Azərbaycan - İslam dünyasının modern üzü
12.01.2010 [09:23]
Pakistanın geniş oxucu kütləsinə malik, gündəlik ingilis və urdu dilli “Daily İttehad” qəzetinin 8 yanvar tarixli nömrəsinin iki səhifəsi Azərbaycana həsr edilib. Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər ki, ötən ilin noyabrında Bakıda keçirilmiş “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda konfransda iştirak etmiş qəzetin redaktoru Tahir Faruq ölkəmizə dair təəssüratlarını əks etdirən məqalə yazıb. T.Faruq Azərbaycanı İslam dünyasının modern üzü adlandırıb, ölkəmizdəki dövlət-din münasibətlərini, müxtəlif dinlərin bir-biri ilə ahəngdar şəkildə əlaqədə olduğunu ifadə edib. ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında geniş məlumat verilən yazıda, Azərbaycanın bugünkü inkişafında onların oynadığı böyük rola diqqət çəkilib. Məqalədə Tahir Faruq AzərTAc-ın baş direktoru Aslan Aslanov, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin urdu dili şöbəsinin tələbələri ilə görüşləri barədə də xoş təəssüratlarını bölüşüb. Qəzetdə ötən il ölkəmizdə səfərdə olmuş Pakistanın Preston Universitetinin rektoru Abdul Basitin də “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” konfransı çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı ilə keçirdiyi görüşlər, Azərbaycan haqqında təəssüratları barədə məqaləsi dərc olunub. Bundan əlavə, qəzetdə “Bakı İslam tarixinin mirası” adlı məqalə də nəşr edilib. Məqalədə Bakının keçmişi və bu günü geniş şəkildə təsvir edilərək, ölkəmizin müstəqillik qazanmasından sonra əldə olunmuş nailiyyətlərə geniş yer ayrılıb. Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətlinin qəzetin redaktoru Tahir Faruqa verdiyi müsahibə də burada dərc olunub. Səfir müsahibədə ölkəmiz haqqında geniş məlumat verərək, dost Pakistan ilə Azərbaycan arasında əlaqələrin keçmişi, bu günü və perspektivləri haqqında fikirlərini açıqlayıb.
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40

