Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
31.12.2009 [02:01]
üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.
Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqqaslara qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. çünki tanınmış sənətçilərin, klounların, sehirbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.
Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və valideynlərin diqqətindən yayınmadı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bayram şənliyində çıxış edərək deyib: “Hörmətli qonaqlar! Hörmətli müəllimlər və valideynlər! Əziz uşaqlar! İlk növbədə mən sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni ildə sizə möhkəm cansağlığı, gələcək uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Biz artıq Yeni ili ənənəvi olaraq birlikdə qarşılayırıq, yeni - 2010-cu ili qarşılayırıq. Amma, eyni zamanda, biz bu gün keçmiş 2009-cu illə vidalaşırıq. Əgər keçmiş ilə nəzər salsaq, görərik ki, bu il bir çox vacib hadisələrlə və nailiyyətlərlə ölkəmizin tarixində qalacaqdır. Baxmayaraq ki, dünyanı maliyyə böhranı bürüyüb, Azərbaycanda iqtisadi artım davam edir. Biz bunu demək olar ki, həyatımızın bütün sahələrində görə bilərik. Təkcə paytaxtımıza nəzər salsaq, görərik doğma Bakımız gündən-günə necə gözəlləşir, yeni bağçalar, yeni parklar salınır, abidələr, dənizkənarı park bərpa olunur. ölkəmizdə yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir. Siz hamınız yaxşı bilirsiniz ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Bununla əlaqədar Bakıda bir çox beynəlxalq görüşlər, simpoziumlar, festivallar keçirildi. Yəqin ki, xatırlayırsınız, mart ayında Bakıda I Beynəlxalq Muğam Festivalı keçirildi. Yeddi gün həqiqətən böyük bir musiqi bayramına çevrildi və bir daha sübut etdi ki, Azərbaycan muğamı təkcə bizim mədəniyyətimizin yox, bütün dünya musiqi xəzinəsinin incisidir. Eyni zamanda, 2009-cu il “Uşaq ili” elan olunub və bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb. 2009-cu ildə Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə əsaslı təmir aparılıb, 10-dan artıq körpələr evi və uşaq bağçası təmir edilib və yenidən qurulub. Heydər Əliyev Fondu da bu sahədə öz fəaliyyətini davam etdirir. Bu il Ağdaş şəhərində uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi adına uşaq incəsənət məktəbinin təməli qoyulub. Bir çox beynəlxalq görüşlər keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib. Bir sözlə, 2009-cu ildə bir çox mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə edilib. Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün - sizin üçün görülür. Mən bir daha sizə təhsilinizdə, öz həyatınızda böyük-böyük uğurlar, yaxşı, möhkəm cansağlığı, yaxşı əhval-ruhiyyə arzulayıram. Qeyd etmək istəyirəm ki, bu il Heydər Əliyev Fondu sizin üçün bu bayramı yeni bir məkanda - yenə də bu il, 2009-cu ildə istifadəyə verilmiş “Buta” sarayında keçirir. Əminəm ki, siz bu sarayı, bu şənliyi sevəcəksiniz və yadınızda saxlayacaqsınız. Sizi bir daha ürəkdən təbrik edirəm, öpürəm, ən xoş arzularımı çatdırıram!”.
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür ediblər. Balacalar Mehriban xanımla xatirə şəkli çəkdiriblər. Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi və Azərbaycan bəstəkarlarının 16 populyar və sevilən uşaq mahnısından ibarət yeni disk hədiyyə olunub.
Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrilib. Fondun Yeni il şənliklərində ümumilikdə 3 min uşaq iştirak edəcək.
Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülüb, şənlikdə iştirak edən uşaqların “Buta” sarayına təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılıb.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

