İri fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatının inkişafına əlavə təkan verəcək
23.08.2012 [22:44]
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Yəni bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən amillərdəndir.
Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin surətləndirilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. İlin əvvəllərində kənd təsərrüfatı sektorunda yüksək məhsuldarlığın əldə ediləcəyinə dair verilən proqnozlar özünü doğrultmaqdadır.
Kənd təsərrüfatının inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə isə, aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında əvvəki illərdə olduğu kimi, dinamik inkişaf müşahidə edilib. Cari ilin birinci yarısında kənd təsərrüfatının 10,4 faiz artım qeydə alınıb ki, bu rəqəm son illər üçün rekord göstəricidir. Bütövlükdə, cari ilin yeddi ayında kənd təsərrüfatında 6,8 faizdən çox ümumi məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, göstərilən müddət ərzində sahələrdən 521,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 18,1 min ton çox kartof, 713,5 min ton (4 min ton çox) tərəvəz, 162,7 min ton (18 min ton çox) meyvə və giləmeyvə, 395,4 ton (57,3 ton çox) yaşıl çay yarpağı, 1,6 min ton, yaxud 401 ton çox tütün toplanıb. Eyni zamanda, bu dövrdə 251,8 min ton, yaxud ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,5 faiz çox diri çəkidə ət, 1008,2 min ton süd (7,1 faiz çox), 699,9 milyon yumurta (18,5 faiz çox), 14,8 min ton yun (1,5 faiz çox) istehsal olunub. Keçən ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsalı 7,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 5,7 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 6,8 faiz artıb.
Beləliklə də, ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının təminatı üçün bütün lazımi tədbirlər görülüb. Respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkili istiqamətində mühüm addımlar atılıb. ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu ambar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinin genişləndirilməsi, həmçinin, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır.
Qeyd etmək laızmdır ki, Azərbaycanda 4,5 milyon hektar ərazi kənd təsərrüfatına yararlı sayılır. Amma əkinə yararlı torpaqların cəmi 30 faizi, yəni, 1 milyon 583 min hektarından istifadə olunur. ölkə ərazisində məhsuldarlığın artırılması üçün fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub. İri təsərrüfatlar üçün dövlət ehtiyat fondundan torpaqlar necə-gəldi yox, xüsusi olaraq seçilib. çünki suvarılma ilə bağlı problemləri olan, şoranlaşmış və digər yararsız torpaqların əkinə cəlb olunması ilə məhsuldarlığı artırmaq mümkün olmayacaq.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə, ölkədə iri fermer təsərrüfatlarının yaradılması üçün ümumilikdə 200 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub ki, bu da iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 70 min hektar ərazinin ayrılması nəzərdə tutulub. 2013-2020-ci illərdə isə bu məqsədlə, daha 130 min hektar ərazi ayrılacaq. Birinci mərhələdə nəzərdə tutulan 70 min hektar torpaq sahəsi Saatlı, Sabirabad, Biləsuvar, Beyləqan rayonları ərazisində yerləşir.
İkinci mərhələdə isə əkin dövriyyəsinə 130 min hektar torpaq daxil olacaq. Bu torpaqlar Qax, Şəmkir, Saatlı, Sabirabad, eləcə də, Yevlax rayonundan Kür çayına paralel istiqamətdə çəkiləcək yeni Şirvan kanalı boyunca olan torpaqlar (burada təqribən 70 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək), həmçinin, Araz çayının yeni çəkiləcək qolu boyunca olan İmişli, Neftçala və Lənkəran ərazilərindəki torpaqlar daxildir. Hazırda, sözügedən torpaqların istifadəsi üçün əsas görüləcək iş onların suvarma sistemi ilə təmin olunmasıdır. Ekspertlərin fikrincə, suvarma və meliorasiya problemləri həll olunduqca, əkin sahələri kimi istifadə olunacaq torpaqların sahəsi də genişləndiriləcək.
İlkin olaraq iri fermer təsərrüfatlarının yaradılması üçün Beyləqan və Ağcabədi rayonlarında 4 min 800 hektar ərazi ayrılıb və lazımi işlər görülüb.
Yeri gəlmişkən, iyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev də aqrar sektorun inkişafının dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. Dövlət başçısı sözügedən iclasda deyib ki, dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək: “İri fermer təsərrüfatlarının yaradılması prosesi, nəhayət, başlamışdır. Mən bu barədə hələ bir il bundan əvvəl demişəm, əfsuslar olsun ki, buna o qədər də böyük diqqət verilməmişdir. Ancaq keçən müşavirədə mənim sahibkarlarla bağlı kəskin sözlərim bizim dövlət məmurlarını da hərəkətə gətirdi. Hazırda, yerlər müəyyən edildi. Artıq birinci beş min hektar hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

