Elmin və təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir
06.01.2010 [08:53]
ölkəmizdə elmin, təhsilin inkişafı digər sahələrlə paralel getsə də, dövlətin bu istiqamətə qayğısı xüsusi olaraq hiss edilməkdədir. Bu da təsadüfi deyil. Əvvəla intellektual səviyyəyə malik gənclər və dərin elmi biliyə malik alimlər hər bir ölkə üçün qürur mənbəyidir. İkincisi isə elmin və təhsilin inkişafı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdiyi siyasətin tərkib hissəsidir. Təhsilin inkişafını nəzərdə tutan dövlət proqramları da deyilənləri təsdiqləyir. Əksər ekspertlərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı imzaladığı Sərəncam isə elm sahələrinin inkişafı, həmçinin, bəzi problemlərin həlli istiqamətində yeni-yeni addımların atılmasına imkan yaradacaq.
ümumiyyətlə, qeyd etməliyik ki, ölkəmizdə problemlərin həllinə kompleks yanaşma istənilən sahədə özünü göstərib. Məhz bu yanaşmanın nəticəsidir ki, təhsil sferası kompleks şəkildə inkişaf etdirilib. Təkcə onu göstərmək kifayətdir ki, təhsilin müxtəlif sahə və pillələrinin inkişafı üçün 15-dən artıq proqram işlənib hazırlanaraq qəbul edilib. Məhz bu proqramların həyata keçirilməsinin nəticəsidir ki, ölkəmizdə yeni məktəblər tikilir, bərpaya ehtiyacı olan təhsil müəssisələri təmir edilərək dünya standartlara cavab verən müasir təhsil ocaqlarına çevrilir. Hər bir məktəb müasir avadanlıqlarla təchiz edilir, kompüterləşdirilir, yeni dərsliklər hazırlanır və şagirdlərə pulsuz paylanılır. İldən-ilə təhsil işçilərinin əməkhaqqı artırılır.
Göstərilən sahəni diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev təhsillə bağlı tədbirlərə qatılır, məktəblərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir. çünki, dövlət başçısının qeyd etdiyi kimi, təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Odur ki, Prezident təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olmaq üçün təhsil ocaqlarına gedir, aparılan işlərlə yaxından maraqlanır.
Prezident, eyni zamanda, təhsil sahəsində fərqlənənlərin, təhsilin inkişafında payı olanların əməyinin mükafatlandırılmasını da diqqət mərkəzində saxlayır. Daha doğrusu, “Hər bir ölkənin intellektual potensialı təhsil ocaqlarında yaradılır” - deyən Prezident mövcud intellektual potensialı da diqqətdən kənarda qoymur, onları həvəsləndirmək üçün əlindən gələni edir. Hər il mükafatlandırılanların, müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunanların adları böyük bir siyahı formalaşdırır. Artıq iki ildir ki, həyata keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələri isə məktəb və müəllimləri daha da yaxşı çalışmağa sövq edir.
Bu bir həqiqətdir ki, müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də həyatın bütün sahələrinin informasiyalaşmasıdır. İnformasiyalaşmış cəmiyyətin zəruri tələblərindən biri isə təhsil sistemində yeni informasiya texnologiyalarının tətbiqidir. Uşaqların kompüteri öyrənməsinə, bu yolla dünyada gedən proseslərdən xəbərdar olmasına böyük önəm verən ölkə Prezidenti məktəblərin İKT ilə təminatına da xüsusi qayğı göstərir. Məsələn, bu tədris ilinin ilk günündə “Elitar” gimnaziyada olan Prezident İlham Əliyev birinci sinif şagirdlərinə noutbuklar hədiyyə etdi. Məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmlənməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə, məktəblərarası elektron əlaqələrin genişlənməsinə, şagirdlərin nailiyyəti barədə məlumatlandırmaya zəmin yaradacaq “Elektron məktəb” layihəsinin tətbiqi isə artıq reallaşıb. “Xalq kompyuteri” layihəsi çərçivəsində müəllimlər də ən münasib şərtlərlə kompüter alıb. Müəllimlərin kompüter biliklərini artırmaları üçün məktəblərdə kurslar təşkil edilib.
Ali təhsil ocaqlarında təhsilin inkişafı da diqqət mərkəzindədir. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası daha da sürətlənib. Azərbaycan ali təhsil müəssisələrinin diplomları xarici ölkələrdə də tanınır. Xaricdən ölkəmizdə təhsil almağa gələnlərin sayı isə ilbəil artır. Təbii ki, ölkə ali təhsil müəssisələrinin nüfuzunun artması təhsil siyasətinin, bu prosesi stimullaşdıran addımların nəticəsidir. Məsələn, Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin 90 illiyinin təntənəli şəkildə qeyd edilməsi və tədbirdə dövlət başçısının özünün də iştirakı təhsilə qayğının daha bir nümunəsidir.
ölkəmizdə elm və təhsil sahəsi eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunub. Mehriban xanım Əliyeva məktəb tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə müxtəlif proqramlar çərçivəsində dəstək verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində fəaliyyəti bu sahədə inkişafa böyük təkan verir. Atılan addımlar, hətta, ən ucqar kənd məktəblərində şəraitin yaxşılaşdırılmasına xidmət edir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

