/ / Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin növbəti inkişaf mərhələsinə təkan verəcək
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin növbəti inkişaf mərhələsinə təkan verəcək
12.03.2009 [16:04]
Martın 18-də keçiriləcək referendumla əlaqədar təşviqat qrupları martın 10-da Tərtər rayonunun Buruc, Hacıqərvənd və Cəmilli kəndlərində seçicilərlə görüş keçiriblər. Görüşlərdə Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə danışan “Yeni Azərbaycan” təşviqat qrupunun Tərtər rayon şöbəsinin sədri Ramiz Şabanov deyib ki, rayon şöbəsinin əməkdaşları və referendum prosesinə könüllü cəlb olunmuş rayon sakinləri yerlərdə vətəndaşlarla görüşlər keçirir, təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verirlər: “Dünyanın bütün demokratik dövlətlərində Əsas Qanuna dəyişikliklər ümumxalq səsverməsi yolu ilə edilir. Azərbaycanda 1995-ci ildə Konstitusiya qəbul olunarkən ümumxalq səsverməsi keçirilib və xalqımız bu Əsas Qanunla bağlı iradəsini ortaya qoyub. Bundan başqa, 2002-ci ildə yenə də ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya dəyişiklik edilib. Bu gün isə Konstitusiyaya növbəti dəfə dəyişikliklərin edilməsi üçün referenduma hazırlıq gedir”.
Natiq Tərtər rayonunun sakinlərinin daim dövlətçiliyimizin keşiyində dayandıqlarını, taleyüklü məsələlərdə hər zaman öndə olduqlarını vurğulayaraq, onları xalqımız və dövlətimizin gələcəyi üçün böyük əhəmiyyət daşıyan referendumda fəal iştirak etməyə çağırıb.
Milli Məclisin deputatı, “Şəhər” təşviqat qrupunun vəkili Elman Məmmədov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin dövlətçiliyimizin möhkəmlənməsi, inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu dəyişikliklər zamanın tələbidir. Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib. Bu ayrı-ayrı sahələrin inkişafında özünü açıq-aşkar göstərir. Eyni zamanda, ölkəmizin mövcud iqtisadi potensialı, siyasi sistemin də təkmilləşməsinə, güclənməsinə imkan verib. Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində, eləcə də, Cənubi Qafqaz regionunun inkişafında fəal rol oynayır. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşan nəhəng iqtisadi, enerji, nəqliyyat layihələri təkcə ölkəmizin deyil, eyni zamanda, regionun inkişafına şərait yaradıb. Hazırda iqtisadi inkişaf sürətinə görə, dünyada lider dövlət olan Azərbaycanla bütün beynəlxalq ictimaiyyət hesablaşır. Bu gün Azərbaycan dövlətinin sahib olduğu potensial, iqtisadi güc imkan verir ki, ölkəmiz öz vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etsin. Həmçinin, qarşımıza yeni problemlər, yeni şərtlər çıxıb. Ona görə də, bütün sahələrdə olduğu kimi, hüquq sistemində də dəyişikliklər dövrün, zəmanənin diktə etdiyi zərurətdir. Bir sıra hüquqi aktların, qanunların yenidən işlənməsinə, bəzi işlək qanunlara korrektələrin edilməsinə ehtiyac yaranıb. Bunun üçün isə ilk olaraq, bütün qanunların qidalandığı Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik etmək vacibdir”.
“Şəhər” təşviqat qrupunun vəkili, Gəncə Dövlət Universitetinin prorektoru Asif Cavadov Konstitusiyaya təqdim olunan layihənin məhz dövlətin inkişafının daha da sürətləndirilməsinə, dövlətin qüdrətlənməsinə xidmət göstərdiyini söyləyib. Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə hazırlandığını xatırladan vəkil Ana Yasamızın dövlətimizin inkişafında mütərəqqi rol oynadığını deyib. Natiq vurğulayb ki, qəbul olunan qanunlarımız məhz Konstitusiyamızın maddələrinin bazasında formalaşdırılır: “Ona görə də, təklif olunan əlavə və dəyişikliklər zamanın tələbinə uyğun qanunların qəbulunda da müstəsna rol oynacaq”.
“Yeni Azərbaycan” təşviqat qrupunun Tərtər rayon şöbəsinin üzvü Ceyhun Hüseynov isə bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda obyektiv səbəblərdən yer almayan bir sıra yeni nüanslar da təklif olunan Konstitusiya Aktında yer alacaq: “Təklif olunan bütün dəyişikliklər vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, insan hüquq və azadlıqlarının möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu dəyişiklikləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və rolu şərtləndirir. Bilirsiniz ki, Azərbaycan hazırda Avropaya inteqrasiya edir və bu məqsədlə Avropanın böyük təşkilatlarına üzv olub. Bu da yeni münasibətlər, yeni şərtlər ortaya çıxarır. Əsas Qanunumuzun bu şərtlərə uyğunlaşdırılması vacibdir”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

