/ / 2011-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı və büdcə gəlirləri əhəmiyyətli dərəcədə artacaq
2011-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı və büdcə gəlirləri əhəmiyyətli dərəcədə artacaq
26.08.2010 [09:14]
Maliyyə Nazirliyi 2011-ci ilin dövlət büdcəsinin layihəsi üzərində işlərə başlayıb. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi gələn ilin sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozları hazırlayıb. ümumiyyətlə, qarşıdakı ilin makroiqtisadi inkişaf göstəriciləri respublikamızda pozitiv meyillərin artacağını şərtləndirir. ölkəmizin ali maliyyə sənədinin detalları üzərində işlər tam başa çatdıqdan sonra büdcə layihəsinin ilkin variantı hökumətə təqdim olunacaq.
Proqnozlara görə, Azərbaycanda davam edən inkişaf dinamikası 2011-ci ildə daha da sürətlənəcək və bu tendensiya özünü makroiqtisadi indiqatorlarda təsdiq etmiş olacaq. Gələn il əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (üDM) 10 faizdən çox artacağı proqnozlaşdırılır. Gələn il yüksək inkişaf meyillərinin əldə olunması respublikamızın iqtisadiyyatında pozitivliyin dərinləşməsinə səbəb olacaq, bütün iqtisadi bölmələrdə artım müşayiət olunacaq. Yeni ildə ölkəmizin maliyyə qüdrətinin artmasının müqabilində bütün bölmələrdə pozitivliyin yüksəlməsi gözlənilir.
Qarşıdakı ildə üDM-in artımı makroiqtisadi inkişafı təmin etməklə büdcə gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə baza yaradacaq. 2011-ci ilin büdcə gəlirlərinin 20 faiz artması proqnozlaşdırılır. Bu, büdcə vəsaitlərinin ümumi həcminin 15 milyard manata yaxınlaşması və yaxud 18 milyard dolları ötməsi deməkdir. Büdcə gəlirlərinin artması həm iqtisadi, həm investisiya, həm də sosial layihələrin miqyasının genişlənməsi üçün əlavə stimul vermiş olacaq. 2011-ci ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək.
Prezident İlham Əliyev yeni ildə ölkəmizin ali maliyyə sənədi olan dövlət büdcəsinin həcminin əhəmiyyətli dərəcədə artacağını və büdcə vəsaitləri hesabına bütün sahələrin inkişafının sürətlənməsinə impuls veriləcəyini bildirib. Dövlətimizin başçısı büdcədən ayrılan əlavə maliyyə vəsaitləri hesabına infrastruktur obyektlərinin yaradılmasının geniş vüsət alacağını xatırladıb. Prezident İlham Əliyev qarşıdakı ilin büdcə zərfinin əsasən investisiya yönümlü olacağını və infrastruktur-investisiya layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət göstəriləcəyini bildirib: “Azərbaycanın dövlət büdcəsi oturuşmuş büdcədir. Biz çalışmalıyıq ki, büdcəmizi maksimum dərəcədə vergilər, rüsumlar hesabına təmin edək... 2011-ci ilin dövlət büdcəsi həmişə olduğu kimi investisiya yönümlü olmalıdır. Eyni zamanda, o büdcədə bütün sosial məsələlər də öz həllini tapmalıdır... Biz çox dəqiq və ciddi baxmalıyıq ki, gələn il hansı sahələrə dövlət investisiyalarını yönəldək ki, ölkəmizin hərtərəfli inkişafı təmin edilsin, qeyri-neft sektoru inkişaf etsin, beləliklə ölkəmiz uzun illər bundan sonra da dayanıqlı iqtisadiyyata malik olsun... Əlbəttə ki, görülən işlərin nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə, daim fəal olmalıyıq, işləməliyik. ölkədə görüləsi işlər də çoxdur. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin”.
Büdcə vəsaitlərinin artımı iqtisadi islahatların genişlənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, dövlətin müdafiə potensialının artırılması üçün əhəmiyyətli dərəcədə baza yaradır. Qarşıdakı ilin ali maliyyə sənədində investisiya layihələri ilə bağlı xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılacaq. 2011-ci ildə 500-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, sosial müdafiə və sosial təminat, təhsil, səhiyyə, müdafiə sənayesi sahələrinə yönəldilən vəsaitlərin həcminin artırılması əsas proritetlərdən biri olacaq. Hərbi xərclərin artırılması isə büdcə vəsaitlərinin ümumi həcmində xüsusi yer tutacaq.
2011-ci ildə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər də sürətləndiriləcək. Diversifikasiya siyasətinin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirmiş olur. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Azərbaycan iqtisadiyyatının yeni modelə uyğun inkişaf edərək daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması sosial infrastrukturun da keyfiyyətcə dəyişməsinə və modernləşməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34

