Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Tokayevi ad günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Tokayevi ad günü münasibətilə təbrik edib

17.05.2025 [13:01]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Dövlətimizin başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30