Milli Bank faiz dərəcələrini niyə artırdı?
21.12.2021 [10:54]
E.Cəfərli
Məlum olduğu kimi, Mərkəzi Bank (MB) uçot dərəcəsini 0,5 faiz bənd artıraraq 6,75-dən 7.25%-ə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilib. Maraqlıdır ki, ardıcıl olaraq son 2 ilə yaxın bir müddətdə faiz dəhlizini hər rübdə aşağı salan MB yenidən əks istiqamətdə faiz siyasəti yürütməyə qərar verir. Sonuncu dəfə faiz artımlarına dair çərçivə 2020-ci ilin mart ayında müəyyənləşmişdi, həmin vaxt valyutaya kəskin tələbin artması, hərraclarda dollar alışının az qala 1 milyardı ötməsi, üstəlik, süni ajiotajlar zamanı uçot dərəcələri 0,25 faiz bənd artırılmışdı. Sonradan pandemiyanın başlanması, qlobal tələb və təklifin kəskin aşağı düşməsi, xarici ticarətin daralması, maliyyə qurumlarının valyuta alışlarına tələbində 3 dəfəyə yaxın azalmalar uçot dərəcəsinin mərhələli azaldılmasına səbəb oldu. 9 faizdən yuxarı olan faiz dərəcəsi 6,75-ə qədər endirildi.
2021-ci ilin ikinci yarısından etibarən qlobal aktivliyin bərpa olunması və 2019-cu ildəki aktiv inkişaf fazasına daxil olması, qlobal tələbin kəskin artması Azərbaycandakı proseslərə də təsir göstərməyə başladı. Ölkəmizin iqtisadi artım templəri yüksəlməkdədir, eyni zamanda, xarici mübadilə artır. Bu proseslər mal və xidmətlər balansına təsir edir, qlobal bazarlarda pandemiyadan sonra son 30 ilin ən yüksək mal və xidmətlərin qiymətlər artımlarının baş verməsi Azərbaycanın idxal bazarlarını da sıxmaqdadır. Əmtəələrin bahalaşmasında da əsas faktor kimi idxal inflyasiyası fəal rol oynayır. Son 5-6 ayda malların, xüsusilə də ərzaq məhsullarının bahalaşması idxal inflyasiyasının xüsusi aktivliyin nəticəsində yaranmaqdadır. Diqqət edək, noyabr ayında ərzaq məhsulları üzrə qiymət indeksi 14.9% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olmuşdur. Nəzərə almaq lazımdır ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixracla yanaşı, idxalın da həcmi əhəmiyyətli dərəcədə artıb. Yəni idxal dayanmadan inflyasiya sorub gətirir və gətirəcək. Bütün bunlar qarşısıalınmaz proseslərdir və inflyasiya təzyiqlərini əngəlləmək çətindir.
Bu baxımdan, Mərkəzi Bank xarici amilləri və digər daxili bazar faktorlarını nəzərə alaraq, faiz parametrlərini artırmağa qərar verdi. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi, tətbiq edilən qiymətlərin liberallaşdırılması inflyasiya proseslərinə təsirini davam etdirəcək, 2022-ci ildə istehlak qiymətləri indeksinin səngiməyəcəyi məlumdur. Qeyd olunan mürəkkəbliyi nəzərə alan Azərbaycan Mərkəzi Bankı situasiyaya uyğun addım atmağı düzgün qərar hesab edir.
Onu da unutmaq lazım deyil ki, 2022-ci ilin ilk aylarında inflyasiyanın risk balansında dəyişikliklər olduğu halda, yəni qiymət artımları azalmadığı təqdirdə MB iqtisadiyyatın ortamüddətli dövrdə perspektivlərini nəzərə alaraq, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar da qəbul ediləcəkdir. Yənu uçot dərəcəsinin yenidən artırılması gözləniləndir.
Faiz dərəcələrinin artımını manata təzyiq kimi dəyərləndirənlərin arqumentləri isə əsaslı hesab edilə bilməz. Çünki inflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli dərəcədə aşağıdır. Manatın sabitliyi üçün kifayət qədər fundamental əsaslar var. Tədiyyə balansının cari vəziyyəti, hərraclarda tələb-təklif münasibətləri, bankların güclü dollar ehtiyatları və s. amillər manatın məzənnəsinin sabitliyini şərtləndirir.
Uçot dərəcəsinin artırılması bank kreditlərinin bahalaşması üçün güclü əsaslar yaratmır, onsuz da kredit faizləri yüksəkdir. Bu gün ölkəmizdə bankların verdiyi kredit faizlərinin yüksək olması danılmaz faktdır. Kredit faizlərinə dövlətin yürütdüyü makroiqtisadi siyasət və Mərkəzi Bankın tənzimlədiyi pul-kredit siyasəti təsir edir. MB 2 il ərzində uçot dərəcəsini aşağı endirsə də, banklar faizləri aşağı salmadı. Ona görə də faiz parametri banklar üçün kreditləri bahalaşdırmaq bəhanəsi ola bilməz. Əksinə, dövlət kommersiya banklarına yumşaq kredit faizləri təyin etmək üçün kifayət qədər güclü iqtisadi dəstək verir.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58

