Azərbaycan dövlətinin sözü Dağlıq Qarabağ danışıqlarında həlledici olacaq
03.08.2010 [09:48]
Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına, inkişafa mane olan Ermənistanın işğalçılıq siyasəti nəticəsində artıq iyirmi ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Bütün beynəlxalq hüquq normalarını, insan hüquqları kodekslərini pozan, müstəqil dövlətin sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan münaqişənin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutub. Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə təxribat xarakterli bəyanatlar verən rəsmi Yerevan müxtəlif yollarla sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir. Amma bu faktdır ki, atdığı addımlarla Ermənistan öz-özünü dalana dirədiyinin fərqindədir. Belə ki, istər iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycandan qat-qat zəif olan rəsmi Yerevan dərk edir ki, əgər danışıqlar vasitəsilə münaqişənin həllində nəticə əldə olunmazsa, Azərbaycan öz hərbi gücündən istifadə edəcək və bu da Ermənistan üçün ağır nəticələr vəd edir.
Təbii ki, Azərbaycan hər zaman problemin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduğunu nümayiş etdirib. Azərbaycan əgər bir nəticə verməsə hərbi vasitədən istifadəni də istisna etmir. Bu, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da xüsusi olaraq vurğulanıb. çıxış edən dövlət başçısı hərbi gücümüzün ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya biləcəyini söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bunu istəmir: “Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir”.
ümumiyyətlə, Azərbaycanın məsələdəki birmənalı mövqeyi hər bir dövlətə, o cümlədən, Ermənistana da bəllidir. ölkəmizin bu istiqamətdə apardığı siyasət, fəaliyyət şəffaf, açıq və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Prezident İlham Əliyev də çıxışında vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ümumxalq işidir və bu işdə xalqımız öz iradəsini ortaya qoyub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaq və son sözü Azərbaycan xalqı deyəcək: “Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar”.
ümumiyyətlə, bu gün Ermənistan öz işğalçı mövqeyinə, o cümlədən, Dağlıq Qarabağla bağlı iddialarına heç cür hüquqi don geyindirə bilməz. Bu addımı gələcəkdə də ata bilməyəcəyini başa düşən rəsmi Yerevan elə bu səbəbdən də danışıqların müddətini süni yollarla uzatmağa çalışır. Azərbaycan isə danışıqların uzanmasının tərəfdarı deyil. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki danışıqların uzanması perspektivi yoxdur, Azərbaycan qəti addımını atacaq. Əgər sülh danışıqlarında hansısa nəticəyə gəlinəcəksə, bu da Azərbaycanın mövqeyi ilə uzlaşdırılmış nəticə olmalıdır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır: “Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır. Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

