Bir yumruqda birləşən dostluq, qardaşlıq
15.07.2025 [10:44]
Qardaş ölkələr olan Azərbaycan və Türkiyənin dövlət başçıları müntəzəm olaraq bir-biri ilə əlaqə saxlayır və intensiv səciyyə daşıyan qarşılıqlı fəaliyyət istiqamətləri ilə bağlı aktual müzakirələr aparırlar. İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.
İkitərəfli münasibətlərin ən yüksək səviyyəsi
Azərbaycanla Türkiyə arasında getdikcə möhkəmlənən münasibətlər bir sıra təbii amillərdən - ortaq tarixdən, xalqların eyni mahiyyət daşıyan ənənələrindən, milli-mənəvi dəyərllərindən, həyat tərzindən, etiqad birliyindən və bu kimi diğər amillərdən qaynaqlanır. Bu gün hər iki ölkədə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində tarixə istinad etməklə gələcək əlaqələrin daha da möhkəmləndirlməsinə güclü istək var. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan - Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünyada bu dostluğa, qardaşlığa xələl gətirə biləcək qüvvə yoxdur. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Bu gün ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə dostluğu ilk növbədə dövlət başçıları arasında olan münasibətlərindən qaynaqlanır. Hər iki lider bir-birinə “əziz qardaşım” deyə xitab edir. Türkiyənin dövlət başçısı ölkəmizə münasibətdə bir qayda olaraq əlini ürəyinin üstünə qoyaraq “Can Azərbaycan” ifadəsini işlədir. Prezident İlham Əliyev isə sarsılmaz qardaşlığımızı “Bir yumruq” kimi səciyyələndirib.
Liderlərin səmimi münasibətlərinə, bütövlükdə, siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iki ölkə arasında münasibətlər müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Çox doğru olaraq Azərbaycan - Türkiyə münasibətləri çətin günlərin dostluğu kimi səciyyələndirlir. Xoş anlarda hər iki xalq həmişə birlikdə sevinib. Eyni zamanda, Türkiyə və Azərbaycan çətin anlarda da bir-birinə arxa, dayaq dururlar. Buna aid həm tarixdən, həm də müasir dövrdən çoxlu sayda misallar sadalamaq mümkündür. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər.
Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. 2023-cü ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan və faciə bölgəsini son tərk edən ölkə oldu. Kahramanmaraşda Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Həmin məhəllənin açılışı cari il iyunun 19-da prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Hazırda Azərbaycanla Türkiyə arasında genişlənən ticarət dövriyyəsi, investisiya qoyuluşu da bu möhkəm təmələ əsaslanır. Azərbaycan və Türkiyənin tərəfdaş dövlətlərlə birgə reallaşdırdıqları enerji layihələri həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Nəqliyyat sektoru da əməkdaşlığın çox mühüm istiqamətlərindən biridir.
Hər cəhətdən mühüm əhəmiyyət daşıyan strateji müttəfiqlik
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Strateji müttəfiqlik ölkələrimiz üçün hər cəhətdən, xüsusilə də indiki narahat dünyada təhlükəsizliyin təmin olunması baxımından müstəsna önəm daşıyır. Ölkələrimizin müttəfiqlik münasibətləri 2021-ci il 15 iyun tarixində liderlər tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə rəsmən təsdiqlənib.
Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi, iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17

