisələrinin şəhər mərkəzindən çıxarılması prosesi gedir, getməlidir. Bakı sakinləri bu prosesin müsbət nəticələrini görürlər. Biz vaxtı ilə köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük. Eyni zamanda, köhnəlmiş müəssisələrin fəaliyyətə davam etməsi də lüzumsuzdur. Biz yeni, güclü sənaye potensialı yaradırıq. Əlbəttə, çalışmalıyıq ki, ən qabaqcıl texnologiyalar tətbiq edilsin. Şəhərin mərkəzində - köçürülən köhnəlmiş sənaye müəssisələrinin yerlərində ictimai istifadə üçün yerlər yaradılmalıdır. Parklar, avtomobil dayanacaqları, bağçalar salınmalıdır ki, insanlar üçün daha da yaxşı şərait yaradılsın”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

