Əcdadlarımızın yolu və ruhu ilə
15.01.2022 [00:23]
N.QƏLƏNDƏRLİ
Azərbaycan Prezidenti İlham Əliyev yenilikçi, müasir və mütərəqqi düşüncəyə malik siyasətçi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərə bağlı olan, tarixi irsimizə xüsusi diqqət və hörmət göstərən liderdir. Bu, onun söz, fikir və əməllərində özünü qabarıq surətdə göstərir. Dövlət başçısının səsləndirdiyi fikirlər deməyə əsas verir ki, o, ənənələrin, tarixi dəyərlərin yaşadılmasına, ənənə ilə müasirliyin vəhdətinin yaradılmasına fərdi və ictimai məsuliyyət, yaxud öhdəlik kimi yanaşır. Əcdadlarımızın yolu ilə getmək, onların ruhunu şad etmək isə burada özünü göstərən incə məqamdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı ünvanlanmış suala cavabında “Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”,-deyə bildirib. Dövlət başçısı vurğulayıb ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik: “Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”.
Ümumiyyətlə, İlham Əliyev söz ilə əməlin vəhdətini yaradan, xalqa, dövlətə, Vətənə sədaqət andını, o cümlədən ata vəsiyyətini şərəflə və ləyaqətlə yerinə yetirən qüdrətli dövlət başçısı - qətiyyətli Lider, yenilməz Sərkərdə - Müzəffər Ali Baş Komandandır. 31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədini gerçəkləşdirdi, inkişafın milli modelini yaratdı, güclü Azərbaycan quruculuğuna müvəffəq oldu. “Hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev daimi yüksəlişə xidmət edən səmərəli və məqsədyönlü fəaliyyəti ilə dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi, milli həmrəyliyi gücləndirdi. Həmçinin bəhs olunan andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı - Azərbaycan düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, - deyə bildirdi. Bəli, bu gün müdrik dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu şaddır. Çünki onun vəsiyyəti layiqli davamçısı, siyasi varisi tərəfindən yerinə yetirilib. Bu, həm də əcdadların qarşısında ödənilmiş mənəvi borcdur. Bu məqamda bir nüansa toxunmaq məqsədəuyğun olar. Belə ki, ötən əsrin ilk illərində, ermənilərin Zəngəzur mahalına hücumu zamanı doğma yer-yurdlarından didərgin düşməyə məcbur qalan azərbaycanlılar arasında Heydər Əlirza oğlu Əliyevin anası İzzət xanım da vardı. İzzət xanımın 23 yaşlı Heydər adlı qardaşının həyatını erməni gülləsi yarıda kəsmişdi. O, sonra dünyaya gələn övladına Heydər adını verdi. O övlad böyüdü, adı həm Azərbaycan, həm də dünya boyda oldu. O BÖYÜK AZƏRBAYCANLI Azərbaycan xalqı üçün ÜMUMMİLLİ LİDERƏ, dünya irsi üçün ümumbəşəri dəyərə çevrildi. Tarixi, mənəvi-siyasi məsuliyyəti öz üzərinə götürərək həm xilaskarlıq missiyasını, həm də əcdadları qarşısında mənəvi borcunu yerinə yetirdi - qüdrətli, üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan güclü Azərbaycanı qurub - yaratdı. Onun yaratdığı Azərbaycan bu gün əmin əllərdədir...
Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımlayırıq. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərir. Hərbi-siyasi Qələbəmiz diplomatik müstəvidə möhkəmləndirilir, Zəfərimiz artıq tarixi və siyasi-strateji prosesə çevrilib. Şübhəsiz ki, Azərbaycan bütün hədəflərinə çatacaq, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, Zəngəzur dəhlizi açılacaq, Böyük Qayıdış ən yüksək səviyyədə baş tutacaq, o cümlədən tarixi torpaqlarımıza qayıdacağıq. Bütün bu reallıqların fonunda isə Azərbaycanın qarşısında 2022-ci ildə siyasi, iqtisadi hədəflərə çatmaqla, diplomatik müstəvidə imkanları artırmaqla yanaşı, milli yaddaşın bərpası - tarixi, mədəni irsimizin qorunması və geniş təbliğ olunması ilə də bağlı mühüm vəzifələr durur. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Dövlətimizin başçısı bununla həm də gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq, əcdadlarımızın yolu ilə getmək, onların ruhunu şad etmək nümunəsi göstərir. Elə tarixi torpaqlarımıza qayıdış hədəfinin reallaşması da bu sırada mühüm yer tutur. İrəvan, Göyçə, Zəngəzur kimi əzəli və tarixi torpaqlara qayıdış isə romantizm deyil, real hədəfdir. Əlbəttə, söhbət tank, top, tüfəng vasitəsilə həmin ərazilərə qədəm qoymaqdan getmir. Bu, milli kimliyimizi qoruyaraq, əcdadlarımızın yolu ilə gedərək, tarixi irsimizə sahib çıxaraq və milli yaddaşımızı yeniləyərək baş tutacaq hadisədir!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45

