Bakı-Vaşinqton münasibətlərində yeni səhifə
24.01.2026 [08:12]
Son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın bir-birlərinə rəğbətlə yanaşmaları və hörmət göstərmələri açıq şəkildə müşahidə edilir. Deyə bilərik ki, onların arasında təmaslar müntəzəm hal alıb. Liderlər növbəti dəfə bu günlərdə Davosda görüşüblər.
Liderlər bir-birinə inanır və səmimi rəğbət bəsləyirlər
Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində baş tutan görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ənənəvi olaraq beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ tərəfdaşlığının səciyyəvi cəhətlərini təşkil edib. Təəssüf ki, müəyyən dövrlərdə bu zəncirdə qırılmalar da müşahidə edilib. Xatırlayaq ki, keçmiş Bayden administrasiyası dönəmində məhz qarşı tərəfin ədalətsiz və qərəzli yanaşmaları səbəbindən ABŞ - Azərbaycan münasibətlərində ciddi çatlar yaranmışdı.
Ağ Evdə Bayden administrasiyası əvəzləndikdən sonra isə vəziyyət dəyişib və münasibətlərdə yeni səhifə açılıb. Rəsmi Bakı Vaşinqtonla əlaqələri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə səy göstərir. Ölkəmiz ABŞ ilə dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verir ki, bunu Prezident İlham Əliyev həm Donald Trampla görüşlərində, həm də ona ünvanladığı məktublarında xüsusi olaraq vurğulayıb. Oxşar fikirləri həmçinin Ağ Evin yeni sahibi də bir neçə dəfə ifadə edib. Beləliklə, biz görürük ki, hər iki tərəf əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq inkişafına güclü siyasi iradə göstərir.
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, liderlər bir-birinə inanır və səmimi münasibət bəsləyirlər. D.Trampın özünün sosial şəbəkə hesabında Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından bir parçanı paylaşması, dövlətimizin başçısını “böyük lider” adlandırması, həmçinin Onu Yaxın Şərq üzrə nizamlama proseslərinə cəlb etməsi bunun əyani təsdiqidir. Oxşar münasibəti həmçinin Azərbaycan Prezidenti də sərgiləyir. Qeyd edək ki, Prezident İlham Əliyev bəhs olunan Şuşa forumunda dünyada qalıcı sülhə çağırışlar edib və D.Trampı “müharibə başlamayan ABŞ Prezidenti” kimi səciyyələndirib. Məlumdur ki, ABŞ prezidenlərinin əksəriyyətinin idarəçiliyi dönəmində bu ölkə dünyanın ayrı-ayrı regionlarında qanlı müharibələrə cəlb olunub. D.Tramp isə son bir illik prezidentliyi dönəmində özünün də vurğuladığı kimi, 8 münaqişləyə son qoyub.
Son bir ildə Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən daha iki faktı xüsusi qeyd edə bilərik. Bunlardan biri ötən il avqustun 8-də Ağ Evdə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədin imzalanması və artıq tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqləyir ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır.
Qeyd etdiyimiz ikinci mühüm məqam isə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin fəaliyyətinin D.Tramp tərəfindən dayandırılmasıdır. Hazırda hər iki tərəf bu bədnam düzəlişin tamamilə ləğv edilməsi istiqamətində fəal iş aparır.
Əməkdaşlığın yeni inkişaf dövrü
Baş tutan görüşdə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın respublikamıza qarşı başladığı işğalçılıq müharibəsi ciddi fəsadlar yaratmaqla təxminən üç onillik ərzində davam edib. Qazandığı parlaq qələbələrlə ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib Azərbaycan müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsündən çıxış etdi. Lakin Ermənistandakı ayrı-ayrı qüvvələrin və onları dəstəkləyən bəzi xarici güclərin manipulyativ davranışlarına görə sülh prosesi uzandı. Münaqişə vəziyyətinə məhz D.Trampın səyləri sayəsində ötən il avqustun 8-də Ağ Evdə, dünyanın bir nömrəli ofisində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirlərinin yekun sülh sazişini paraflamaları ilə son qoyulub.
Regionda sülh dövrünün başladığına bəhs olunan görüşdə də diqqət çəkilib. Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.
Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.
Ölkəmizin qlobal sülhün təşviqində rolu təsdiqlənir
Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmizin bu siyasəti D.Trampın sülh çağırışları ilə üst-üstə düşür.
Davosda baş tutan görüşdə söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində respublikamızın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
Sosial
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

