Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Braziliya Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Braziliya Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

23.06.2009 [11:34]

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini  qəbul edib. Səfir Paulo Antonio Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Paulo Antonio  etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Braziliyanın ölkəmizdə səfirinin təyin olunmasını Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev ölkələrimizin əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu deyib və bundan istifadə etməyin vacibliyini vurğulayıb.
Səfir Paulo Antonio ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söyləyib və respublikamızdakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.


Paylaş:
Baxılıb: 1216 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30