Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatıb
30.08.2012 [12:53]
AzərTAc xəbər verir ki, avqustun 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Mərasimdə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - “Xalqlar dostluğu” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə çıxış edərək Azərbaycan dövlətinin başçısını ölkəsində bir daha görməkdən şad olduğunu deyib. Bildirib ki, yüksək səviyyədə həyata keçirilən müntəzəm görüşlər xoş ənənəyə çevrilib və xalqlarımız arasında qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir.
“Bu gün Azərbaycan ilə Belarus arasında münasibətlər sabit və faydalıdır, yüksək səviyyədə dostluğa və etimada əsaslanır”, - deyən Aleksandr Lukaşenko bildirib ki, ölkələrimiz strateji tərəfdaşlara çevrilib və burada Azərbaycan Prezidentinin mühüm rolu var.
Belarus Prezidenti Azərbaycanın onun ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğulayıb. “Fikrimcə, İlham Heydər oğlu Azərbaycanın şəksiz lideri və vətənpərvəridir”, - deyən Prezident Aleksandr Lukaşenko dövlətlərimiz arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm şəxsi töhfələrinə görə Azərbaycan Prezidentinin Belarusun ali mükafatı - “Xalqlar dostluğu” ordeni ilə təltif olunduğunu deyib və ordeni Prezident İlham Əliyevə təqdim edib.
Yüksək mükafata və Onun haqqında söylədiyi xoş sözlərə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu ali mükafatı onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri möhkəm zəminə, qarşılıqlı rəğbət və xalqlarımız arasında çoxəsrlik əməkdaşlığa əsaslanır.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyinin səsverməyə çıxarıldığı dövrdə Belarusun verdiyi dəstəyə və göstərdiyi fəallığa görə minnətdarlığını bildirib.
“Bu gün Belarus ilə Azərbaycan arasında dostluğa, strateji tərəfdaşlıq, qarşılıqlı dəstəyə, səmimiyyət və rəğbətə əsaslanan müasir münasibətlər qururuq”, - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığını, sənayedə, energetikada, humanitar əməkdaşlıqda yeni təşəbbüslərin olduğunu deyib və bir daha yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində avqustun 29-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Azərbaycanın və Belarusun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatıb. Minsk Milli Aeroportunda görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko qısa söhbət ediblər.
Prezident Aleksandr Lukaşenko Prezident İlham Əliyevin Belarusa rəsmi səfərinin və bu səfər çərçivəsində aparılan danışıqların nəticələrinə toxunaraq deyib ki, bu görüşlərin gedişində yeni ideyalar, təşəbbüslər yaranır: “Budəfəki səfərin gedişində də belə oldu. Mən çox minnətdaram ki, bu ilin oktyabrında Bakıda bizim nümayəndə heyətimizi, ümumiyyətlə, görüşümüzün gedişində yaranan təklifləri götür-qoy edəcək birgə komissiyanı qəbul etməyə razı oldunuz. Siz dediyiniz kimi, bundan sonra hansı istiqamətdə hərəkət edəcəyimizi birmənalı olaraq müəyyənləşdirərik”.
Belarus dövlətinin başçısı, həmçinin, ölkəsinin Azərbaycan ilə ticarət əlaqələrinin maraqların qarşılıqlı təmin olunması əsasında genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Biz məmnuniyyətlə Belarusda bütün bərabər imkanlar daxilində Azərbaycan mallarına üstünlük verəcəyik. Biz hər hansı bir güzəşt xahiş etmirik. Əgər bizim ticarət mübadiləsində və sairdə hər hansı bir maneə yoxdursa, fikrimcə, bunun mahiyyəti elə budur”.
Prezident İlham Əliyev isə öz növbəsində deyib: “çox sağ olun, Aleksandr Qriqoryeviç! Əvvəla qonaqpərvərliyə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən öz səfərimin nəticələrindən çox məmnunam. Biz Sizinlə xeyli müddət bir yerdə olduq, çox mühüm məsələləri müzakirə etdik, o cümlədən, ilk növbədə, əlbəttə, ikitərəfli formatda danışıqlar apardıq və gələcək üçün böyük potensial görürük. Əlbəttə, artıq görülən işlər böyük təəssürat oyadır, ona görə ki, qısa müddət ərzində həm əmtəə dövriyyəsində, həm sənaye istehsalında, həm də energetika sahəsində böyük uğurlara nail olmuşuq. Ən başlıcası isə, biznesin və qarşılıqlı səmərəli ticarətin inkişafı üçün yeni yollar müəyyənləşdirmişik”.
Prezident İlham Əliyev səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələrin əhəmiyyətli olduğunu bildirərək vurğulayıb ki, bunlar həm Azərbaycanda yeni istehsal sahələri, həm tikinti, həm kənd təsərrüfatı sektorları, həmçinin əczaçılıqla bağlı yeni istiqamətlərdir: “Dünən biz bu məsələni müzakirə etdik, məlum oldu ki, potensial vardır. Yəni, bizim ikitərəfli münasibətlərdə bir çox sahə var ki, hələ işə düşməyib, amma böyük perspektivlərə malikdir. Düşünürəm ki, layihələrin gerçəkləşdirilməsi nadir təcrübədir. Qərarların qəbul edilməsi ilə onların həyata keçirilməsi arasındakı müddət çox azdır. Ən başlıcası isə bütün istiqamətlər üzrə münasibətləri qarşılıqlı inkişaf etdirmək arzusu vardır. Odur ki, mən böyük nikbinliklə, böyük planlarla qayıdıram və Bakıya çatan kimi də bütün bu layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün hökumət üzvlərinə bütün lazımi tapşırıqlar veriləcəkdir”.
Prezident Aleksandr Lukaşenko: Azərbaycanda, Qafqazda ticarət münasibətləri yaratmaq əlbəttə, çox sərfəlidir. Amma Sizdən xahiş etmək istərdik ki, biz birlikdə digər ölkələrin bazarlarına çıxa bilək.
Prezident İlham Əliyev: Biz də bu məsələdə çox maraqlıyıq. Ona görə ki, müəyyən müddətdən sonra bizim daxili bazarımız artıq bütünlüklə yerli istehsalla təmin olunacaqdır. Yəni, biz qarşımıza belə bir vəzifə qoymuşuq və xarici bazarlara çıxış məsələsi əlbəttə, bizim qarşımızda çox kəskin dayanacaqdır. Əgər bundan sonra da inkişaf etmək istəyiriksə, - təbii ki, biz bunu istəyirik, - gərək ixrac potensialı, ixrac bazarları haqqında düşünək. Bu məsələdə belaruslu istehsalçılarla birgə istehsal elə ixracyönümlü olacaqdır. Mən Sizin Qafqazda Azərbaycan ilə prioritet əməkdaşlıq haqqında qərarınızı alqışlayıram. Bunun üçün bütün imkanlarımız da, münasibətlərimiz də vardır. Bu gün Azərbaycan bütün Qafqaz iqtisadiyyatının təxminən 80 faizi deməkdir. Bu, nəhəng təbii ehtiyatları və böyük potensialı olan ölkədir. Odur ki, biz birlikdə çox işlər görə bilərik. Düşünürəm ki, üçüncü ölkələrin bazarlarına meyil göstərmək məhz əməkdaşlığımızın yeni istiqamətlərindən biri olacaqdır.
* * *
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko yola salıb.
* * *
Həmin gün Prezident İlham Əliyev Bakıya qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

