Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir
23.08.2012 [02:20]
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda Azərbaycan dövləti üçün ən əsas məsələdir. Həyata keçirilən siyasət, əldə olunan nəticələr ölkəmizin bu problemin həlli istiqamətində aparılan danışıqlar prosesində diplomatik baxımdan ciddi uğurlar qazandığını deməyə əsas verir. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə qazanılan mühüm uğurlar, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını bəyan edir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini yeganə həll variantı kimi irəli sürürlər. Amma bu da bir həqiqətdir ki, artıq illərdir, Ermənistan özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh danışıqları vasitəsilə həllinə maneçilik törədir. Məhz bunun nəticəsidir ki, problemin həlli üçün zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da gündəmə gəlir. Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini bəyan edir. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda digər variantlardan da istifadə etməyə hazırdır. Onu da qeyd etmək yerinə düşər ki, bu gün Cənubi Qafqaz regionunun ən güclü ordusu məhz Azərbaycan Silahlı Qüvvələridir. ölkəmizdə büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin həcminin artırılması istiqamətində davamlı tədbirlər görülüb və hazırda da görülməkdədir. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur.
Bu fakt beynəlxalq hesabatlarda da öz təsdiqini tapır. Məsələn, bunların sırasında bir müddət öncə açıqlanmış Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutunun “Hərbi Balans 2011” adlı hesabatı diqqəti cəlb edir. Həmin sənəddə qeyd olunur ki, Azərbaycan Ordusu hərbi imkanlarına görə Ermənistan silahlı qüvvələrini üstələyir. Hesabatda Azərbaycan və Ermənistan ordularının strukturu, şəxsi heyəti, texnikası və yarımhərbi birlikləri müqayisə edilib və Azərbaycanın hərbi xərclərinin Ermənistandan bir neçə dəfə çox olduğu əksini tapıb.
Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu ən yeni hərbi texnikalara malikdir. “Qırğı” tank əleyhinə raket kompleksləri quraşdırılmış “Əqrəb” markalı xüsusi zirehli avtomobillər, ölkəmizdə istehsal olunan “Qaranquş” və “Şahin” pilotsuz uçuş aparatları, “Dolu-1” 20,4 kilometr, “Leysan” 45, “Şimşək” 150, “Qasırğa” isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malik raket qurğuları buna misaldır. Bundan başqa Azərbaycan artıq dünyaya silah ixrac edən ölkə kimi də məşhurdur. ölkəmizin istehsalı olan silahlar bir sıra dövlətlərin silahlı qüvvələrində istifadə olunur.
Bütün bu faktlar isə ölkəmizin əldə etdiyi hərbi qüdrətdən xəbər verir. Heç şübhəsiz, bu hərbi güc Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad edilməsi üçün tam səfərbər olunacağı günü gözləyir. Hərb elminə əsasən müharibə edən dövlətlər əhalisinin maksimum 5-6 faizini səfərbər edib orduya çağıra bilir. Beynəlxalq Araşdırmalar İnstitutunun hesabatından da görünür ki, Ermənistan öz işğalçılıq siyasətini gələcəkdə də davam etdirmək üçün xarici güclərə arxalanır. Amma sülh danışıqlarında mövqelərini gücləndirən Azərbaycan hərbi sahədə də möhkəmlənir. Azərbaycan Silahlı Qüvvələrinin gücü danışıqlar prosesinə təsir edən əsas faktorlardan birinə çevrilib. Bu isə o deməkdir ki, ordumuzun gücünün artması danışıqlar prosesində də mövqelərimizi möhkəmləndirir.
öz növbəsində ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib ki, ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir: “Bu, bizim üçün əsas məsələdir. çünki uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin. Bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

