Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

06.01.2010 [08:54]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb: “Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm. Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində, dinc yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında misilsiz rol oynamışdır. Mütərəqqi tarixi-mədəni ənənələr üzərində bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, mövcud milli mənəvi həmrəylik, haqlı olaraq, ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıtmışdır. Bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əmin olduğumu bildirirəm ki, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi naminə vətəndaşlıq borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz. Əziz həmvətənlər! Yeniliyin, əmin-amanlığın, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilir. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30