Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Yevlax və Zərdab rayonlarında səfərdə olub

Prezident İlham Əliyev Yevlax və Zərdab rayonlarında səfərdə olub

10.10.2012 [23:41]

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər və Bərdə rayonlarına səfərini başa çatdıraraq Yevlaxa gəlib. Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Prezident İlham Əliyevə son zamanlarda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Mərkəzin kollektivi və rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev gözdən əlil insanlarla görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə yaxından tanış olub.
Məlumat verilib ki, parkın ümumi sahəsi 10 min kvadratmetrdən çoxdur. Onun 7 min kvadratmetrindən çoxunu ancaq yaşıllıq sahəsi təşkil edir. Parkın mərkəzində Xalq şairi Səməd Vurğunun abidəsi ucaldılıb. Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoyub.
Parkda dörd fəvvarə quraşdırılıb, uşaq əyləncə meydançası yaradılıb. Səməd Vurğunun abidəsinin arxa hissəsində şairin kitablarından ibarət kompozisiya qurulub. Müasir işıqlandırma sistemi, oturacaqlarla təmin olunan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, insanların mədəni istirahətinin yüksək səviyyədə təşkil olunmasına xidmət edən belə layihələrin icrası yeni şəhər elementlərinin meydana çıxmasına imkan verir. Bu, həm də belə istirahət məkanlarının yerləşdiyi ərazilərdə gedən inkişaf proseslərinin göstəricisidir.
Azərbaycan Prezidenti parkda yaradılmış şəraitdən razılığını bildirib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bir neçə il əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvarın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yardımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil etməkdir. Dövlətimizin başçısı “Bulvar”da istirahət edən sakinlərlə görüşüb söhbət edib.
Sonda xatirə şəkli çəkdirilib.
Elektromobillə “Bulvar” istirahət mərkəzinin ərazisini gəzən Prezident İlham Əliyev burada aparılan tikinti və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlətimizin başçısı əvvəlcə hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlanıb.
Dövlətimizin başçısı hərbi hissənin tədris meydanı və təlim poliqonunda da olub. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanına yeni texnika və silah növləri barədə məlumat verilib.
Daha sonra Prezident İlham Əliyev hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı avtovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, son illərdə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə həyata keçirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bu sahədə nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılıb. Yevlax şəhərinin qədim İpək yolunun üzərində yerləşməsi, o cümlədən ölkənin qərb istiqamətindən gələn bütün avtomobil yollarının buradan keçməsi onun həm iqtisadi, həm də nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Odur ki, burada yeni inşa olunan avtovağzal kompleksi bu tələbatın ödənilməsində mühüm rol oynayır.
Bildirilib ki, xüsusi dizaynla və bütün tələblər nəzərə alınmaqla tikilən bu kompleks həm yerli əhaliyə, həm də qonşu bölgələrin sakinlərinə rahat və keyfiyyətli xidmət göstərəcək. Avtovağzalın ikimərtəbəli binasının inşasına 2010-cu ildə başlanılıb. Ümumi ərazisi 17,5 min kvadratmetr olan binanın tikinti sahəsi 558 kvadratmetrdir. Birinci mərtəbədə sərnişinlərin istirahəti və avtovağzal xidmətindən istifadə etmələri üçün hər cür şərait yaradılıb. Burada kassa, ana və uşaq otağı, gözləmə zalı var. Zalda sərnişinlərin istifadəsi üçün marşrut göstəricilərinin əks olunduğu elektron tablo asılıb. Konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, gələcəkdə ölkənin bir çox regionlarına yeni marşrutların açılması nəzərdə tutulub. Yeni avtovağzal kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir.
Prezident İlham Əliyev yeni avtovağzal kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib, əhaliyə keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhərinə səfərini başa çatdıraraq Zərdab rayonuna gəlib.
Dövlətimizin başçısı Zərdab şəhərinin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərdabda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, Ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin inşasına 2010-cu ildə başlanılıb. Mərkəzin ikimərtəbəli binası Ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. Burada Ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 9 fotoguşə yaradılıb. Heydər Əliyev Mərkəzinin foyesində Ulu öndərin büst kompleksi qoyulub.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, kompyuterlərlə təchiz olunan konfrans zalı və ən müasir avadanlığın quraşdırıldığı xidməti otaqlar var. Heydər Əliyev Mərkəzində müasir üslubda linqafon, fotostudiya və tədris otaqları yaradılıb. Şagirdlərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən xarici dillərdə nəşrlərə də geniş yer verilib. Birinci mərtəbədə xalçaçılıq, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin qonaqları burada yaradılan imkanlardan istifadə etməklə dahi Heydər Əliyevin siyasi irsi ilə yaxından tanış ola biləcəklər.
Qeyd olunub ki, mərkəzdə 150 nəfərlik akt zalı, respublika və rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da var. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə beynəlxalq konfransların keçirilməsi də mümkündür.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Heydər Əliyev parkında yerləşən binanın tikintisinə cari ilin mayında başlanılıb. Sahəsi 451 kvadratmetr olan ikimərtəbəli yeni inzibati binanın ətrafında yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi qurulub. Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Büstün ətrafında Ümummilli lider Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab rayonuna səfərlərini əks etdirən fotolar yer alıb. Ümumilikdə inzibati bina 6 otaqdan və konfrans zalından ibarətdir. Zalda respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Vurğulanıb ki, YAP Zərdab rayon təşkilatı 1993-cü il avqustun 14-də təsis olunub. Hazırda 5 min 400 üzvü olan qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir.
Burada Prezident İlham Əliyev Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendə baxıb.
Bildirilib ki, ümumi uzunluğu 47 kilometr olan və 8 kəndi birləşdirən yolun 10,5 kilometri yüksək keyfiyyətlə yenidən qurulub. Azərbaycan Prezidentinin Sərəncamı ilə əsaslı təmir olunan yol rayonun on min əhalisinin İpək Yoluna çıxışını xeyli asanlaşdıracaq.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Küllülü-Zərdab magistral su kəmərinin açılışında iştirak edib. Dövlətimizin başçısı su kəmərinin planı və tikintisi prosesini əks etdirən stendlə tanış olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin və xəttin texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə cari ilin sentyabrında başlanılıb. Bütövlükdə bu kəmərin suyundan Ağsu, Kürdəmir, Ucar və Zərdab rayonlarının müxtəlif yaşayış məntəqələrinin 157 min sakini istifadə edəcək.
Dövlətimizin başçısı suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basıb.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və kəmərin çəkilməsində iştirak edən inşaatçılarla görüşüb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov hazırda Bakıda və regionlarda su xətlərinin çəkilişi və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Zərdab şəhər 1 nömrəli məktəb-liseyin müəllimi, “Tərəqqi” medalı ilə təltif olunmuş Firuzə Qocayeva isə respublikanın bütün regionları kimi, Zərdaba da göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına zərdablıların adından minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib. Sonra dövlətimizin başçısı veteranlarla görüşüb.
Veteranlara təşəkkür edən Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirib.
Oktyabrın 7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılıb. Mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr var.
Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış olub. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Paylaş:
Baxılıb: 994 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30