Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmlənir
30.05.2009 [12:30]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icrasına əsasən həyata keçirilən tədbirlər ədliyyə orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar yaradır. Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmlənir, yeni binalar inşa olunur, mövcud tikililərdə əsaslı təmir işləri aparılır. Yeni tikilən binalardan biri də Prezidentin Fərmanı ilə 2004-cü ildə yaradılmış Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin inzibati binasıdır.
Dövlətimizin başçısı İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Ədliyyə naziri, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2008-ci ilin yanvarında başlanıb. Tikinti işlərində və binanın təchizatında yerli materiallarla yanaşı, Türkiyə, Almaniya, İtaliya, çexiya, Rusiya, Koreya Respublikası, Yaponiya və digər ölkələrdən gətirilmiş inşaat materialları və avadanlıqdan istifadə olunub. Müasir standartlara uyğun aparılmış inşaat işlərində milli memarlıq elementlərindən də istifadə olunub.
Binada Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ilə yanaşı, fəaliyyəti onunla sıx bağlı olan Qeydiyyat və Notariat Baş İdarəsi, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Dövlət Notariat Arxivi də yerləşəcək.
Birinci mərtəbənin foyesində Azərbaycan ədliyyə sisteminin formalaşması və inkişafı, onun maddi-texniki bazasının kadr potensialının gücləndirilməsində mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Burada binaya xaricdən və daxildən nəzarət etmək imkanı olan mühafizə xidməti otağı, mühasibatlıq, dəftərxana, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, 3 qəbul otağı, yeməkxana yerləşir.
Ədliyyə qurumlarının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin bu sistemdə aparılan islahatlara dair fotolardan və sənədlərdən ibarət guşə yaradılıb. Burada fəaliyyət göstərən notariat idarəsində yaradılan şərait vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcək.
İkinci mərtəbədə Qeydiyyat və Notariat Baş İdarəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti və notariat idarələri yerləşir.
üçüncü mərtəbədə ulu öndər Heydər Əliyevin mənalı həyatına, həmçinin Prezident İlham Əliyevin fəaliyyətinə dair guşə var. Guşədə ulu öndərin istər sovet, istərsə də müstəqillik illərində xalqımız və Vətən qarşısında müstəsna xidmətləri geniş əksini tapıb.
Prezident İlham Əliyev ən müasir standartlara cavab verən tədris otağı ilə tanış olub. Burada əməkdaşlar ixtisaslarını artıracaq, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının daha dərindən mənimsənilməsi üzrə təlimlər keçəcəklər. Doqquz kompyuterin quraşdırıldığı tədris otağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, habelə ədliyyə sistemi və informasiya texnologiyaları barədə kitablar var.
Ən son avadanlığın tətbiq olunduğu 80 nəfərlik konfrans zalı müasir akustika və avtomat təqdimat sistemləri ilə təchiz edilib. Binanın üçüncü mərtəbəsində telekonfranslar keçirmək imkanı olan müşavirə otağı da yerləşir.
Prezident İlham Əliyev burada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin fəaliyyəti və maddi-texniki bazasının möhkəmləndirilməsinə aid qısa filmə baxıb.
Sonra dövlətimizin başçısı Xidmətin server otağı ilə tanış olub. Mərkəzi serverə respublikanın rayon və şəhərlərindən, Daxili İşlər Nazirliyinin idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları “ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən gündəlik məlumatlar daxil olur. Quraşdırılmış xüsusi kondisioner havanın temperaturu və otağın rütubətini avadanlıq üçün müəyyən olunmuş normaya uyğun rejimdə saxlamağa imkan verir.
Burada dövlət notariat arxivi də yerləşir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, habelə Abşeron, Ağdaş, Ağsu və digər rayonlarda fəaliyyət göstərən dövlət notariusları bütün sənəd və məlumatları bu arxivə ötürürlər. Saxlanılan sənədlərin elektron məlumat bazası yaradılıb. Hazırda burada 600 minə qədər notariat sənədi saxlanılır. Arxivdəki 38 rəfin hər biri 480 qovluq tutur.
Binada yerləşən Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin arxivində ən müasir informasiya-kommunikasiya avadanlığı quraşdırılıb. Burada hər bir Azərbaycan vətəndaşı haqqında məlumat var. Arxivdə doğum, övladlığa götürmə, nikah, atalığı müəyyən etmək, soyadı, adı və atasının adını dəyişmək, nikahın pozulması, ölüm haqqında 17 milyondan çox sənəd saxlanılır. Məlumatlar kitab halına salınaraq xüsusi rəflərə qoyulur. Hər bir rəf və kitaba isə xüsusi texnologiyaya əsaslanan çiplər yerləşdirilir. Bu sistemin tətbiqi həm kitabların arxivdən qeyri-qanuni çıxarılmasının qarşısını alır, həm də istənilən məlumatın tapılmasını asanlaşdırır. Kitabların avtomatlaşdırılmış axtarış sistemi ilə tapılması üçün arxivin hər bir əməkdaşına xüsusi terminallar paylanıb. Terminallar qəbuledici radiotezlik vasitəsilə mərkəzi bazanın kompyuterlərinə qoşulub. Arxivdə yerləşdirilən 26 rəfdəki kitabların normal qalması üçün müvafiq temperatur və rütubətə nəzarət olunur.
Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva ilə nikahı haqqında aktın qeydi təqdim olunub.
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin arxivindəki sənədlər 1934-cü ildən bəri olan dövrü əhatə edir. Burada saxlanılan sənədlər 75 ildən sonra Dövlət Arxivinə təqdim olunur.
İnformasiya təminatı otağında isə arxiv materialları kitab halına salınır, eyni zamanda, məlumatlar elektron formata keçirilir. Həmin proseslər xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir. Elektron formata salınan məlumatlar mərkəzi serverə ötürülür. Bu isə öz növbəsində, məlumatların məxfiliyi ilə yanaşı, onların təhlükəsizliyini də təmin edir.
Bina müasir kompyuter və arxiv avadanlığı, müstəqil enerji təchizatı, təhlükəsizlik və yanğından mühafizə sistemləri ilə təmin olunub. Binada müasir lift və mərkəzi havalandırma sistemi quraşdırılıb, daxili ATS fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyevə Ədliyyə Nazirliyinin inşası başa çatan və tikintisi davam edən regional ədliyyə şöbələri, məhkəmələr və notariat kontorlarının inzibati binaları barədə məlumat verilib.
Dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb, tövsiyələrini verib.
Sonda açılış mərasimindən yadigar olaraq xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44

