Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı
06.01.2010 [08:53]
Keçid dövrü iqtisadiyyatını səciyyələndirən və onun formalaşmasına təkan verən amillərdən biri də xarici iqtisadi əlaqələrin dəyişən tələblərə uyğun olaraq əsaslı surətdə yenidən qurulması ilə bağlıdır. çünki bazar iqtisadiyyatının tələbləri planlı təsərrüfatdan tam fərqlidir və ticarət əməliyyatlarında iştirak edən əsas tərəflər biznes strukturlarıdır. Doğrudur, dövlət özü birbaşa bu əməliyyatlarda aktiv iştirakçıdır, (neft və yanacaq məhsullarının ixracı, sənaye üçün zəruri olan texnika və avadanlıqların alınması və s.) amma əmtəə mübadiləsində bazarın başlıca iştirakçıları iri şirkətlərdir. Buna görə də, biznes atmosferasının yaxşılaşdırılması, özəl sektorun və sahibkarlığın inkişafı xarici iqtisadi əlaqələrin dərinləşməsində və tərəfdaşlarla səmərəli əmtəə mübadiləsinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Eləcə də, xarici investorlarla sıx münasibətlərin qurulması, dünya iqtisadiyyatına inteqrasiya və beynəlxalq kooperasiyanın imkanlarından geniş istifadə olunması ölkənin tədiyyə balansının və ticarət əlaqələrinin dinamizmi üçün əlverişli zəmin yaratmış olur.
Xarici dövlətlərin ən etibarlı tərəfdaşı...
Azərbaycanda makroiqtisadi sabitliyin möhkəmlənməsi, rəqabət mühitinin dərinləşdirilməsi, vergi-gömrük sisteminin təkmilləşdirilərək şəffaflaşdırılması, xarici iqtisadi münasibətləri tənzimləyən mükəmməl qanunların qəbul olunması respublikamızın ticarət tərəfdaşlarının sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Hazırda Azərbaycanın ticarət partnyorlarının sayı 140-a yaxındır və onların böyük əksəriyyəti Avropa dövlətləridir. Xarici ticarət əməliyyatlarının həcminin 20 milyard dolları ötməsi isə respublikamızın tədiyyə balansının yüksəlməsi üçün mühüm rol oynayıb. Onu da nəzərə çatdıraq ki, Azərbaycan 2000-ci ildən başlayaraq idxal-ixrac əməliyyatlarını müsbət saldo ilə başa vurur. Yəni, xarici ticarət dövriyyəsinin 12 milyard dollardan çoxu ixrac məhsullarından ibarətdir. Bu tendensiya ölkəmizin ixrac potensialının artmasını şərtləndirməklə yanaşı, Avropa, Asiya və Amerika bazarlarında etibarlı ticarət tərəfdaşı olmasını ehtiva edir. İxrac məhsullarının strukturunda neft və yanacaq malları ilə yanaşı, sənaye, kimya, elektroenergetika, yüngül sənaye, mineral maddələr və kənd təsərrüfatı məhsullarının çəkisinin artması Azərbaycanda rəqabət qabiliyyətinə malik müəssisələrin yaradılmasını təsdiqləyir. Xaricə məhsul ixracının həcminin artması yerli şirkətlərin ölkə iqtisadiyyatında aparıcı yer tutmasının göstəricisi sayıla bilər ki, bu da azad biznesin inkişafını şərtləndirən başlıca elementlərdən biridir. Yeri gəlmişkən, sərhəd-keçid məntəqələrində qeydiyyat mexanizminin “vahid pəncərə” sistemi üzrə aparılması respublikamızın xarici ticarət münasibətlərində payının daha da artmasına səbəb olacaq.
İnfrastrukturun modernləşməsi bölgələrin inkişafını sürətləndirib...
Bazar iqtisadiyyatının xarakterik xüsusiyyətlərindən biri də infrastruktur bölmələrində köklü dəyişikliklərin aparılması və bu sahədə ən yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Keçid iqtisadiyyatını yaşayan dövlətlərin əksəriyyəti hələ də köhnə infrastrukturdan xilas ola bilməyib. Ən qabaqcıl texnologiyaları tətbiq edən Azərbaycan isə infrastruktur bölmələrində mühüm yeniliklərə imza atıb və 2003-cü ildən bölgələrin infrastruktur təminatında yeni mərhələ başlayıb. Azərbaycan bu istiqamətdə postsovet dövlətləri içərisində ən tez və genişmiqyaslı islahatlar həyata keçirən ölkə hesab olunur. Bunu xarici maliyyə qurumlarının və iqtisadi nəşrlərin aparıcı mütəxəssisləri də dəfələrlə araşdırma-hesabatlarda bəyan ediblər.
Həm büdcə gəlirlərinin, həm də neft gəlirlərinin bir hissəsini daxili investisiyalara yönəldən hökumət ötən illər ərzində və 2009-cu ildə də infrastruktur layihələrinin davamlı xarakter almasına nail olub. Bu sahəyə sərmayə qoyuluşlarının artması infrastrukturun əhəmiyyətli dərəcədə modernləşməsinə səbəb olub. Yolların təmiri, yeni magistral yolların çəkilişi, beynəlxalq tələblərə cavab verən hava limanlarının tikintisi, elektrik stansiyalarının, məktəb və xəstəxanaların, mədəniyyət obyektlərinin tikintisi və bərpası, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması və yüzlərlə infrastruktur layihələrinin həyata keçirilməsi ötən illərdə investisiya siyasətinin əsas istiqamətləri olub.
Amerika və Avropanın ən inkişaf etmiş dövlətlərinin böhranla bağlı infrastruktur layihələrinin bəzilərini dayandırmasına baxmayaraq, Azərbaycan bu istiqamətdə layihələri həyata keçirməkdə davam edir. Dövlət investisiya xərcləri hesabına infrastruktur bölmələrində işləri davam etdirməkdədir. Həmçinin, hökumət sərmayə proqramları ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsinə, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə, onlara vergi güzəştlərinin tətbiq edilməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasına, ixracyönümlü müəssisələrin dəstəklənməsinə, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsinə diqqəti artırıb.
Real sektorun inkişafı iqtisadiyyatda dinamizmi təmin edib...
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin mühüm uğurları bir daha onu təsdiqləyir ki, respublikamız keçid iqtisadiyyatı mərhələsini yaşayan dövlətlərdən tamamilə fərqlənir və ümumi iqtisadi mənzərə Azərbaycanın inkişaf etmiş dövlət statusunu möhkəmləndirir. çünki böhran dövründə üDM-in artım dinamikasını davam etdirmək keçid iqtisadiyyatı dövlətləri üçün heç vaxt xarakterik əlamət ola bilməz, ən azından maliyyə resurslarına və investisiya üçün tələb olunan vəsaitlərə görə xarici qurumlardan bilavasitə asılı olan dövlətlər böhran dövründə həmin mənbələrdən məhrum olurlar. Bu isə qeyd olunan dövlətlərin iqtisadi islahatları, sosial layihələri və investisiya siyasətini həyata keçirməsi üçün ciddi problemlərlə üzləşməsi deməkdir. Mövcud iqtisadi-maliyyə-fiskal amillər iqtisadiyyatın davamlı inkişaf tempini qoruyub saxlamağa imkan vermir və nəticədə bütün makroiqtisadi parametrlər üzrə pozitivlik aşağı düşür, üDM-in hər bir bölməsində istehsal azalır.
Böhranın ilkin mərhələsi olan 2008-ci ilin sonuncu rübündə və ən şiddətli dövrü sayılan 2009-cu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsini nəzərdən keçirdikdə respublikamızın maliyyə-fiskal, iqtisadi-sosial və investisiya-infrastruktur bölmələri baxımından vəsait qıtlığı ilə üzləşmədiyini görmək olar. Eyni zamanda, Azərbaycanın inkişaf tempi hər ay yüksələn xətt üzrə davam edib. İqtisadiyyatdakı dinamizm elementlərinin inkişafı bütün makroalətlərin səfərbər edilməsi ilə yanaşı, həm də çevik idarəetmə mexanizmlərinin mükəmməlliyi ilə sıx bağlıdır.
Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması bütünlüklə iqtisadiyyatın real sektorunun davamlılığını göstərir. Real sektorun bütün bölmələri olan tikinti, nəqliyyat, rabitə və xidmət sahələrində intensivlik davamlı şəkildə qalmaqdadır. Bu davamlılığı və iqtisadi fəallığın yüksəlməsini beynəlxalq maliyyə institutları da bəyan edirlər. Dünya Bankı və digər nüfuzlu maliyyə institutlarının qənaətinə görə, uzunmüddətli perspektivdə Azərbaycanda makroiqtisadi sabitliyin möhkəmliyi, daxili bazarın sabit olması, real sektora maliyyə axınlarının davam etməsi ölkə iqtisadiyyatında dinamizmi təmin edəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

