/ / Prezident İlham Əliyev Bakıdakı Səməd Vurğun və "Muğam" bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev Bakıdakı Səməd Vurğun və "Muğam" bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub
29.12.2009 [10:38]
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə bu istirahət guşələrində aparılan yenidənqurma tədbirləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, görkəmli şairin adını daşıyan bağ Azərbaycan Prezidentinin Bakı şəhərində parkların və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən abadlaşdırılıb. Burada əhalinin istirahəti üçün ən müasir şərait yaradılıb.
Qeyd olunub ki, Səməd Vurğun bağının ərazisi genişləndirilərək 26 min kvadratmetrə çatdırılıb. Bağın asfalt örtüyü sökülərək yerinə qranit və mərmər plitələr döşənib. Səməd Vurğun bağında şairin möhtəşəm abidəsi də təmirdən sonra yeni görkəm alıb.
Azərbaycan Prezidenti və xanımı bağın ərazisini gəziblər, yaradılan şəraitlə yaxından tanış olublar.
İtaliyalı mütəxəssislər tərəfindən tikilmiş fəvvarə bağa xüsusi yaraşıq verir.
Yenidən qurulan hər iki bağdakı işıqlandırma sistemi italiyalı mütəxəssislər tərəfindən quraşdırılıb və Venesiya üslubundadır. Səməd Vurğun bağında nəfis yaşıllıq guşələri yaradılıb, 24 mindən çox dekorativ gül və bəzək kolları əkilib. Burada milli və beynəlxalq təcrübə yüksək peşəkarlıqla uzlaşdırılıb. Bu istirahət guşələrində çox rahat və gözəl dizayna malik oturacaqlar quraşdırılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, hər iki bağın ətrafında da əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri görülüb. Bunun nəticəsində bu bağlarla ətraf ərazi ümumi ansambl təşkil edir.
Sonra dövlətimizin başçısı və xanımı orijinal layihə əsasında yenidən qurulan “Muğam” bağı ilə tanış olublar. Qeyd edilib ki, gözəlliyi ilə ilk baxışdan diqqəti çəkən bu istirahət ocağının da ərazisi genişləndirilərək 21 min kvadratmetrə çatdırılıb. Bu bağda da asfalt örtüyü sökülərək yerinə qranit və mərmər plitələr döşənilib. Burada köhnə tikililər söküldükdən sonra ərazi tamamilə yeni görkəm alıb.
Bağda italiyalı mütəxəssislər tərəfindən gözoxşayan fəvvarə inşa olunub. Əsaslı yenidənqurmadan sonra həmin istirahət guşəsi də füsunkar görkəm alıb.
Hər iki bağın yaxınlığındakı 28 May və Puşkin küçələrinə yeni asfalt örtüyü döşənib.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

