Siyasi mədəniyyət və onun Azərbaycan təcrübəsi: reallıqlar və perspektivlər
20.05.2010 [10:10]
Müxtəlif ölkələrin inkişaf səviyyəsini qiymətləndirərkən əsas götürülən fundamental meyarlardan biri kimi siyasi mədəniyyət amili ön plana çəkilir. Son zamanlar müxtəlif strateji araşdırma mərkəzləri milli dövlətlərin daxili potensialı və gücünü, perspektiv inkişaf istiqamətlərini dəyərləndirmək üçün siyasi sistemin mühüm struktur elementlərindən olan siyasi mədəniyyəti xüsusi tədqiqat obyekti kimi nəzərdən keçirirlər. Bu baxımdan, digər ölkələr kimi Azərbaycanın da müstəqillik əldə etməsindən bu yana keçdiyi yolun səciyyəvi əlamətlərini qiymətləndirmək, eləcə də, ölkəmizin inkişaf istiqamətləri və səviyyəsini dəyərləndirmək üçün siyasi mədəniyyət faktorunu analitik əsasda araşdırmaq məqsədəmüvafiqdir. Amma ilk növbədə, siyasi mədəniyyətin özünün nə olmasını, onun birinci və ikinci dərəcəli elementlərini müəyyən etmək və ona təsir edən, eləcə də siyasi mədəniyyətin təsir etdiyi obyekt və subyektləri aydınlaşdırmaq zəruri şərtdir...
Siyasi mədəniyyət və onun elementləri ümummilli inkişafı təmin edən mexanizm kimi...
ümumiyyətlə, bəzi araşdırmaçılar siyasi mədəniyyəti milli mənəviyyat kimi dəyərləndirirlər. Amma bu mövqe məsələyə dar çərçivədən yanaşmanın fonunda ortaya çıxıb. Məsələyə geniş rakursdan yanaşsaq, qeyd edə bilərik ki, siyasi mədəniyyət vətəndaşların hakimiyyətlə qarşılıqlı münasibətlərinə aid olan mövqe və davranışların əsasını təşkil edən dəyərlərin, eyni zamanda, siyasi sistemin iştirakçıları arasında təzahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur. Bu baxımdan bir ölkənin siyasi sisteminin hüquqi əsaslara söykəndiyini, başqa sözlə, həmin ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri siyasi mədəniyyətdir. çünki siyasi mədəniyyət demokratiyanın səviyyəsini müəyyən etməyə imkan verən aşağıdakı elementlərin daşıyıcısıdır:
1. Vətəndaşların siyasi hakimiyyətə münasibəti onların davranış və rəylərində öz əksini tapır. Siyasi mədəniyyət isə məhz bu cür davranış və rəylər əsasında formalaşır, inkişaf edir;
2. Siyasi hakimiyyətin ölkə vətəndaşlarına münasibəti də siyasi mədəniyyətdə əksini tapır. Məsələn, hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə ya onları siyasi həyatda iştirak etməyə sövq edir, fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətinə mane olmur, ya da hər bir vasitə ilə fərdlərin siyasi iştirakçılığı və sosiallaşmasının qarşısını alır. Bu da, nəticə etibarilə, fərdlərin siyasi iştirakçılıq səviyyəsi və dolayısıyla, siyasi mədəniyyətinə təsir edir;
3. Siyasi mədəniyyətin inkişaf etməsi vətəndaşların siyasi idarəetməyə təsirini artırır. Eyni zamanda, cəmiyyətin fəal üzvləri qərar qəbulu və icrası prosesinə də təsir göstərir. Bu isə hakimiyyət-cəmiyyət münasibətlərinə birmənalı şəkildə müsbət effekt bağışlayır;
4. Siyasi mədəniyyət idarəetmədə iştirak edən və etməyən fərdlərin mənəvi-psixoloji yönümlərini və dəyərlərini müəyyən edir. Bu da ölkə daxilindəki siyasi davranış və mövqeləri formalaşdıran amil kimi çıxış edir. Sözügedən faktor bir ölkənin perspektiv inkişaf səviyyəsini müəyyənləşdirən kontur qismində dəyərləndirilir.
Sadalananlar onu deməyə əsas verir ki, siyasi mədəniyyət siyasi sistemin önəmli komponentlərindən biri olmaqla ölkənin siyasi inkişafını təmin edən fundamental faktor qismində çıxış edir. Eləcə də, yüksək siyasi mədəniyyətin formalaşması üçün cəmiyyətdə güclü siyasi liderlərin mövcudluğu zəruri amil kimi dəyərləndirilir. Ona görə ki, önəmli idarəetmə təcrübəsi və potensialına sahib olan liderlər legitim siyasi mühit yaratmaqla siyasi mədəniyyətin yüksək səviyyəsini təmin etmiş olur, bu da nəticə etibarilə, ümummilli inkişafın əldə edilməsinə gətirib çıxarır...
Siyasi mədəniyyətin Azərbaycan təcrübəsi... Və ya Ulu öndər Heydər Əliyev ölkədə yüksək siyasi mədəniyyətin banisidir
Yuxarıda da qeyd olunduğu kimi, yüksək siyasi mədəniyyətin formalaşması və inkişafı üçün lider fenomeni, amili olduqca önəmlidir. Azərbaycanda siyasi mədəniyyətin formalaşması və inkişaf etməsi məsələsinə nəzər salsaq, tərəddüdsüz qeyd edə bilərik ki, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişaf etməsi bir neçə mərhələdən keçib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın siyasi həyatı olduqca bərbad vəziyyətdə idi. 1993-cü ilə kimi nə müstəqilliyin struktur elementləri hiss edilirdi, nə də ki, hakimiyyət-vətəndaş münasibətləri legitim qaydada hökm sürürdü. Siyasi idarəetməni “həyata keçirən” qüvvələr öz əlləri ilə ölkə daxilində disbalans formalaşdırmışdılar və siyasi davranış normaları “piyada”ların hansısa maraqlarına qurban verilmişdi. Ona görə də, ölkədə siyasi mədəniyyətin formalaşmasından söhbət belə gedə bilməzdi...
Amma Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi siyasi mədəniyyətin formalaşması və inkişafına şərait yaradan fundamental amil qismində çıxış etdi. Bundan sonra siyasi həyatın legitimləşdirilməsi yönündə mühüm irəliləyişlər qeydə alındı. Belə ki, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətini stimullaşdırdı, eləcə də, cəmiyyət üzvlərinin demokratik prinsip və normalara əsaslanan siyasi iştirakçılığında mühüm keyfiyyət dəyişiklikləri qeydə alındı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq-demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşma və mədəniyyətin inkişafına yol açdı...
Bunlarla yanaşı, dünya səviyyəsində görkəmli siyasi lider olan Ulu öndər Heydər Əliyev özünün yüksək səviyyəli siyasi fəaliyyəti və davranışı ilə ümummilli siyasi mədəniyyətin inkişafını stimullaşdırdı. “Millət dövlət üçün yox, dövlət millət üçün olmalıdır”, - deyən ümummilli lider Heydər Əliyev siyasi həyatda yüksək davranış normaları və prinsipləri formalaşdırmaqla Azərbaycan cəmiyyətini müasir siyasi mədəniyyətə malik olan inkişaf etmiş cəmiyyətlər sırasına daxil etdi. Bununla yanaşı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında layiqli yer tutdu. Beləliklə, ölkəmizin ümummilli inkişafını təmin edən yüksək siyasi mədəniyyətin formalaşması Ulu öndərin adı ilə bağlı oldu...
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət Azərbaycan Respublikasının siyasi həyatının və sisteminin inkişafını davam etdirir. Heydər Əliyevin əsasını qoyduğu strateji önəmli ənənələri müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu da ölkəmizdə fərdlərin siyasi iştirakçılıq səviyyəsini artırmaqla yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə təkan və stimul verir...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

