/ / Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25.09.2019 [09:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçib.
Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Səfirlə söhbət edən Prezident İlham Əliyev deyib: Sizə Azərbaycanda xoş günlər arzulayıram. Artıq uzunmüddətli və çox uğurlu bir tarixə, böyük potensiala malik əməkdaşlığımızın əhatə dairəsini nəzərə alaraq ümid edirəm ki, dolğun bir gündəliyiniz olacaq. Əlbəttə ki, əməkdaşlığımızın inkişaf mərhələləri sizə yaxşı məlumdur. Bilirsiniz ki, Azərbaycan hər zaman sizin ölkənizi dünyanın ən mühüm tərəfdaş ölkələrindən biri kimi qəbul edir. Mənim Parisə çoxsaylı səfərlərim və Prezident Şirak, Prezident Sarkozi və Prezident Olland ilə, həmçinin ötən il Prezident Makron ilə olan görüşlərimin hamısı və digər yüksək səviyyəli rəsmilərlə görüşlərim əməkdaşlığımızın inkişafında çox böyük rol oynamışdır. Təsadüfi deyil ki, fransız şirkətləri Azərbaycanda bir çox mühüm layihələr həyata keçiriblər. Xatırlayıram ki, Prezident Ollandın səfəri zamanı bir neçə milyard dollarlıq müqavilələr imzaladıq. Onlardan bir hissəsi artıq icra edilib, digərləri isə icrasını gözləyir. Fransız şirkətləri burada çox geniş təmsil olunur. Əlbəttə, MEDEF ilə çoxsaylı görüşlərim haqqında da məlumatlısınız. Son dəfə bu görüş burada, Bakıda keçirildi. Fransada və burada da görüşmüşük. Qarşılıqlı böyük maraq və yaxşı nəticələr var. Düşünürəm ki, bu sahədə möhkəm əməkdaşlığımız var və bu əməkdaşlıq böyük perspektivlərə malikdir. Əlbəttə ki, siyasi əlaqələrimiz də şirkətlər arasında əməkdaşlıq və iqtisadi sahədəki əlaqələrin inkişafında mühüm rol oynayır. Ötən il Prezident Makronla görüşüm əlaqələrimizin gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından çox önəmli idi. Bu görüş bugünkü tərəfdaşlığın inkişaf etdirilməsində mühüm rol oynadı. Əlbəttə ki, nazir Lö Merin səfəri də çox uğurlu oldu. Biz münaqişənin həlli məsələsində də əməkdaşlıq edirik və danışıqların hansı fazada olduğunu bilirik. Əlbəttə ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da sizin ölkəniz mühüm rol oynayır. İyul ayında Prezident Tuskun da səfəri çox uğurlu idi. Beləliklə, əməkdaşlığımız çox geniş gündəliyə malikdir. Əminəm, görüləsi işləriniz çoxdur və ümid edirəm ki, mövcud əlaqələrimizin müsbət dinamikası fəaliyyətiniz dövründə də davam etdiriləcək.
Səfir Zakari Qros deyib: Təşəkkür edirəm. Prezident Makronun ən səmimi salamlarını Sizə çatdırıram. Burada, gözəl və uğurla inkişaf edən şəhərinizdə olmağımdan çox məmnunam. Artıq Sizin də qeyd etdiyiniz kimi, bizim möhkəm ikitərəfli münasibətlərimiz mövcuddur və bu məsələdə Sizin şəxsi töhfəniz bizim üçün çox önəmlidir. Təhlükəsizlik məsələləri mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Regionda gərginliyin mövcudluğu şəraitində - İran məsələsində Prezident Makron gərginliyin aradan qaldırılmasına səy göstərir. Əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin dinc yolla, ölkənizin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həllini arzulayır və bu sahədə fəal olmaq niyyətindədir. Biz ölkələrimiz arasında siyasi dialoqu davam etdirməyə ümidvarıq. Sizin də qeyd etdiyiniz kimi iqtisadiyyat, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq bizim üçün çox vacibdir.
Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Fransa Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

