Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib
17.04.2010 [15:37]
Qonaqları salamlayan Prezident İlham Əliyev Avropa Parlamentinin üzvlərinin bu səfəri çərçivəsində aparılan danışıqların, keçirilən görüşlərin Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın Avropa institutları ilə müxtəlif sahələrdə uzun müddətdir ki, yaxından əməkdaşlıq etdiyini söyləyən dövlətimizin başçısı ölkəmizin Avropa Şurası ilə əlaqələrindən də danışıb.
ölkəmizdə gedən inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələrində sürətli artıma nail olunduğunu, respublikada qlobal layihələrin həyata keçirildiyini, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanda inkişafın davamlılığını vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaradıb: “Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. ötən il iqtisadiyyatımız 9 faizdən çox artmışdır. İnflyasiya yalnız 1,5 faiz olub. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk”.
ölkənin iqtisadi potensialının dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirən dövlətimizin başçısı Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətədavamlılıq reytinqinə görə MDB məkanında birinci, dünyada isə 51-ci yerə layiq gördüyünü söyləyib.
Daha sonra Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” siyasətinə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın dünyəvi ölkə olduğunu deyən dövlətimizin başçısı burada bir çox millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib. Prezident İlham Əliyev güclü siyasi sistemə malik olan Azərbaycanın sabit və sərmayələrin yatırılması üçün əlverişli ölkə olduğunu diqqətə çatdırıb.
Azərbaycanın uğurlu enerji siyasəti haqqında danışan Prezident İlham Əliyev bildirib ki, BMT-nin Azərbaycanın Neft Fondunu fəaliyyətindəki şəffaflığa görə mükafatla təltif etməsi bu sahədə nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq, qonaqlara münaqişə nəticəsində yaranan vəziyyət barədə ətraflı məlumat verərək deyib: “Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon erməni işğalı altındadır. Həmin yerlərdə yaşamış bütün azərbaycanlılar oradan qovulmuşlar. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törətmişlər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən artıq mülki şəxsi qətlə yetirərək, orada soyqırımı törətmişlər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə vermişlər. Bütün bunlar sənədləşdirilib və bu, XX əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal hələ bu gün də davam edir”.
Azərbaycan Prezidenti münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamlanması istiqamətində son zamanlar aparılan danışıqlar barədə də görüş iştirakçılarına məlumat verib. Bildirib ki, bu münaqişəyə son qoyulmayana qədər regionda hərtərəfli əməkdaşlıq mümkün deyildir.
ATƏT Parlament Assambleyasının nümayəndə heyəti adından çıxış edən qurumun vitse-prezidenti Volfqanq Qrosruk Azərbaycanda bir neçə dəfə olduğunu bildirib və hər səfərində ölkəmizdə böyük tərəqqinin və inkişafın şahidi olduğunu qeyd edib. O, Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq bu toplantının qurum ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə olacağına əminliyini ifadə edib.
Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni Kirilov bildirib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır. Qonaq Azərbaycanda toplanmış seçki təcrübəsi barədə də fikirlərini söyləyib.
Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, iqtisadi məsələlər və inkişaf üzrə komitənin prezidenti, AŞPA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol Ville əminliklə vurğulayıb ki, Azərbaycan seçiciləri növbəti parlament seçkilərində də öz fəallığı ilə seçiləcəklər.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini bir daha qeyd edərək bildirib ki, bu görüş Azərbaycanın Avropa institutları ilə əlaqələrini daha da genişləndirəcək.
Dövlətimizin başçısı Azərbaycanda növbəti seçkilərin də tam azad, şəffaf, demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa qurumları arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına toxunan dövlətimizin başçısı bu tərəfdaşlığın Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşması baxımından önəmini qeyd edib.
Prezident İlham Əliyev ölkəmizin Avropa qurumları ilə qarşılıqlı və məqbul olan uzunmüddətli əməkdaşlığa hazır olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

