Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri mətbuatın diqqət mərkəzində olub
10.06.2010 [02:08]
“Zaman” qəzetinin “İsraili qınayan İlham Əliyev Türkiyəyə tam dəstək verdi” başlıqlı yazısında Azərbaycan dövləti başçısının Aralıq dənizindəki son hadisələrə ədalətli mövqeyi vurğulanıb, Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsindən məmnunluq ifadə olunub.
Nüfuzlu “CNN-Türk” televiziya kanalının internet saytında yerləşdirilmiş “Türkiyə və Azərbaycan arasında önəmli addım” başlıqlı analitik yazıda Azərbaycan Prezidentinin işgüzar səfəri çərçivəsində imzalanmış enerji sazişlərinin əhəmiyyətindən ətraflı bəhs olunub. Qeyd edilib ki, bu sənədlər NABUCCO layihəsinin həyata keçirilməsinə də əlverişli zəmin hazırlayır. Qardaş ölkə olan Azərbaycan iqtisadi gücünü artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayacaq.
“Amerikanın səsi” (VOA) radiosunun “Türkiyə və Azərbaycan qaz məsələsində anlaşdı” reportajında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycan ilə imzalanmış sənədlərin əhəmiyyəti haqqında fikirləri yer almaqla yanaşı, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin düşünülmüş enerji siyasəti önə çəkilib.
“Hürriyyət” və “Milliyyət” qəzetlərinin xəbərlərində də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “Hörmətli qardaşım İlham Əliyev Türkiyənin mövqeyinə tam dəstəyini bildirib” cümləsi xüsusi olaraq verilib. Qəzetlər Azərbaycan dövləti başçısının qətiyyətli mövqeyinin rəsmi Ankara üçün vacib olduğunu da vurğulayıblar.
Türkiyənin “Anadolu” xəbər agentliyi və “Cihan” agentliyi İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısındakı çıxışına geniş yer veriblər. Dövlətimizin başçısının təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmanın və terrorizmlə mübarizənin gücləndirilməsinin zəruriliyi, Azərbaycanın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanıb.
Azərbaycan Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısında iştirakı və çıxışı, səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlər “Reuters” və “Assoşieyted Press” agentlikləri, dünyanın və Türkiyənin digər aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

