Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan Heydər Bağı – Park Bulvarın açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan Heydər Bağı – Park Bulvarın açılışında iştirak edib

15.09.2012 [16:46]

Dünən Bakının Nizami rayonunda Heydər Bağı - Park Bulvarın yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.
Dövlətimizin başçısı park bulvarın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 1998-ci ildə salınan bu parkda aparılan yenidənqurma işləri ən yüksək səviyyədə həyata keçirilib. Əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili üçün hər cür şərait yaradılıb. Ərazisi 56 min kvadratmetr, uzunluğu 800, eni 70 metr olan parkda fəvvarələr kompleksi yaradılıb, musiqili fəvvarə quraşdırılıb. Burada inşa olunan terrasın sahəsi min kvadratmetrdən çoxdur. Park bulvarın maraqlı elementlərindən biri də müxtəlif əyləncə növlərinin bir arada təqdim olunmasıdır. Burada yaradılan açıq kafelər yay vaxtı sakinlərin istirahətini daha maraqlı təşkil etməyə imkan verir. Parkda şirniyyat mağazası, fotostudiya, yay kafesi və digər iaşə obyektləri də istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, 120 avtomobil üçün yeraltı dayanacağın da olduğu parkda geniş yaşıllaşdırma işləri görülüb, avtomatik suvarma sistemi quraşdırılıb, işıqlandırma sistemi yenilənib. Parkın ərazisində inşa olunan üçmərtəbəli və dördmərtəbəli binalarda rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərir. Binalarda kafe və restoranlar da var. Burada qonaqlara Ukrayna mətbəxinin nümunələri təqdim olunacaq.
Bildirilib ki, park bulvarda inşa edilən “Akvarium” əyləncə mərkəzi bütün yaş qruplarından olan insanların istirahətinin maraqlı təşkilinə şərait yaradır. Üç min kvadratmetrlik əyləncə mərkəzində altızolaqlı boulinq zalı yaradılıb, 39 müxtəlif və müasir oyun aparatları qoyulub, bilyard zalı istifadəyə verilib. Burada quraşdırılan akvariumlar isə mərkəzin interyerinə xüsusi gözəllik verir. Park bulvarda balacalar da diqqətdən kənarda qalmayıb. Onlar üçün ayrıca kafe, 8 yaşına qədər uşaqlar üçün labirint əyləncə sahəsi, oyuncaq və zoomağazalar açılıb. Müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verir. Mərkəzdə ən müasir tələblərə cavab verən elektron tir də yaradılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tir tüfəngi ilə hədəfə atəş açıb.
Diqqətə çatdırılıb ki, əyləncə mərkəzində 3D və 7D kinoteatrları da fəaliyyət göstərir. Bu kinoteatrlarda ən müasir video və akustika sistemləri quraşdırılıb.
Prezident İlham Əliyev park bulvarda görülmüş işlərdən razılığını bildirib.
Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30